Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-883/2022 14.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mərhum Abbasov Nizami Mikayıl oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-in xeyrinə 373,7 manat məbləğində əsas borcun, 2,86 manat faiz borcu olmaqla, cəmi 376,56 manat kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, borclu Abbasov Nizami Mikayıl oğlu "xxxx" ASC-in Mingəçevir filialı ilə bağladığı 83-xx.xx.2018-002832 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 800 manat məbləğdə pul vəsaiti götürmüşdür. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 2058nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Abbasov Nizami Mikayıl oğlunun miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3 miras payı əldə etməsinə barədə xx.xx.2019-cu il tarixli, 2V-1034 reyestr nömrəli, ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2 miras payı əldə etməsinə barədə xx.xx.2019-cu il tarixli, 2V-1035 reyestr nömrəli və ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 miras payı əldə etməsi barədə xx.xx.2019-cu il tarixli, 2V-1036 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən X1 banka ödənilməmiş 373,7 manat əsas və 2,86 manat faiz borcu qalmışdır. Cavabdehlər - Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübhisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfi göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, məhkəmədən mərhum Abbasov Nizami Mikayıl oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-in xeyrinə 373,7 manat məbləğində əsas borcun, 2,86 manat faiz borcu olmaqla, cəmi 376,56 manat kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişlər. Nəticədə, təmsil etdiyi bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlamışdır. Məhkəmə MPM-in 147-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Abbasov Nizami Mikayıl oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 83-xx.xx.2018-002832 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 27 faiz olmaqla 10 ay müddətinə 800 manat məbləğində kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Abbasov Nizami Mikayıl oğlu kredit məbləğinin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixləri arasında hər ay 90,30 manat, sonuncu ay isə 89,53 manat olmaqla ödənilməsinə razı olmuşlar. Abbasov Nizami Mikayıl oğlu həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC-yə aid xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə borcalan Abbasov Nizami Mikayıl oğlu iddiaçı bankın Mingəçevir filialından 800 manat məbləğində pulu şəxsən almışdır. İşdə olan kredit hesabından çıxarışdan görünür ki, cəmi ödənilmiş əsas kredit məbləğləri 426,30 manat, ödənilmiş faiz məbləğləri 68,30 manat olmaqla, ümumilikdə 494,6 manat ödəniş etmişdir. İşdə olan AZ-İ seriyalı 938215 №-li ölüm haqqında şəhadətnaməni surətindən görünür ki, Abbasov Nizami Mikayıl oğlu 07 sentyabr 2018-ci il tarixdə sidik kisəsinin bədxassəli yeni törəməsi səbəbindən ölmüşdür. İşdə olan Qanun üzrə vərəsəlik hüququ haqqında 18 sentyabr 2019-cu il tarixli şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş Abbasov Nizami Mikayıl oğlunun oğlu – Cavabdeh3 əmlakdan 1/3 hissədə, oğlu – Cavabdeh1 əmlakdan 1/3 hissədə və oğlu – Cavabdeh2 əmlakdan 1/3 hissədə pay almalıdırlar. İşdə olan "xxxx" ASC-yə aid maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixə cavabdehlərin banka olan borcu 373,7 manat məbləğində əsas borc, 2,86 manat faiz borcu olmaqla, cəmi 376,56 manat və 30,4 manat rüsum üzrə cəmi tələb edilən məbləğ təşkil edir. İşdə olan borcun ödənilməsi tələbinə dair xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 banka olan borcu ödəməli olduqları bildirilmiş. Əks təqdirdə onlara qarşı borcun məcburi qaydada ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldıralacağına dair xəbərdar edilmişlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı bankla borcalan Abbasov Nizami Mikayıl oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 83-xx.xx.2018-002832 nömrəli kredit (borc) müqaviləsinə əsasən bank cavabdehə illik 27 faiz olmaqla 10 ay müddətinə 800 manat məbləğində kredit vermişdir. Borcalan razılaşmaya uyğun olaraq hər ay müəyyən ödənişlər etmişdir. Lakin xx.xx.2018-ci ildə borcalan Abbasov Nizami Mikayıl oğlu ölmüşdür. Ondan qalan miras vərəsələri öhdəliklərinə əməl etməmişlər. Nəticədə onların xx.xx.2021-ci il tarixədək 373,7 manat məbləğində əsas borc, 2,86 manat faiz borcu olmaqla, ümumilikdə 376,56 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2018-ci il tarixdə predmeti pul məbləği olan 83-xx.xx.2018-002832 nömrəli kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 27 faiz olmaqla 10 ay müddətinə 800 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış cədvələ uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcalan razılaşmaya uyğun olaraq hər ay müəyyən ödənişlər etmişdir. Lakin xx.xx.2018-ci ildə borcalan Abbasov Nizami Mikayıl oğlu ölmüşdür. Ondan qalan miras vərəsələri: oğlu – Cavabdeh3 1/3 hissədə, oğlu – Cavabdeh1 əmlakdan 1/3 və oğlu – Cavabdeh2 1/3 hissədə aralarında bölünmüşdür. Hazırda bank qarşısında öhdəlik üzrə vərəsəlik hüququna dair qanunvericiliyə əsasən cavabdehlər paylarına mütənasib qaydada məsuliyyət daşıyırlar. Bankla borcalan arasında razılaşdırılmış cədvələ uyğun olaraq borcalan hər ay krediti faizləri ilə birlikdə razılaşdırılmış cədvələ uyğun olaraq qaytarmalı olmasına baxmayaraq, onlar öhdəliklərinə əməl etməmişlər. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müqavilə öhdəliyinə əməl etmədiklərinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyırlar. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehlərin iddiaçı banka 373,7 manat məbləğində əsas borc, 2,86 manat faiz borcu olmaqla, ümumilikdə 376,56 manat borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli 83-xx.xx.2018-002832 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 373,7 manat məbləğində əsas borc, 2,86 manat faiz borcu olmaqla, ümumilikdə 376,56 manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30,4 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2018ci il tarixli 83-xx.xx.2018-002832 saylı kredit müqaviləsi üzrə 373,7 (üç yüz yetmiş üç manat, yetmiş qəpik) manat məbləğində əsas borc, 2,86 (iki manat, səksən altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 376,56 (üç yüz yetmiş altı manat, əlli altı qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,4 (otuz manat, qırx qəpik) manat məbləğində pul alınıb "xxxx" ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №e-2(051)-883/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-883/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver