Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-885/2022 13.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair işə baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı 1343.55 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 33.44 manat və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək izahatında bildirdi ki, X3 "xxxx" ASC ilə bağladığı 11.09.2018-ci il tarixli, BPM**********01 №li kredit müqaviləsinə əsasən 34 ay müddətinə, illik 25% dərəcəsi ilə hesablanmaqla, 1620 manat məbləğində kredit verilmişdir. Lakin kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulmuş, ödəniş cədvəlinə uyğun olaraq kredit ödənilməmiş, nəticədə kredit borcu yaranmışdır. X1 15.03.2019-cu il tarixdə “essensial (birincili) hipertenziya”səbəbi ilə vəfat etmişdir. Borclunun vəfatından sonra arvadı Cavabdeh qanun üzrə vərəsə kimi tanınmış və bu barədə Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 21.09.2019-cu il tarixli, 2V-1055 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Borcalan vəfat etdiyindən onun borcu ilə bağlı məsuliyyət vərəsəsi Cavabdeh da aid olunmalıdır. Hazırda kredit müqaviləsi üzrə E.Qədirovun 1343.55 manat kredit borcu vardır. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 33.44 manat və 0,40 (qırx) qəpik bank xidmət haqqının Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, mərhum X2 arvadı, hüquqi varisidir. Həqiqətən də, əri Eyvaz Qədirov "xxxx" ASC-dən 11.09.2018-ci il tarixli, BPM**********01 №li kredit müqaviləsinə əsasən 34 ay müddətinə, illik 25% dərəcəsi ilə hesablanmaqla, 1620 manat məbləğində kredit götürmüşdür. E.Qədirov 15.03.2019-cu ildə vəfat etmişdir. Kredit borcunu hüquqi varis kimi ödəməyə məcbur olduğunu bilir, lakin maddi imkanı olmadığına görə öhdəliyini tam şəkildə yerinə yetirə bilməmişdir. O, kredit borcunu hissə-hissə ödəyəcək. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş "xxxx" ASC ilə X4 arasında bağlanmış 11.09.2018-ci il tarixli, BPM**********01 №li kredit müqaviləsinə əsasən bank E.Qədirova 34 ay müddətinə, illik 25% dərəcəsi ilə hesablanmaqla, 1620 manat məbləğində kredit verməyi, X4 isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş kassa məxaric orderindən görünür ki, X4 "xxxx" ASC-dən 11.09.2018-ci ildə 1620 manat məbləğində kredit götürmüşdür. İşə əlavə olunmuş maliyyə arayışından görünür ki, X2 11.09.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1343.55 manat kredit borcu mövcuddur. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 15.03.2019-cu ildə ölmüşdür. Ölümün səbəbi essensial (birincili) hipertenziya. İşə əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 vərəsəsi arvadı Cavabdehdır. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 1343.55 manat kredit borcu alınıb iddiaçı "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 33.44 manat və 0,40 (qırx) qəpik bank xidmət haqqı cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 1343.55 (bir min üç yüz qırx üç manat əlli beş qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 33.44 (otuz üç manat qırx dörd qəpik) manat, 0,40 (qırx) qəpik bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-885/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-885/2022
13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver