Məhkəmə qərarları › İş №e-2(051)-887/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-887/2022

01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-887/2022 01.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İşə əlavə olunmuş məlumatdan görünür ki, məhkəmənin icraatında İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair 2(051)-940/2022 və 2(051)- 887/2022 sayı mülki işlər var. Bank tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin elektron qaydada iddia ərizəsi məhkəmə elektron portalı vasitəsi ilə göndərilmişdir. Lakin bir müddət keçdikdən sonra İddiaçı ASC tərəfindən təkrarən kağız daşıyıcı formasında iddia ərizəsi poçt vasitəsiə məhkəməyə göndərilmişdir. Hal-hazırda məhkəmənin icraatında eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırda məhkəmənin icraatında olan eyni predmet barəsində və eyni əsaslar üzrə qətnamə çıxarıla bilməz bu səbəbdən məhkəmənin icraatında olan 2(051)-887/2022 sayı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.2,263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar