Məhkəmə qərarları › İş №e-2(051)-888/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-888/2024

03.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-888/2024 03.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi X2 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, təmsil etdiyi şəxs X4 ilə birgə nikahlarından xx.xx.2010-cu ildə Dəniz adlı uşaqları doğulmuşdur. Dəniz onun yanında yaşayır. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən X1 Dəniz adlı uşağın yetkinlik yaşına çatanadən saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdr. Uşaq böyüdükçə onun tələbatları artır. Buna baxmayaraq cavabdeh uşağa lazımi qaydada heç bir köməklik göstərmir. Ona görə də iddiaçı məhkəmədən aliment miqdarının dəyişdirilərək cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment, mediasiya xərci tutulması və 800 manat aliment borcunun hər gecikdirilmiş gün üçün 0,01 % penya hesablanması və məbləğin 2024-cü ilin aliment məbləğinə indeksasiya edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü Dəniz adlı uşaqları var. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, X1 Dəniz adlı uşağın yetkinlik yaşına çatanadən saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdr. Beləliklə məhkəmə baxışında müəyyən olundu ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-5153/2016 saylı qətnaməsinin surətindən görünür ki, X1 Dəniz adlı uşağın yetkinlik yaşına çatanadən saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdr. Hal-hazırda iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur və iddiaçının maddi cəhətdən çətinlikləri yaranmışdır. Ona görə də iddiaçı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini məhkəmədən xahiş edir. Lakin məhkəmədə iddiaçı cavabdehin qazancının və digər gəlirlərinin 250 manat məbləğində tutulacağı həcmdə olmasını tam sübuta yetirə bilmədi. Odur ki, iddia alimentin artırlması hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin 800 manat aliment borcunun hər gecikdirilmiş gün üçün 0,01 % penya hesablanması və məbləğin 2024-cü ilin aliment məbləğinə indeksasiya edilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsasızdır. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçı cavabdehin ona 800 manat miqdarında aliment borcunun olması barədə müvafiq sənədlər və həmin aliment borcunun yaranmasının səbəbləri barədə məhkəməyə sübutlar təqim etmədi. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız oluduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istəlinən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir və məhkəmənin müəyyən etdiyi alimentin miqdarı artırılaraq hər ay 170 manat müəyyən edilməsi ədalətli və məqsədə müvafiqdir. Beləliklə, məhkəmə işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(051)-5153/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2010- cu il təvəllüdlü Dəniz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment X1 tutularaq İddiaçı verilsin. Ödənilmiş 60 manat Mediasiya xərci cavabdeh X1 tutularaq İddiaçı verilsin. İddianın qalan hissələri əsassız olduğundan təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxdan hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar