Məhkəmə qərarları › İş №e-2(051)-930/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-930/2025

28.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-930/2025 28.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8675 manat məbləğində sığorta ödənişinin və 106,75 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “Toyota Corolla” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış "Volkswagen Polo" markalı, ** PP *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 8675,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı BPİ DYPİ-nin ünvanlarına xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında Qərarının surəti daxil olmuş və sözügedən Qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Bakı BPİ DYPİ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən “Toyota Corolla” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməməsi ilə bağlı heç bir üzrlü səbəb bildirməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 Cavanşir oğlu izahat verərək bildirmişdir ki, qızı Cavabdeh “Toyota Corolla” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir. Həmin zaman “Volksvagen Polo” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İddiaçının tələb etdiyi 8675 manat məbləğində sığorta ödənişinin məbləği şişirdilmiş məbləğdir. Həmin ziyan dəfələrlə aşağı məbləğdədir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində saat 19:20 radələrində Bakı şəhərində toqquşma növlü yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxslər barədə məlumatdan görünür ki, yol-nəqliyyat hadisəsini törətmiş avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X1, sürücüsü Cavabdeh, avtonəqliyyat vasitəsinin markası “Toyota Corolla minik”, dövlət qeydiyyat nişanı **-UC-***-dür. Zərərçəkən avtonəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx" MMC, sürücüsü X4, avtonəqliyyat vasitəsinin markası “Volksvagen Polo sedan minik”, dövlət qeydiyyat nişanı isə **-PP-***-dür. Bakı şəhər DYPİ tərəfindən xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokol ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli igZQr1 №li ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə 106,75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli 25/009 №li subroqasiya məktubundan görünür ki, "xxxx" ASC Cavabdeh 8675 manat sığorta ödənişini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, həmin müəssisəsəyə məxsus “Volksvagen Polo sedan minik” markalı **-PP-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi X2 həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli 23-00104/02/CM-705/22 saylı sığorta aktından görünür ki, 8675 manat məbləğində dəymiş zərər sığortaçı "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. xx.xx.2025-ci il tarixli 02-220/25 saylı "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyindən görünür ki, “Volksvagen Polo” sedan markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa xərci 29935 manat, aparılacaq təmir üçün əmək haqqı isə 2560 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat məbləğində müəyyən edilmişdir. İşin müəyyən olunmuş halı: “Volkswagen Polo sedan minik” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalanmışdır. Sığortalı ilə sığorta müqaviləsi bağlanılmışdır. "xxxx" MMC tərəfindən etibarnamə əsasında həmin müəssisəsəyə məxsus “Volksvagen Polo sedan minik” markalı **-PP-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi X2 həvalə edilmişdir. Mülkiyyətçi X1 “Toyota Corolla minik” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti etibarnaməsi ilə Cavabdeh etibar etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh qeyd olunan “Toyota Corolla minik” markalı **- UC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Volksvagen Polo” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən iş üzrə xx.xx.2023-cü il tarixli 23-00104/02/CM-705/22 saylı sığorta aktı tərtib edilməklə "xxxx" ASC-də sığortalanmış zərərçəkənə dəymiş zərərə görə 8675,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında tələb edir. Cavabdeh nümayəndəsi iddia tələbinə etiraz etmiş, iddianın rədd edilməsini xahiş etmişdir. Tətbiq edilmiş hüquq: «Sığorta haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 31.1. Sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Maddə 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 916.1. Əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısından maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin aşağıdakı maddələrinə əsasən: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin iş üzrə gəldiyi nəticə: “Volkswagen Polo sedan minik” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə sığorta müqaviləsi bağlanılmışdır. "xxxx" MMC tərəfindən etibarnamə əsasında həmin müəssisəsəyə məxsus “Volksvagen Polo sedan minik” markalı **-PP-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi X2 həvalə edilmişdir. Mülkiyyətçi X1 “Toyota Corolla minik” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti etibarnaməsi ilə Cavabdeh etibar etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh qeyd olunan “Toyota Corolla minik” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Volksvagen Polo” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən iş üzrə xx.xx.2023-cü il tarixli 23-00104/02/CM-705/22 saylı sığorta aktı tərtib edilməklə "xxxx" ASC-də sığortalanmış zərərçəkənə dəymiş zərərə görə 8675,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bununla da iddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya qaydasında sığorta ödənişinin geri tələb edilməsi hüququ yaranmışdır. Cavabdeh vurulan ziyan məbləğini mübahisələndirmişdir. Məhkəmə vurulan ziyanın qiymətləndirməsi ilə bağlı yenidən ekspertiza təyin etmişdir. Ekspert dəymiş zərərin məbləğini 29935 manat, aparılacaq təmir üçün əmək haqqını 2560 manat məbləğində qiymətləndirmişdir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından, iddia təmin edilməli, Cavabdeh 8675 manat məbləğində sığorta ödənişinin əvəzi və 106,75 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddianın təmin edilməsinə mütənasib olaraq Cavabdeh ekspertiza xərci olan 200 manat alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 8675 (səkkiz min altı yüz yetmiş beş) manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 106,75 (bir yüz altı manat yetmiş beş qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh ekspertiza xərci olan 200 (iki yüz) manat alınaraq "xxxx" MMC-nin VÖEN **********, AZ90AİİB******************** hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar