Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-931/2025 12.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı «X1» ASC-nin Cavabdeh qarşı borc tələbi barədə ərizəsinə əsasən mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı «X1» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 301,15 manat əsas, 79,30 manat faiz borcu, 25,25 manat cərimə və 2,81 manat komisyon haqqı olmaqla, cəmi 408,51 manat borcun və 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 28 dekabr 2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətində xx.xx.2025-ci il tarixədək illik 29% ödəmək şərtilə 100 manat məbləğində kredit xətti ayrılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə bankın rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Müqavilənin 1.2ci bəndinə əsasən “Bu müqavilə üzrə Borcalan ayrılan kredit məbləği oferta çərçivəsində Borcalan verilən ödəniş kartına köçürülür”. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən isə kreditin nağdlaşdırılmasına görə kredit məbləğinin 1% (min.1 AZN) faizi həcmində komissiya tutulur. Ümumu ofertanın 6.4.8.-ci bəndinə əsasən Müştəri, Bank tərəfindən istənilən zaman “Müştəri”nin kartını bloklaşdırmaq və ya karta xidmət göstərilməsini dayandırmaq, birdəfəlik, gündəlik, həftəlik və aylıq əməliyyat limitlərini dəyişmək, kartın risk qrupunu dəyişmək və kartın üzərində digər sərəncam vermək, kredit limitində dəyişiklik etmək səlahiyyətlərinə razılığını bildirir. Belə ki, cavabdehin 301,15 manat əsas, 79,30 manat faiz borcu, 25,25 manat cərimə və 2,81 manat komisyon haqqı olmaqla, cəmi 408,51 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsini imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. «X1» ASC-i Cavabdeh ümumi oferta çərçivəsində bağlanmış kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixinədək, 35 ay müddətinə, illik 29% ödəmək şərti ilə 300 manat kredit xətti açılmışdır. Müqavilə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. Bildirişdə Cavabdeh xx.xx.2024-cü il tarixə Unibank KB ASC-yə 301,15 AZN əsas, 43,50 AZN faiz, 6,88 AZN cərimə olmaqla, cəmi 354,34 AZN borcunun olduğu bildirilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 7444sADjb/22 saylı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 301,15 manat əsas, 79,30 manat faiz borcu, 25,25 manat cərimə və 2,81 manat komisyon haqqı olmaqla, cəmi 408,51 manat borcunun olmasına dair xx.xx.2025-ci il tarixli maliyyə cədvəli tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2022-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (Həmin vaxt qüvvədə olan): 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Cavabdehdən tutulmalı olan faiz borcuna və cərimə məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı «X1» ASC-i xx.xx.2024-cü il tarixdə Cavabdeh məktub ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilədən imtina etməsini qarşı tərəfə bildirmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarı). Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri və cəriməni (xx.xx.2024-cü il tarixli məktubda göstərilən məbləğdə) tələb edə bilər. Belə olan halda məhkəmə Cavabdeh iddiaçı «X1» ASC-i qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı «X1» ASC-i Cavabdeh xx.xx.2022-ci il tarixli, 7444sADjb/22 saylı müqaviləsi üzrə 301,15 manat əsas, 43,50 manat faiz, 6,88 manat cərimə olmaqla, cəmi 354,34 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının cavabdehə aid edilməlidir. Nəticə: Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 7444sADjb/22 saylı müqaviləsi üzrə 301,15 (üç yüz bir manat on beş qəpik) manat əsas, 43,50 (qırx üç manat əlli qəpik) manat faiz və 6,88 (altı manat səksən səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 354,34 (üç yüz əlli dörd manat otuz dörd qəpik) manat məbləğində pul alınıb iddiaçı «X1» ASC-yə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,4 (qırx) qəpik xidmət haqqı alınaraq iddiaçı «X1» ASC-yə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Güləndam Quliyeva