Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-976/2024 11.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh hüquqa zidd əməli ilə müvəkkili İddiaçı birbaşa burulmuş 9318 manat miqdarında ziyanın və vəkil xidmətindən istifadə edildiyinə görə 250 manat xidmət haqqı və 113 manat dövlət rüsumu cəmi 9681 manat cavabdehdən alınıb müvəkkilinə verilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı Nürəddin qızına xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Mersedes E40 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili həyat yoldaşı X1 xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Təbriz küçəsi ilə Az.DRES qəsəbəsi istiqamətində idarə edərkən əks istiqamətdə hərəkətdə olan QAZ 31105 markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Şəmşad oğlu dönmə əməliyyatı edərkən diqqətinin yayınması nəticəsində vaxtından əvvəl Mersedes E240 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq onun sol arxa qənədinə vurmuş, daha sonra Mersedes E240 markalı avtomobil idarəetməni itirib qarşı zolaqda dayanıqlı vəziyyətdə olan Mersedes BENZ 190 markalı, 32-BH-№№ ( d.q.n.lıavtomobilin arxa hissəsinə dəymiş və həmin istiqamətdə hərəkətdə olan VAZ 2107 markalı, 10 KZ-867 d.q.n-li avtomobil Mersedes E240 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş və avtoqəza nəticəsində avtomobil yararsız vəziyyətə düşməklə maddi ziyan dəymişdir. Bununla yanaşı Mersedes E240 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlıavtomobildə sərnişin olan müvəkkilim İddiaçı Nürəddin qızıavtoqəza nəticəsində döş qəfəsinin və başın qapalı travması almışdır. Yol nəqliyyat hadisəsi ilə bağlı Mingəşevir ŞPş-nin yol polis bölməsində araşdırma aparılmış, nəqliyyat vasitəsini idarə edərək təhlükəsizlik qaydalarına əməletməyib yol hərəkəti qaydalarını pozmaqla Cavabdeh Şəmşad oğlu barəsində Azərbaycan RespublikaSİ ixm-NİN 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbirlərin görülməsi haqda protokol tərtib edilmişdir. Müvəkkilim İddiaçı Nürəddin qızına xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Mersedes E240 markalı, **- ME-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı tərtib edilmiş smetaya əsasən ziyanın miqdarı 7818 manat miqdarında müəyyən edilmişdir. Avtomobillər sığorta olunduğundan avtomobilə dəymiş ziyanın bir qismi 3500 manat məbləğində “Atəşgah” Sığorta şirkəti tərəfindən ödənilmişdir. Dəymiş ziyanın qalan hissəsinin 4318 manatın cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Müvəkkilim İddiaçı Nürəddin qızına döş qəfəsinin və başın qapalı travması ilə bağlı TəciliYardım Stansiyasına müraciət edildikdən sonra ambulator müalicə təyin edilmişdir. Müvəkkilim aldığı xəsarətlərdən iztirab çəkmiş, psixoloji durumuna xələl gəlmiş və nəticədə ona mənəvi ziyan dəymişdir. Mənəvi ziyan 5000 manatla dəyərləndirirlir və cavabdeh tərəfindən ödənilməlidir. Odur ki, məhkəmədən Cavabdeh hüquqa zidd əməli ilə müvəkkili İddiaçı birbaşa burulmuş 9318 manat miqdarında ziyanın və vəkil xidmətindən istifadə edildiyinə görə 250 manat xidmət haqqı və 113 manat dövlət rüsumu cəmi 9681 manat cavabdehdən alınıb müvəkkilinə verilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, 9318 manat onlara dəymiş ziyanın tələbidiri. Həmin ziyandan 3500 manat sığorta tərəfindən ödənilmişdir. Sığorta məbləğinin çıxılması ilə razılaşır. Lakin ən azından 3000 manat ziyana qarşı cavabdehdən pul tələb edir. Cavabdeh onun müvəkkilinin avtomobilini tam yararsız vəziyyətə salmışdır. Ona görə də ən azında 6000 manat pulun tutulmasını istəyir. Özü də bir sürücü kimi deyir ki, bir sürücü ən azından zərərin yarısını da almaq yaxşıdır. Sığorta ödənişinin bu işə aidiyyəti yoxdur. Vurmayaydı avtomobili. Qərarın çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, hazırlıq mərhələsində deyildi ki, 6133 manatdır. Öz avtomobilini təmir etdirmək üçün kredit götürmüşdür. 364 manat pensiya alır. Maddi cəhətdən vəziyyəti pisdir. Əşrəf müəllim ona demiş ki, 2000 manat pul versin, o da özünə yeni avtomobil alsın. O isə bildirmiş ki, imkanı yoxdur. Onun ziyan ödəməyə imkanı yoxdur. Əşrəf müəllimə isə 250 manat pul vermişdir. 2633 manat puldan 250 manatın çıxarılmasını istəyir. İşə əlavə olunmuş Nəqliyyat Vasitələrinin (bərpa edilməsinə) dair Smetadan (haqqıhesab) görünür ki, Mersedes Benz E 240 minik markalı, ** ME *** dövlət qeydiyyat nişanlınəqliyyat vasitəsinin vasitəsinin təmirinin cəmi dəyəri 7918 manat hesablanmışdır. İşə əlavə olunmuş cinayət işi başlanılmasının rədd edilməsi barədə 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, material üzrə cinayət işi başlanması rədd edilməlidir. Nəqliyyat vasitəsini idarə edərək, təhlükəsizlik qaydalarına əməl etməyib yol hərəkəti qaydalarını pozmaqla Mingəçevir şəhəri, Təbriz küçəsi 21, mənzil 7-də yaşayan, sürücüsü xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh Şəmşad oğlu yol hərəkəti qaydalarının tələblərini pozmaqla barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə ŞPŞnin DYPB-nə verilmişdir. İşə əlavə olunmuş "xxxx" ASC-yə məxsus ödəniş qəbzindən görünür ki, Vəkil İlyas oğlu tərəfindən Mingəçevir şəhər Məhkəməsi üzrə 113 manat məbləğində dövlət rüsumu keçirilmişdir. İşə əlavə məhkəmə-əmətəə ekspertizasının 9/4440 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur altındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “Mercedes E240” markalı, **- ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 6133,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 4433,00 manat, təmirbərpa işlərinin qiyməti – 1700,00 manat hesablanmışdır. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Sadalanan hüquq normaları mənzilin təmiri ilə bağlı iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Sadalanan hüquq normalarına əsasən, iddiaçının cavabdehə qarşı dəymiş ziyanın ödənilməsi tələbi qismən əsaslıdır. Məhkəmə iddia ərizəsi və ekspert tərəfindən verilmiş ekspert rəyini müqayisəli şəkildə təhlil edərək ekspert rəyinin real olması müşahidə olunmuşdur. Ona görə də məhkəmə iddia tələbini ekspert rəyinə uyğun çıxarılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində iddiaçıya, nəqliyyat vasitəsi sahibinə ziyan dəymişdir. Həmin ziyan isə cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçıya ziyan dəyməsi iş materiallarında olan qərar, Smeta və ekspert rəyi ilə sübut təqdim etmişdir. İşdə olan sənədlərdən də göründüyü kimi cavabdehdən dəymiş ziyanın məbləğinin alınıb iddiaçıya verilməsi məqsədə müvafiqdir. Lakin ekspert rəyindən də göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 6133 manat ziyan dəymişdir. Bundan başqa məhkəmə həmin dəyən ziyanın 3500 manat hissəsinin isə sığorta tərəfindən ödənildiyi iddiaçı tərəfin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən etiraf edilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, iddiaçıya dəymiş ziyan 6133 manat olaraq müəyyən edilməli və ondan 3500 manat sığorta tərəfinən ödənilmiş hissə silinərək cavabdehdən tutulub iddiaçıya verilməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, cavabdehdən maddi ziyan kimi 2633 manat pul alınıb iddiaçıya verilməsi məqsədə müvafiqdir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və Cavabdeh ödənilmiş dövlət rüsumunun 46,33 manat məbləğində hissəsi alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə 250 (iki yüz əlli) manat məbləğdə vəkilin göstərdiyi yardıma görə xərci Cavabdeh alınıb İddiaçı verilməlidir. Belə ki, Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə 50 (əlli) manat məbləğdə ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 2633 (iki min altı yüz otuz üç) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 46,33 (qırx altı manat, otuz üç) manat məbləğində hissəsi Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə 250 (iki yüz əlli) manat məbləğdə vəkilin göstərdiyi yardıma görə xərci Cavabdeh alınıb İddiaçı verilsin. İş üzrə 50 (əlli) manat məbləğdə ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-976/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-976/2024
11.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver