Məhkəmə qərarları › İş №e-2(052)-5/2025

Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(052)-5/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № e-2(052)-5/2025 15.04.2025 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi" tələbinə dair iddia ərizəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli YVF-369 nömrəli kredit müqaviləsinə əsasən 5072,56 (beş min yetmiş iki manat 56 qəpik) manat əsas, 13,48 (on üç manat 48 qəpik) manat faiz, 0,13 (on üç qəpik) manat cərimə borcunun, eləcə də iddia ərizəsinin verilməsi və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün müvafiq olaraq ödənilmiş 70,87 (yetmiş manat səksən yeddi qəpik) manat və 51 (əlli bir) manat dövlət rüsumlarının Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus, ünvan 1 ünvanında yerləşən 26 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış (likvid) qiymətinin müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına yuxarıda qeyd olunmuş borcun bağlanması, satışdan əldə olunacaq vəsait borcun bağlanması üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri Anar Cabbarov məhkəməyə ərizə ünvanlayaraq, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Naftalan Şəhər Məhkəməsində “kredit borcunun qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia qaldırmışdır. Hal-hazırda e-2(052)-5/2025 saylı mülki iş məhkəmənin icraatındadır. Cavabdehlər bank qarşısında olan kredit öhdəliklərini tam olaraq yerinə yetirmişlər. Odur ki, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsini rəhbər tutaraq, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsinin və ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumunun iddiaçı təşkilata geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın vəsatəti təmin olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 70.87 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş həmin məbləğ geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı təşkilat tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 70.87 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) hesabına qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verdildiyi gündən 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar