Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № e-2(052)-61/2024 18.04.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun geri qaytarılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 3M-626 saylı kredit müqavilə üzrə 85000 (səksən beş min) manat borcun və 345 (üç yüz qırx beş) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 3M-626 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 85000 (səksən beş min) manat faizsiz kredit verilmişdir. Sözügedən kredit müqaviləsinin icra müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, borcalan tərəfindən müqavilənin müddəaları pozulmuş, öhdəliklər icra edilməmişdir. Bundan əlavə 05 fevral 2024-cü il tarixdə borcalan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün pretenziya ünvanlanmış, lakin həmin pretenziyaya borclu tərəfindən hər hansı cavab verilməmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iclasın iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 28 mart 2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil izahat verərək bildirmişdir ki, tərəflər arasında 85000 manat pul vəsaitinin faizsiz olaraq borc verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh müqaviləyə əsasən 06 yanvar 2024-cü il tarixədək borcunu qaytarmaq barədə üzərinə öhdəlik götürsə də, buna əməl etməmişdir. Cavabdehə rəsmi qaydada pretenziya məktubu göndərilməsinə, həmçinin şifahi qaydada borcun qaytarması barədə xəbərdalıq edilməsinə baxmayaraq, hər hansı nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işin hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 06 may 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh 85000 (səksən beş min) manat məbləğində pul vəsaitini İddiaçı oğlundan borc almış və borcunu 06 yanvar 2024-cü il tarixinədək qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirmişlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında yazılı formada bağlanmış öhdəlik (borc) münasibətləri yaranmış, iddiaçı tərəf müəyyənləşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə almış olduğu həmin məbləği 06 yanvar 2024-cü il tarixədək geri qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin kredit müqaviləsində qeyd olunan müddət başa çatmış olsa da, cavabdeh borcunu qaytarmamışdır. Hazırda iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vermiş olduğu məbləğin geri qaytarılmasını ondan tələb edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 345 (üç yüz qırx beş) manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 85000 (səksən beş min) manat borc məbləği və 345 (üç yüz qırx beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ayaz Səlimov
Məhkəmə qərarları › İş №e-2(052)-61/2024
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(052)-61/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver