Məhkəmə qərarları › İş №e-2(053)-1016/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1016/2025

19.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1016/2025 19.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 2562 manat məbləğində sığorta ödənişi və 45,62 manat məbləğində ödənilmiş dövlət rüsumu,0,40 manat xdimət haqqının alınaraq, İddiaçı Sığorta Şirkəti ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2020-ci il tarixdə etibarnamə ilə Cavabdeh1 məxsus olan və X6 tərəfindən idarə olunan “AZSamand RX” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21099” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı və “Hyundai İX 55” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “VAZ 21099” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1850 AZN (bir min səkkiz yüz əlli manat) və “Hyundai İX 55” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı nəqiyyat vasitəsinə görə isə 712 AZN (yeddi yüz on iki manat) sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyir ki, xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı X6 müvafiq etibarnamə və sürücülük hüququ olmadan nəqiyyat vasitəsini idarə etdiyinə görə cavabdehlərə qarşı subroqasiya hüquqları yaranmışdır. Hesab edir ki, 2562 manat pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 Tahir oğlundan İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2020-ci il tarixdə etibarnamə ilə Cavabdeh1 məxsus olan və X6 tərəfindən idarə olunan “AZSamand RX” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21099” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı və “Hyundai İX 55” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. iş materiallarında olan 092431 saylı və 092428 saylı sığorta aktlarından görünür ki, “Hyundai İX 55” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə 712 manat və “VAZ 21099” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilə 1850 manat madii ziyan dəymişdir. iş materiallarında olan xx.xx.2020-ci il tarixli 91660020 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1850 manat 092428 saylı sığorta aktına əsasən X3 ödənilmişdir. iş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə CM-nin 263-cü maddəsi ilə cinayət təqibini başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd olunmuş, toplanmış material üzrə Cavabdeh2 oğllunun İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul olunmuş qərarın sürəti Surxanaı RPİ-nin DYPŞ-ya göndərilməsi, Cavabdeh1 İXM-nin 335.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəb edilməsi üçün qəbul olunmuş qərarın sürəti Surxanaı RPİnin DYPŞ-ya göndərilməsi qərara alınmışdır. İş materiallarında olan ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 45,62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, X2 vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi, Cavabdeh1 məxsus “AZSamand RX” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi avtomobil "xxxx" ASC-də “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. X6 etibarnamə olmadan idarə etdiyi “AZSamand RX” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir və “VAZ 21099” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı və “Hyundai İX 55” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi ziyan vurmuşdur. Qeyd olunan hadisə ilə bağlı Suraxanı RPİ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə CM-nin 263-cü maddəsi ilə cinayət təqibini başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd olunmuş, toplanmış material üzrə Cavabdeh2 oğllunun İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul olunmuş qərarın sürəti Surxanaı RPİ-nin DYPŞ-ya göndərilməsi, Cavabdeh1 İXM-nin 335.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul olunmuş qərarın sürəti Surxanaı RPİnin DYPŞ-ya göndərilməsi qərara alınmışdır. Hadisəsi nəticəsində Hyundai İX 55” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə 712 manat və “VAZ 21099” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilə 1850 manat madii ziyan dəymişdir. Həmin məbləğ "xxxx" ASC tərəfindən ödənilmişdir. Cavabdeh X6 “AZSamand RX” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etmişdir. Bu səbəbdən "xxxx" ASC verilmiş sığorta ödənişini təqsirli şəxslərdən geri tələb edir. Ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Cavabdeh1 mülkiyyətində olan “AZSamand RX” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsas olmadan, yəni etibarnaməsiz X5 istifadəsinə və sahibliyinə verdiyinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyini idarə edərək hadisəni törədən X5 və mülkiyyətçi X5 üzərinə düşür. Bu səbəbdən, iddiaçı "xxxx" ASC cavabdehlər X6 və mülkiyyətçi X1 qaydasında sığorta ödənişinin geriyə tələb etməkdə haqlıdır. Çünki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “İcbari Sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. “İcbari Sığortalar haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Qanunun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilməli, “VAZ 21099” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı və “Hyundai İX 55” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə ödənilmiş 2562 (iki min beş yüz altmış iki) manat sığorta ödənişi, ödənilmiş 45,62 (qırx beş manat altmış iki qəpik) manat dövlət rüsumu, 0,40 manat (qırx qəpik) xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “VAZ 21099” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı və “Hyundai İX 55” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə ödənilmiş 2562 (iki min beş yüz altmış iki) manat sığorta ödənişi, ödənilmiş 45,62 (qırx beş manat altmış iki qəpik) manat dövlət rüsumu, 0,40 manat (qırx qəpik) xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar