Məhkəmə qərarları › İş №e-2(053)-1046/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-1046/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-1046/2023 28.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4.673, 76 manat məbləğində əsas borc, 3.713,43 manat məbləğində faiz borcu, 2.641,93 manat məbləğində cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 oktyabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 696,15 manat məbləğində faiz borcu olmaqla, cəmi 11.725,27 manat məbləğində borcun, habelə dövlət rüsumu olaraq ödənilmiş 125,18 manat məbləğində pulun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər arasında 13 noyabr 2023-cü ildə barışıq sazişi bağlanmışdır. Barışıq sazişi aşağıdakı məzmundadır: «Bir tərəfdən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X2 şəxsində (bundan sonra “İddiaçı” adlanacaq), digər tərəfdən Cavabdeh1 ( ş,v AA*******, etibarlıdır: xx.xx.2032) (bundan sonra “Cavabdeh” adlanacaq), İddiaçı və Cavabdeh (birlikdə bundan sonra “Tərəflər” adlanacaqlar) aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi imzaladılar. Maddə 1. Sazişin mövzusu İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, KM006T10170002S01 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin Cavabdehdən tutulması tələbinə dair mübahisə. Maddə 2. Barışığın şərtləri 2.1.Tərəflər təsdiq edirlər ki, Cavabdehin xx.xx.2017-ci il tarixli, KM006T10170002S01 nömrəli kredit müqaviləsi üzrə 4.673,76 manat əsas, 3.713,43 manat faiz və 2.641,93 manat cərimə olmaqla icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2.Tərəflər razılaşırlar ki, xx.xx.2017-ci il tarixli, KM006T10170002S01 nömrəli kredit müqaviləsi üzrə 700 manat məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 6.300 manat məbləğində borcun 18 (on səkkiz) ay müddətinə, yəni 2024-cü ilin yanvar ayından başlayaraq, hər ay 350 manat ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.3.İddiaçı bu sazişin 2.2-ci bəndində göstərilən borc məbləğinin Cavabdeh tərəfindən ödənilməsinə 18 (on səkkiz) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4.Hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən ardıcıl olaraq 2 (iki) ay ərzində lazımınca icra edilməməsi bu sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. 2.5.Barışıq sazişi üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu sazişin 2.1-ci bəndində göstərilən borcların tam şəkildə Cavabdehdən tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.6.Tərəflər razılaşırlar ki, bu sazişin 2.2-ci bəndi Cavabdeh tərəfindən tam icra edildikdən sonra X1 hesablanmış digər faiz və cərimə borclarına güzəşt tətbiq edilərək silinməsi öhdəliyini Ləğvedici öz üzərinə götürür. Maddə 3. Digər şərtlər 3.1.Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. 3.2.Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.6-cı bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3.Bu saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4.Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və münasibətə yol verməyəcəkdir. 3.5.Tərəflər razılığa gəlirlər ki, Tərəflərin hər birinin yazılı razılığı olmadan sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6.Tərəflər təsdiq edirlər ki, onlar sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7.Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1.bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2.bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3.mediasiya və ya hazırkı sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4.qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5.yaxın qohumlara; 3.7.6.Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8.Bu sazişin məzmununun sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Maddə 4. Yekun müddəalar 4.1.Tərəflər bu saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2.bu sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3.bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir». Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 5.4-cü maddəsinin mənasına görə qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilərlər. Həmin Məcəllənin 52.3 və 52.5-ci maddələrinə əsasən «Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər», «İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır». Məhkəmə müvafiq sazişi nəzərdən keçirərək, hesab edir ki, o, mahiyyət etibarilə qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən «tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə» hakim iş üzrə icraata xitam verir. Beləliklə məhkəmə, işin məhkəmə baxışı zamanı toplanmış sübutların cəminə qiymət verərək, hesab edir ki, barışıq sazişi təsdiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261 – 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 13 noyabr 2023-cü ildə bağlanmış barışıq sazişi təsdiq edilsin. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar