Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1062/2024 10.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 may 2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********28744 olan “SAMSUNG GALAXY S22” markalı telefon və “SAMSUNG CHARGER” üçün 1.685,85 manat ödənilməmiş hissə, 168,15 manat cərimə pulu; 09 iyun 2023-cü tarixli müqaviləyə əsasən İMEİ kodu **********56361 olan “SAMSUNG GALAXY A34” markalı telefon üçün 966,90 manat ödənilməmiş hissə, 96,10 manat cərimə pulu; 19 avqust 2023-cü il tarixli müqaviləyə əsasən “MİDEA” markalı kondisioner və mətbəx aksessuarı “TECHPOİNT” dezinfeksiyaedici effektli kondisioner təmizləyicisi üçün 835,09 manat ödənilməmiş hissə, 83,91 manat cərimə pulu; 20 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən “ŞƏBƏKƏ- YUMSAQ-KUNC SAĞ UZUN” üçün 264,68 manat ödənilməmiş hissə, 26,32 manat cərimə olmaqla ümumilikdə 4.127 manat borcun və 61,27 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 10 may 2023-cü il, 09 iyun 2023-cü il, 19 avqust 2023-cü il və 20 yanvar 2022-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********28744 olan “SAMSUNG GALAXY S22” markalı telefon, “SAMSUNG CHARGER”, İMEİ kodu **********56361 olan “SAMSUNG GALAXY A34” markalı telefon, “MİDEA” markalı kondisioner, mətbəx aksessuarı “TECHPOİNT” dezinfeksiyaedici effektli kondisioner təmizləyicisi və “ŞƏBƏKƏ-YUMSAQ-KUNC SAĞ UZUN” almış və nəticədə 4.127 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 10 may 2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2.264,94 manat (18 ay x 125,83 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********28744 olan “SAMSUNG GALAXY S22” markalı telefon və “SAMSUNG CHARGER” üçün ümumilikdə 1.854 manat olmaqla ondan, 1.685,85 manat ödənilməmiş hissə, 168,15 manat cərimə pulu hesablanmışdır. 09 iyun 2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.263,44 manat (18 ay x 69,08 manat + 20 manat ilkin ödəniş) olan İMEİ kodu **********56361 olan “SAMSUNG GALAXY A34” markalı telefon üçün ümumilikdə 1.063 manat olmaqla ondan, 966,90 manat ödənilməmiş hissə, 96,10 manat cərimə pulu hesablanmışdır. 19 avqust 2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.151,07 manat (18 ay x 53,31 manat + 191,49 manat ilkin ödəniş), “MİDEA” markalı kondisioner və mətbəx aksessuarı “TECHPOİNT” dezinfeksiyaedici effektli kondisioner təmizləyicisi üçün 919 manat olmaqla ondan 835,09 manat ödənilməmiş hissə, 83,91 manat cərimə pulu hesablanmışdır. 20 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1.799,92 manat (24 ay x 70,83 manat + 100 manat ilkin ödəniş), “ŞƏBƏKƏ-YUMSAQ-KUNC SAĞ UZUN” üçün 291 manat olmaqla ondan 264,68 manat ödənilməmiş hissə, 26,32 manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.726,85 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödənilir. Cavabdehlə iddiaçı arasında bağlanmış 10 may 2023-cü il, 09 iyun 2023-cü il, 19 avqust 2023-cü il və 20 yanvar 2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı zamanı, həmçinin iddiaçının göndərdiyi 06 avqust 2024-cü il tarixli xəbərdarlıq məktubunda ona mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, o, müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 may 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 2.264,94 manat olan İMEİ kodu **********28744 olan “SAMSUNG GALAXY S22” markalı telefon və “SAMSUNG CHARGER” hər ay 125,83 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 1.263,44 manat olan İMEİ kodu **********56361 olan “SAMSUNG GALAXY A34” markalı telefon ilkin ödəniş 20 manat olmaqla, hər ay 69,08 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 19 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 1.151,07 manat, “MİDEA” markalı kondisioner və mətbəx aksessuarı “TECHPOİNT” dezinfeksiyaedici effektli kondisioner təmizləyicisi ilkin ödəniş 191,49 manat olmaqla, hər ay 53,31 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 20 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 1.799,92 manat, “ŞƏBƏKƏ-YUMSAQ-KUNC SAĞ UZUN” ilkin ödəniş 100 manat olmaqla, hər ay 70,83 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 17 avqust 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh 10 may 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1.685,85 manat ödənilməmiş əsas məbləğ və 168,15 manat cərimə olmaqla – cəmi 1.854 manat, 09 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 966,90 manat ödənilməmiş əsas məbləğ və 96,10 manat cərimə olmaqla – cəmi 1.063 manat, 19 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 835,09 manat ödənilməmiş əsas məbləğ və 83,91 manat cərimə olmaqla – cəmi 919 manat, 20 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 264,68 manat ödənilməmiş əsas məbləğ və 26,32 manat cərimə olmaqla – cəmi 291 manat, ümumilikdə isə 4.127 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilələr üzrə cərimə borcu ümumilikdə 108 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 10 may 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1.685,85 manat ödənilməmiş əsas məbləğ və 50 manat cərimə, 09 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 966,90 manat ödənilməmiş əsas məbləğ və 25 manat cərimə, 19 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 835,09 manat ödənilməmiş əsas məbləğ və 25 manat cərimə, 20 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 264,68 manat ödənilməmiş əsas məbləğ və 8 manat cərimə olmaqla – ümumilikdə 3.860,52 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 61,27 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10 may 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1.685 (min altı yüz səksən beş) manat 85 (səksən beş) qəpik ödənilməmiş əsas məbləğ və 50 (əlli) manat cərimə, 09 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 966 (doqquz yüz altmış altı) manat 90 (doxsan) qəpik ödənilməmiş əsas məbləğ və 25 (iyirmi beş) manat cərimə, 19 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 835 (səkkiz yüz otuz beş) manat 09 (doqquz) qəpik ödənilməmiş əsas məbləğ və 25 (iyirmi beş) manat cərimə, 20 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 264 (iki yüz altmış dörd) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş əsas məbləğ və 8 (səkkiz) manat cərimə olmaqla, ümumilikdə 3.860 (üç min səkkiz yüz altmış) manat 52 (əlli iki) qəpik məbləğində borc, habelə dövlət rüsumu kimi ödənilmiş 61 (altmış bir) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-1062/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1062/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver