Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1070/2025 05.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu İddiaçı Cavabdeh qarşı pul tələbi ilə bağlı iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək 07 iyun 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********46666 olan «Samsung Galaxy S24 Ultra» markalı telefon, «Qızıl zəmanət ultra 2 il» xidməti və «Samsung Charger» üçün 2.169,16 manat ödənilməmiş hissə və 216,92 manat cərimə; 17 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən «Samsung» markalı tozsoran üçün 295,10 manat ödənilməmiş hissə və 29,51 manat cərimə olmaqla, ümumilikdə 2.710,69 manat borcun və 47,11 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağladığı 07 iyun 2024-cü il və 17 oktyabr 2024-cü tarixli müqavilələrə əsasən İMEİ kodu **********46666 olan «Samsung Galaxy S24 Ultra» markalı telefon, «Qızıl zəmanət ultra 2 il» xidməti, «Samsung Charger», «Samsung» markalı tozsoran almış və nəticədə 2.710,69 manat borc yaranmışdır. Cavabdeh 07 iyun 2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 3.664,02 manat (18 ay x 166,89 manat + 660 manat ilkin ödəniş), İMEİ kodu **********46666 olan «Samsung Galaxy S24 Ultra» markalı telefon, «Qızıl zəmanət ultra 2 il» xidməti və «Samsung Charger» üçün ümumilikdə 2.386,08 manat olmaqla ondan 2.169,16 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 216,92 manat cərimə pulu hesablanmışdır. 17 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 359,10 manat (18 ay x 18,45 manat + 27 manat ilkin ödəniş) olan «Samsung» markalı tozsoran üçün ümumilikdə 324,61 manat olmaqla, ondan 295,10 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 29,51 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.558,86 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödənilir. Cavabdehlə iddiaçı arasında bağlanmış 07 iyun 2024-cü il və 17 oktyabr 2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı zamanı, həmçinin iddiaçının göndərdiyi 26 may 2025-ci il tarixli xəbərdarlıq məktubunda ona mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, o, müqavilələrlə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Qeyd olunur ki, cavabdehə Azərbaycan Respublikası MPM-nin yuxarıda istinad olunan 284-5.1-ci maddəsinin tələblərinə uyğun rəsmi bildiriş göndərilmiş, lakin məhkəməyə onun iddiaya qarşı əsaslandırılmış etirazı daxil olmamışdır. Məhkəmə qüvvədə olan mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan və s. aidiyyəti müddəalarını, habelə işin faktik hallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı hazırkı iş üzrə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması yolveriləndir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinin tələbinə görə «Ərizə məhkəməyə daxil olduğu gündən 47,11 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. 07 iyun 2024-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – «satıcı», Cavabdeh – «alıcı» olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 3.664,02 manat, İMEİ kodu **********46666 olan «Samsung Galaxy S24 Ultra» markalı telefon, «Qızıl zəmanət ultra 2 il» xidməti və «Samsung Charger» ilkin ödəniş 660 manat olmaqla, hər ay 166,89 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. 17 oktyabr 2024-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – «satıcı», Cavabdeh – «alıcı» olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 359,10 manat olan «Samsung» markalı tozsoran ilkin ödəniş 27 manat olmaqla, hər ay 18,45 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş 24 iyun 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, «alıcı» Cavabdeh 07 iyun 2024-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 2.169,16 manat ödənilməmiş əsas məbləğ və 216,92 manat cərimə olmaqla – cəmi 2.386,08 manat; 17 oktyabr 2024-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 295,10 manat ödənilməmiş əsas məbləğ və 29,51 manat cərimə olmaqla – cəmi 324,61 manat, ümumilikdə isə 2.710,69 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, «Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir». Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, «Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur». Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, «Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, «Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun». Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh 07 iyun 2024-cü il tarixli müqavilə üzrə 2.169,16 manat məbləğində əsas borcu, 17 oktyabr 2024-cü il tarixli digər müqavilə üzrə 295,10 manat məbləğində əsas borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsinə əsasən «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər». Həmin Məcəllənin 467-ci maddəsinə əsasən «Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir». Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, 07 iyun 2024-cü il tarixli müqavilə üzrə cərimə borcu 40 manat, 17 oktyabr 2024-cü il tarixli digər müqavilə üzrə isə 10 manat həddində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 47,11 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 07 iyun 2024-cü il tarixli müqavilə üzrə 2.169,16 manat məbləğində əsas borc və 40 manat cərimə borcu, 17 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 295,10 manat məbləğində əsas borc və 10 manat məbləğində cərimə borcu, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 47,11 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216 – 220, 222, 233, -220, 284-1 – 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 07 iyun 2024-cü il tarixli müqavilə üzrə 2.169 (iki min yüz altmış doqquz) manat 16 (on altı) qəpik məbləğində əsas borc və 40 (qırx) manat məbləğində cərimə; 17 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 295 (iki yüz doxsan beş) manat 10 (on) qəpik məbləğində əsas borc və 10 (on) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.514 (iki min beş yüz on dörd) manat 26 (iyirmi altı) qəpik borc, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 47 (qırx yeddi) manat 11 (on bir) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-1070/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1070/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver