Məhkəmə qərarları › İş №e-2(053)-1108/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1108/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1108/2024 25.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X9 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi və digər vərəsələr X5 və X6 qanuni nümayəndəsi Cavabdeh iddiaçının xeyrinə 10 yanvar 2023-cü il tarixli BPM**********75 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2.000 manat əsas, 14,44 manat faiz borcu olmaqla, cəmi 2.014,44 manat borcun, 08 oktyabr 2021-ci il tarixli BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 499,44 manat əsas borc, 197,72 manat faiz borcu olmaqla cəmi 697,16 manat borcun, ümumilikdə cəmi 2.711,60 manat borcun, ödənilmiş 47,12 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə X7 arasında bağlanmış 10 yanvar 2023-cü il tarixli, BPM**********75 nömrəli kredit müqaviləsinə əsasən ona illik 20 faizlə, 31 ay müddətinə 2.000 manat nağd kredit və 08 oktyabr 2021-ci il tarixli, BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 24 faizlə, 36 ay müddətinə 500 manat məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin 23 yanvar 2023-cü il tarixdə borclu X7 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində iddiaçı ilə X7 arasında bağlanmış 10 yanvar 2023-cü il tarixli BPM**********75 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2.000 manat əsas, 14,44 manat faiz borcu, cəmi 2.014,44 manat borc, 08 oktyabr 2021-ci il tarixli BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 499,44 manat əsas borc, 197,72 manat faiz borcu, cəmi 697,16 manat borcu olmaqla ümumilikdə cəmi 2.711,60 manat borc yaranmışdır. Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli AZ-İİ seriyalı 312776 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 23 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Salyan regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli, 2V-201 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 qalmış mirasa Cavabdeh, X3 və X8 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə borclu X2 vərəsələri Cavabdeh, X3 və X8 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Bu səbəbdən də məhkəməyə müracət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 yanvar 2023-cü il tarixli, BPM**********75 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti – «bank» və X7 – «borcalan» olmaqla, X4 illik 20 faizlə, 31 ay müddətinə 2.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 08 oktyabr 2021-ci il tarixli, BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyəti – «bank» və X7 – «borcalan» olmaqla, X4 24 faizlə, 36 ay müddətinə 500 manat məbləğində kart kredit limiti verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X2 "xxxx" ASC-yə 26 avqust 2024-cü il tarixə 10 yanvar 2023-cü il tarixli BPM**********75 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2.000 manat əsas, 14,44 manat faiz borcu olmaqla, cəmi 2.014,44 manat borc, 08 oktyabr 2021-ci il tarixli BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 499,44 manat əsas borc, 197,72 manat faiz borcu olmaqla cəmi 697,16 manat borcu vardır. İş materiallarında olan Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, AZ-İİ seriyalı 312776 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 23 yanvar 2023-cü ildə ölmüşdür. İş materiallarında olan Salyan regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli, 2V-201 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X1 qalmış mirasa Cavabdeh, X3 və X8 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır…». Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan X7 10 yanvar 2023-cü il tarixli, BPM**********75 nömrəli kredit müqaviləsi və 08 oktyabr 2021-ci il tarixli, BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı "xxxx" ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən «Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 10 yanvar 2023-cü il tarixli BPM**********75 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2.000 manat əsas, 14,44 manat faiz borcu olmaqla, cəmi 2.014,44 manat borc; 08 oktyabr 2021-ci il tarixli BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 499,44 manat əsas borc, 197,72 manat faiz borcu olmaqla cəmi 697,16 manat borc, ümumilikdə 2.711,60 manat borc "xxxx" ASCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman bank xidmət haqqı ilə birlikdə ödəmiş olduğu 47,52 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10 yanvar 2023-cü il tarixli, BPM**********75 nömrəli, kredit müqaviləsinə əsasən 2.000 (iki min) manat əsas məbləğ üzrə, 14 (on dörd) manat 44 (qırx dörd) qəpik faiz borcu olmaqla, cəmi 2.014 (iki min on dörd) manat 44 (qırx dörd) qəpik borc; 08 oktyabr 2021-ci il tarixli, BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən 499 (dörd yüz doxsan doqquz) manat 44 (qırx dörd) qəpik əsasə məbləğ üzrə, 197 (yüz doxsan yeddi) manat 72 (yetmiş iki) qəpik faiz borcu olmaqla, cəmi 697 (altı yüz doxsan yeddi) manat 16 (on altı) qəpik borc, ümumilikdə 2.711 (iki min yeddi yüz on bir) manat 60 (altmış) qəpik borc və bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu olaraq ödənilmiş 47 (qırx yeddi) manat 52 (əlli iki) qəpik pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar