Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-1141/2024 25.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.075 manat əsas, 1.177 manat gecikdirilmiş borca görə hesablanmış 12 aylıq faiz borcu və 42,52 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2.294,52 manat pul məbləğinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 284-3.2.4-cü maddəsinə əsasən ərizədə «tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar» göstərilməlidir». Qeyd olunur ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında 29 iyun 2021-ci il tarixli NFCB 001191 nömrəli və 02 iyul 2021-ci il tarixli NFCB 001206 nömrəli iki müqavilə («kredit satış müqaviləsi») bağlanmış və cavabdehin hər bir müqavilə üzrə ayrı ayrılıqda əsas borcu və cərimə borcu yaranmışdır. Buna baxmayaraq iddia ərizəsində borc məbləğləri hər bir müqavilə üzrə ayrı-ayrılıqda deyil, ümumi olaraq hesablanmış və tələb edilmişdir. Beləliklə ərizə mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilələrdə gecikdirilmiş borca görə cərimə hesablanması nəzərdə tutulsa da, iddia ərizəsinin “xahiş edirəm” hissəsində faiz borcunun tutulması tələb edilmişdir. Göstərilənlərlə yanaşı həmçinin qeyd olunur ki, elektron iddia ərizəsində iddia tələbinin ümumi iddia icraatında, kağız daşıyıcıda verilən iddia ərizəsində isə iddia tələbinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verildiyi göstərildiyindən məhkəməyə müraciətin forması da qeyri-müəyyən olmaqla mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinə əsasən «Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur». Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-1141/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-1141/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver