Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-1200/2025 01.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Qasımzadə Ləman Fəxrəddin qızı, İddiaçı Cavabdeh Arifşan qızına qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Arifşan qızından 17 sntyabr 2024-cü il tarixli müqaviləyə əsasən 287,54 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 28,75 manat cərimə, ümumilikdə 339,89 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Arifşan qızından tutularaq İddiaçı MMC-nın xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin Azərbaycan Respublikası MPM-nin 284-3cü maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Belə ki, İddiaçı MMC-nın məhkəməyə göndərdiyi ərizədən Cavabdeh Arifşan qızının Neftçala rayonu, Həsənabad qəsəbəsi, Neftçilər küçəsi, 2 qeydiyyatında olduğu görünsə də “AZEMİS” Elekrton Məhkəmə İnformasiya Sistemində cavabdeh haqqında məlumatların sorgulanması zamanı onun ünvan 1 ünvanında qeydiyyatda olması müəyyən edilmişdir. Bununla da tələb aidiyyat qaydaları pozulmaqla Neftçala Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən “Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir”. Azərbaycan Respublikası MPM-nin 284-3.2.3-cü maddəsinə əsasən “iddiaçının tələbi və onun əsaslandığı hallar ərizədə göstərilməlidir”. Həmin Məcəllənin 284-3.2.4-cü maddəsinə əsasən ərizəyə tələbin əsaslığını təsdiq edən sənədlər əlavə olunmalıdır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən «Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2 – 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur». Eyni Məcəllənin 152.1.3-cü maddəsinə əsasən «əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır». Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nın Cavabdeh Arifşan qızına qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №e-2(053)-1200/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-1200/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver