Məhkəmə qərarları › İş №e-2(053)-1217/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-1217/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-1217/2023 21.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, Kreditor İddiaçı borclu X1 qarşı «Borc» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcludan mağazanın xeyrinə 570 manat əsas, gecikdirilmiş borca görə hesablanmış 12 ay faiz borcundan 620 manat və ödənilmiş 32,20 manat dövlət rüsumunun ümumilikdə 1.222,20 manat borc məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, iddia geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.1-ci maddəsinə əsasən «Ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron Məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir». Həmin Məcəlləsinin 284-3.2.2-ci maddəsinə əsasən ərizədə «iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir». İddia ərizəsi və ona əlavə edilmiş sənədlər prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun deyil. Belə ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, Cavabdeh ünvanı Neftçala rayonu, Həsənabad qəsəbəsi qeyd olunsa da ünvan tam deyil. Bununla yanaşı ərizəyə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, Cavabdeh adı ərizədə “Səbuhə” kimi qeyd olunmuşdur. Bundan əlavə iddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında olmaqla məhkəməyə təqdim olunduğu halda tərəflər əmr icraatı qaydasında olduğu kimi “Kreditor” və “Borclu” adlandırılmışlar. Eyni zamanda iddia ərizəsində kredit müqaviləsinin müddəti 18 ay göstərildiyi halda kredit satış müqaviləsinə 1 saylı Əlavədə kreditin müddətinin 17 ay müəyyən edildiyi görünür. Qeyd olunan nöqsanlarla yanaşı iş materiallarına əlavə olunmuş iddia ərizəsinin surəti və 05 iyul 2023-cü il tarixli xəbərdarlıq məktubu əl imzası ilə imzalanmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən «iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Adı çəkilən Məcəllənin 284-3.5-ci maddəsinə əsasən «Ərizənin bu Məcəllənin 284- 3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur». Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması haqqında hakim qəradad çıxarır». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «Borc» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur». Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar