Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1252/2024 25.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu iddiaçı BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “Borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 12 avqust 2023-cü il tarixli, 541-ADM-1306-23 saylı kredit müqaviləsi üzrə 348,79 manat əsas məbləğ üzrə, 95,29 manat faiz üzrə, 24,97 manat cərimə, 14 avqust 2023-cü il tarixli, 729-TMP-1170-23 saylı kredit müqaviləsi üzrə 1.408,05 manat əsas məbləğ üzrə, 355,92 manat faiz üzrə, 211,21 manat cərimə, dövlət rüsumu olaraq ödənilmiş 44,84 manat olmaqla, cəmi 2.489,07 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 6 ay müddətinə qaytarılmaq şərti ilə 990 manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında 12 avqust 2023cü il tarixli, 541-ADM-1306-23 saylı kredit müqaviləsi bağlanmışdır. Həmçinin BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 14 avqust 2023-cü il tarixli, 729-TMP- 1170-23 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə qaytarılmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh BOKT "xxxx" QSC-yə 12 avqust 2023-cü il tarixli, 541-ADM-1306-23 saylı kredit müqaviləsi üzrə 348,79 manat əsas məbləğ üzrə, 95,29 manat faiz üzrə, 24,97 manat cərimə, 14 avqust 2023-cü il tarixli, 729-TMP-1170-23 saylı kredit müqaviləsi üzrə 1.408,05 manat əsas məbləğ üzrə, 355,92 manat faiz üzrə, 211,21 manat cərimə olmaqla, cəmi 2.444,23 manat borcu qalmışdır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 08 aprel 2024-cü il tarixli, 1164/24 saylı və 09 aprel 2024-cü il tarixli, 1227/24 saylı xəbərdarlıq məktubları göndərilmişdir. Cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində BOKT "xxxx" QSC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 avqust 2023-cü il tarixli, 541-ADM-1306-23 saylı kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti – “Borcverən” və Cavabdeh – “Borcalan” olmaqla, Cavabdeh 6 ay müddətinə illik 35% ödəmək şərtilə 990 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 14 avqust 2023-cü il tarixli, 729-TMP-1170-23 saylı kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti – “Borcverən” və Cavabdeh – “Borcalan” olmaqla, Cavabdeh 12 ay müddətinə illik 35% ödəmək şərtilə 2.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 03 oktyabr 2024-cü il tarixli Maliyyə arayışlarından görünür ki, Cavabdeh BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 12 avqust 2023-cü il tarixli, 541- ADM-1306-23 saylı kredit müqaviləsi üzrə 348,79 manat əsas məbləğ üzrə, 95,29 manat faiz üzrə, 24,97 manat cərimə, 14 avqust 2023-cü il tarixli, 729-TMP-1170-23 saylı kredit müqaviləsi üzrə 1.408,05 manat əsas məbləğ üzrə, 355,92 manat faiz üzrə, 211,21 manat cərimə olmaqla, cəmi 2.444,23 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən “Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür”. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən “Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır”. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh 12 avqust 2023-cü il tarixli, 541-ADM-1306-23 saylı və 14 avqust 2023-cü il tarixli, 729-TMP-1170-23 saylı kredit müqavilələri ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı BOKT "xxxx" QSC ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri və cərimə məbləğini ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 12 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə 18 manat, 14 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə 72 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 12 avqust 2023-cü il tarixli, 541-ADM-1306-23 saylı kredit müqaviləsi üzrə 348,79 manat əsas məbləğ üzrə, 95,29 manat faiz üzrə, 18 manat cərimə, 14 avqust 2023-cü il tarixli, 729-TMP-1170-23 saylı kredit müqaviləsi üzrə 1.408,05 manat əsas məbləğ üzrə, 355,92 manat faiz üzrə, 72 manat cərimə olmaqla, cəmi 2.298,05 manat borc BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddianın qismən təmin olunduğunu nəzərə alaraq tələbin təmin olunmuş hissəsinə uyğun olaraq 42,98 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 avqust 2023-cü il tarixli, 541-ADM-1306-23 saylı kredit müqaviləsi üzrə 348,79 (üç yüz qırx səkkiz manat yetmiş doqquz qəpik) manat əsas məbləğ üzrə, 95,29 (doxsan beş manat iyirmi doqquz qəpik) manat faiz üzrə, 18 (on səkkiz) manat cərimə, 14 avqust 2023-cü il tarixli, 729-TMP-1170-23 saylı kredit müqaviləsi üzrə 1.408,05 (min dörd yüz səkkiz manat beş qəpik) manat əsas məbləğ üzrə, 355,92 (üç yüz əlli beş manat doxsan iki qəpik) manat faiz üzrə, 72 (yetmiş iki) manat cərimə olmaqla, cəmi 2.298,05 (iki min iki yüz doxsan səkkiz manat beş qəpik) manat borc, dövlət rüsumu olaraq ödənilmiş 42,98 (qırx iki manat doxsan səkkiz qəpik) manat pul vəsaiti iddiaçı BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-1252/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1252/2024
25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver