Məhkəmə qərarları › İş №e-2(053)-1279/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1279/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1279/2024 02.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “Borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 mart 2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********44203 “Xıaomı Poco M6 Pro” markalı telefon, “Kıeslect Smart” qol saatı üçün 747 manat ödənilməmiş hissə, 74 manat cərimə, 20 avqust 2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********88501 olan “X1 12” markalı telefon, “Borofone” qulaqlıq üçün 378,28 manat ödənilməmiş hissə, 37,72 manat cərimə, 25 fevral 2024-cü il tarixli müqaviləyə əsasən, “Blackvıew Aırbuds 4” qulaqlıq üçün 28,33 manat ödənilməmiş hissə, 2,67 manat cərimə olmaqla, ümumilikdə 1.268 manat borcun və 32,68 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin "xxxx" MMC ilə bağladığı 31 mart 2024-cü il, 20 avqust 2023-cü il və 25 fevral 2024-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********44203 olan “Xıaomı Poco M6 Pro” markalı telefon, “Kıeslect Smart” qol saatı, İmei kodu **********88501 olan “X1 12” markalı telefon, “Borofone” qulaqlıq, “Blackvıew Aırbuds 4” qulaqlıq almış və nəticədə 1.268 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31 mart 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 801 manat (18 ay x 44,50 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********44203 olan “Xıaomı Poco M6 Pro” markalı telefon, “Kıeslect Smart” qol saatı üçün ümumilikdə 821 manat olmaqla ondan, 747 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 74 manat cərimə, 20 avqust 2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 784,98 manat (18 ay x 43,61 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********88501 olan “X1 12” markalı telefon, “Borofone” qulaqlıq üçün ümumilikdə 416 olmaqla ondan, 378,28 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37,72 manat miqdarında cərimə, 25 fevral 2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 57 manat (6 ay x 9,50 manat + 0 manat ilkin ödəniş) olan “Blackvıew Aırbuds 4” qulaqlıq üçün ümumilikdə 31 manat olmaqla ondan, 28,33 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2,67 manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 489,37 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış 31 mart 2024-cü il, 20 avqust 2023-cü il və 25 fevral 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz 14 oktyabr 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31 mart 2024-cü il alqı-satqı müqaviləsi və ona əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “müştəri” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 801 manat olan “Xıaomı Poco M6 Pro” markalı telefon, “Kıeslect Smart” qol saatı üçün hər ay 44,50 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 20 avqust 2023-cü il alqı-satqı müqaviləsi və ona əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “müştəri” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 784,95 manat olan “X1 12” markalı telefon, “Borofone” qulaqlıq üçün hər ay 43,61 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 25 fevral 2024-cü il alqı-satqı müqaviləsi və ona əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh– “müştəri” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 57 manat olan “Blackvıew Aırbuds 4” qulaqlıq üçün hər ay 9,50 manat ödəmək şərti ilə 6 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 19 oktyabr 2024-cü il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh 31 mart 2024-cü il tarixli müqavilə üzrə 747 manat ödənilməmiş əsas məbləğ, 74 manat cərimə, 20 avqust 2023-cü il tarixli müqavilə üzrə 378,28 manat ödənilməmiş əsas məbləğ, 37,72 manat cərimə, 25 fevral 2024-cü il tarixli müqavilə üzrə 28,33 manat ödənilməmiş əsas məbləğ, 2,67 manat cərimə olmaqla, cəmi 1.268 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 31 mart 2024-cü il tarixli müqavilə üzrə 37 manat, 20 avqust 2023-cü il tarixli müqavilə üzrə 19 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 31 mart 2024-cü il tarixli müqavilə üzrə 747 manat ödənilməmiş əsas məbləğ, 37 manat cərimə, 20 avqust 2023-cü il tarixli müqavilə üzrə 378,28 manat ödənilməmiş əsas məbləğ, 19 manat cərimə, 25 fevral 2024-cü il tarixli müqavilə üzrə 28,33 manat ödənilməmiş əsas məbləğ, 2,67 manat cərimə olmaqla, cəmi 1.212,28 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddianın qismən təmin olunduğunu nəzərə alaraq tələbin təmin olunmuş hissəsinə uyğun olaraq 32,12 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 31 mart 2024-cü il tarixli müqavilə üzrə 747 (yeddi yüz qırx yeddi) manat ödənilməmiş əsas məbləğ, 37 (otuz yeddi) manat cərimə, 20 avqust 2023-cü il tarixli müqavilə üzrə 378,28 (üç yüz yetmiş səkkiz manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş əsas məbləğ, 19 (on doqquz) manat cərimə, 25 fevral 2024-cü il tarixli müqavilə üzrə 28,33 (iyirmi səkkiz manat otuz üç qəpik) manat ödənilməmiş əsas məbləğ, 2,67 (iki manat altmış yeddi qəpik) manat cərimə olmaqla, cəmi 1.212,28 (min iki yüz on iki manat iyirmi səkkiz qəpik) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 32,12 (otuz iki manat on iki qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar