Məhkəmə qərarları › İş №e-2(053)-13/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-13/2025

09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-13/2025 09.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 (iki min) manat dəymiş ziyan və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, yaşadığı ünvanda öz şəxsi təsərrüfatında heyvandarlığın inkişafı ilə bağlı 22 (iyirmi iki) baş xırda buynuzlu, 2 (iki) baş isə iri buynuzlu heyvan saxlayır. Həmin heyvanların xəstəlikdən tələf olmamaları üçün vaxt-vaxtında Neftçala rayon Baytarlıq İdarəsinə və elecə də baytar həkimə müraciət edərək xəstəliklərinə qarşı müalicə etdirmişdir. Kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə qeyd olunan iki baş, hər biri boğaz olmala damazlıq heyvanı (inək) 2023-cü ilin noyabr ayında hər birini 2.000 (iki min) manata almaqla ümumilikdə iri buynuzlu heyvanlara 4.000 (dörd min) manat pul verilmişdir. Heyvanlardan bir başı (Zebo) cinsindən olan iri buynuzlu heyvan xx.xx.2024-cü ildə doğmuş və 2 gün keçsə də doğuş pərdəsini xaric edə bilmədiyindən xx.xx.2024-cü il tarixdə bu barədə Neftçala rayon Baytarlığının baytar həkimi Cavabdeh müraciət edərək yaşadıqları ünvana çağırmışlar. Lakin Cavabdeh heyvana gəlib həkim kimi baxsa da qeyd olunan heyvandan xaric olunmalı olan buzovluq pərdəsini düzgün çıxarmamış, pərdənin qalan hissəsi heyvanın buzovluğunda qalmışdır. Həmin vaxt Cavabdeh yanında olan, özünü baytar həkim kimi təqdim edən, lakin ixtisasca baytar olmayan rayon ərazisində, kəndlərdə heyvanları süni mayalanma edən Şixalı adlı şəxslə birlikdə qeyd olunan heyvana özləri ilə gətirdikləri iynəni vurmuşlar. Cavabdeh heyvana heç bir müalicə xarakterli dərmanların istifadə olunmasını bildirmədən Şixalı adlı şəxs onlardan 15 manat pul aldıqdan sonra getmişlər. Səhəri gün və sonrakı gün heyvanın halının pisləşdiyini, yem yemədiyini görüb Cavabdehla telefon əlaqəsi yaratmaq istəsələr də mümkün olmamış, zənglərə cavab verilməmiş, telefonu söndürmüşdür. Belə olan halda baytar olmayan Şixalı adlı şəxslə əlaqə saxlamışlar. Lakin həmin vaxt Şixalı adlı şəxs onlara baytar olmadığını bildirərək, heyvanın müalicəsini boynundan atmışdır. Onun üçündə iddiaçıya məxsus bir baş yeni doğmuş, hazırda 17 günlük buzovu qalmış heyvan baytar həkim Cavabdeh və Şixalı adlı şəxsin səhlənkarlığı üzündən xx.xx.2024-cü il tarixdə tələf olmuş və nəticədə iddiaçıya 2.000 (iki min) manat dəyərində ziyan vurmuşlar. Heyvan tələf olduqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi olan 1652-yə müraciət edərək baytar həkimin özbaşnalığı və səhlənkarlığı nəticəsində heyvanın tələf olması ilə bağlı məlumat vermişlər. Həmin vaxt heyvanın yanılaraq baytarlıq ekspertiza nümunələrinin götürülməsini tələb etmişlər. Bir neçə dəqiqədən sonra Neftçala rayon Baytarlıq İdarəsinin rəisi Nazim Şabanov və sahə baytar həkimi olan Əzim adlı baytar ünvana gələrək orada Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin müdiri Cavabdeh heyvandan nümunələr götürmüşlər. Lakin heyvandan nümunələr götürülən zaman ilkin baxış zamanı sahənin Əzim adlı baytar həkiminin qeyd etdiyi kimi heyvanın ölüm səbəbi balalıqdan qalan pərdənin infeksiyalaşması olması müəyyən edilmişdir. Həmin vaxt orada çəkilmiş foto şəkillər müraciətə əlavə olunmuşdur. Çünki Cavabdeh heyvandan pərdəni əli ilə çıxaran zaman heyvanın balalıq nahiyyəsinə mikrob və infeksiyalaşmasın deyə (OKSSPREY) vurmalı halda vurmamışdır. Neftçala rayon Baytarlığının baytar həkimi Sərraf İsmayilov və ixtisasca baytar həkim olmayan Şıxəli adlı şəxsin səhlənkarlığı üzündən bir baş iri buynuzlu heyvanı tələf olmuşdur. 04 mart 2024-cü il tarixli “Şəxsi təsərrüfatlarında olan 1 (bir) baş iribuynuzlu heyvanın tələf olması” barǝdə Azarbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə ünvanladıqları müraciətə Agentliyin Şirvan-Salyan regional binasında baxılmış, araşdırma zamanı müraciətdə qeyd olunan 1 baş iribuynuzlu heyvan cəsədinin daxili orqanlarından nümunə götürülərək AQTİnın müvafiq laboratoriyasına göndərilmişdir. AQTİ-nin X2 həmin nümunəyə dair təqdim etdiyi xx.xx.2024-cü il tarixli OWVARD0/LAB04-24001-T-001 nömrəli sınaq protokoluna əsasən götürülmüş nümunələrdə P.Multocida və Cİ.oedematiens infeksiya törədiciləri aşkar edilmişdir. Göründüyü kimi bir baş heyvanın ölmə səbəbi cavabdehin səhlənkarlığıdır. Ona görə də 2.000 (iki min) manat dəymiş ziyan olan heyvanın dəyəri və ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməlidir. Daha sonra Cavabdeh xx.xx.2025-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida X3-Salyan daxili orqanlarından götürülmüş nümunələrdə Pasterella Multocida va Cl Oedematiens virusları aşkar edilmişdir. “Baytarlıq haqqında" Azərbaycan Respublikasə Qanununun 19.0.1-ci maddəsinə əsasən heyvanların saxlanması, yetişdirilməsi va istifadə olunmasını " baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normalarına uyğun hayata keçirmək müvafiq təlimatlara əməl etmək heyvandarlıqla məşğul olan fiziki və hüquqi şəxslərin vəzifəsi kimi müəyyən edilmişdir. "Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikas üzra baytariq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi va bu maqsadla har bir heyvani və ya heyvanlar qrupunu müsahidə etmaya imkan veran kand təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması" Qaydalarının 15-ci bəndinə əsasən Heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslər istifadəsində olan heyvanların identikləşdirilməsini və heyvanlara identikləşdirmə haqqında şəhadətnamələrin rəsmiləşdirilməsini təmin etməlidirlər. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən Heyvan saxlayan şəxslər vaxtaşırı olaraq, heyvanlar arasında epizootiya əleyhinə tədbirlər planına əsasən, ayrı-ayrı xəstəliklərə görə diaqnostik müayinələrin və peyvəndləmə tədbirlərinin aparılmasını təşkil etməli və hər hansı bir qorxulu xəstəlik aşkar edildiyi halda baytarlıqsanitariya qaydalarına uyğun hərəkət etməlidirlər. "Heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılması" Qaydalarının 2.4-cü bəndinə əsasən Peyvəndləmə işlərinin gedişi mütəmadi olaraq nəzarətdə saxlanılmalı, onun vaxtında başa çatdırılması üçün heyvan sahiblərinin məsuliyyəti artırılmalıdır. Baytarlıq qanunvericiliyinin göstərilən normalarından göründüyü kimi, heyvan sahibləri istifadələrində olan heyvanların sağlamlıqlarının qorunması üçün vaxtaşırı baytarlıq tədbirlərinin keçirilməsini təmin etməlidirlər. Ölmüş heyvanından cəsədinin daxili orqanlarından götürülmüş nümunələrdə malikdirlər. olmaqla yara əmələ gətirən mikroblardandır. Adətən yarası olan heyvanın torpaqla Cl. Oedematiens virusu anaerob infeksiyaların 4 (dörd) törədicisindən biri və peyinlə təması zamanı meydana gəlir. Hazırkı mübahisə üzrə ölmüş heyvanda müşahidə olunan qazh absses, qazlı qanqrena, qazlı flegmona və digər şişkinliklər məhz həmin toradici virusla əlaqədardır. Eynilə də Passterella Multocida virusu heyvanlarda rastlanan Passterelyoz xəstəliyinin hərəkətsiz törədicisidir. Qeyd edilən amilin meydana gəlməsində yem, su və heyvana digər xidmət əşyaları əsas rol oynayır. Sözügedən xəstəliyin inkubasiya dövrü bir neçə saatdan bir neçə günə qədərdir. Bu xəstəlik çox iti, yarımiti, xroniki gedişə malikdir. İtigediş zamanı temperaturun yüksəlməsi, ümumi zəiflik , nəbzin sürətlənməsi. gövşəmə aktının pozulması, mədə-bağırsaq sistemində hərəkətin zəifləməsi ilə əlaqədar olaraq defekasiyanın çətinləşməsi müşahidə edilir. Nəcis kütləsində selik və qan nəzərə çarpır. 1-2 gündən sonra ürək fəaliyyətinin zəifliyi ilə əlaqədar olaraq heyvan ölür. Bəzən xəstəliyin inkişafı uzanaraq yarımiti və xroniki gedişli olur. Bu zaman dərialtı toxumada, ağız boşluğunda və udlağın selikli qişası altında şişlərin əmələ gəlməsi ilə özünü göstərir. Bəzən heyvanlarda fibrinozlu pnevmoniya əlamətləri aşkar edilir. Buna görə də xəstəliyin şiş, döş və bağırsaq forması müşahidə edilir. Xəstəliyin döş formasında heyvanlarda tənəffüsün çətinləşməsi, quru öskürək, burun yolundan köpüklü axıntı nəzərə çarpır. Xəstəliyin sonunda qanlı ishal görünür və əksərən bir neçə günə ölüm baş verir. Xəstəliyin şiş formasında heyvanın baş nahiyəsində, boyunda, köks nahiyəsində, bəzən isə ətrafların dərialtı toxumalarında şiş müşahidə edilir. Xəstəliyin bağırsaq formasında əsasən həzm sisteminin kəskin pozğunluğu baş verir. Heyvanlarda iştahaın normal olmasına baxmayaraq onlarda ümumi zəiflik və anemiya inkişaf edir. Heyvanlarda tənəffüsün çətinləşməsi və ürək fəaliyyətinin zəifləməsi nəticəsində heyvan tələf olur. Xroniki gediş zamanı həzm və tənəffüs sisteminin funksiyası zəif dərəcədə pozulur, güclü ishal nəticəsində heyvanlarda arıqlıq baş verir.flahsi keçan xastaliklara qarşı hazırda peyvandin mövcud olmasına baxmayaraq iddiaçı va onun oğlu tarafindan haytarlıq qanunvericiliyi ila müayyan edilmis olunmamış, yalnız heyvan sözügedən virusların törətdiyi sastalik bra düçar olduqdan vazifalar icra edilməmis, heyvan vaxtinda müvafiq peyvandlamalar üçün təqdim sonra baytarhəkimə müraciət edilmişdir. heyvanda həmin təzahürlər müşahidə edildiyindən onun epizootoloji xüsusiyyətləri. Müraciət edildikdən sonra aparılmış ilkin baytarlıq tadbirlari gedişinda bakterioloji müayinənin aparılması tövsiyə edilsa da, iddiaçı tərəfindən bu istiqamətdə Klinik əlamətləri, gözlənilən patoloji-anatomik dəyişikliklərin müəyyən edilməsi üçün də hərəkətsizlik edilmiş, nəticədə heyvan tələf olmuşdur. Göründüyü kimi, heyvanın ölməsinə səbəb olan hallar bilavasitə onun sahiblərinin biganə davranışları nəticəsində meydana gəlmiş, onların risk dairəsinə daxil olan hərəkətlərlə əlaqədar olmuşdur. Onun tərəfindən həmin heyvan barədə görülmüş baytarlıq xidmətləri heyvanın müalicəsinə deyil, onun orqanizmində müşahidə olunan virus təzahürlərinin, ümumi düşkünlüyün qarşısının alınmasına yönəlmiş, göstərilmiş xidmətlər heyvanın ölümü ilə səbəbli əlaqədə olmamışdır. İddiaçının öz ərizəsində digər qeyd etdikləri, eyni zamanda sonun çıxarılması zamanı guya "Oksprey" dezinfeksiyaedici məhlulundan istifadə etməməyimlə bağlı göstərdiyi dəlil də onun əsassız mülahizələridir. Belə ki, həmin dərmanın təyinatı heyvanın xarici səthində müşahidə olunan iltihablarla bağlı müalicə tədbirləri zamanı infeksiyalaşmanın qarşısının alınmasıdır. Sonun çıxarılması heyvan barəsində müalicə tədbirləri və heyvanın xarici səthindəki yaralarla bağlı olmadığından həmin məhluldan istifadə olunmur. Beləliklə, İddiaçı sahibliyində olan heyvanın ölməsi yalız özünün cavabdeh olduğu hallarla əlaqədar olmuş, heyvanın ölüm səbəbləri onun müvafiq baytarlıq tədbirlərinin həyata keçirilməsi üçün vaxtında təqdim edilməməsindən yaranmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinə etirazı müdafiə edərək bildirmişdir ki, iddiaçının oğlu Taryel Əmirov ona zəng edərək bir baş iribuynuzlu heyvanlarının doğduğunu, lakin 4 gündür ki, sonunun düşmədiyini, heyvanın şiş olduğunu bildirmişdir. O da həmkarı Şıxəli Baloğlanova məlumat vermişdir. Bir gün keçəndən sonra heyvana müalicələr olunmuşdur. Sonra iddiaçının oğlu qaynar xəttə heyvanın ölümü ilə bağlı müraciət etmişdir. Taryel Əmirovdan heyvandan Sonu çıxarma ilə bağlı 65 manat ödəniş almışdır. Bundan sonra iddiaçının oğlu Taryel Əmirov onu hədələdiyi üçün DİN-nin 102 xidmətinə müraciət etmişdir. O, heç bir proses zamanı orada iştirak etməyib. Sonuncu dəfə heyvan doğandan sonra iştirak edib. Heyvanda peyvəndləmə işləri aparılmayıb. Şıxəli 1 gün, Zaur adlı əməkdaş isə 2 gün müalicə aparmışdır. Heyvanın 180 kq çəkisi olmaqla 4-5 yaşı olmuşdur. Həmin vaxt heyvana baxmağa Şıxəli həkimlə getmişdir. Qeyd edir ki, heyvan əvvəlcədən müalicə olunmalı idi. Heyvanın ölümü heyvan sahibinin öz səhlənkarlığı nəticəsində baş vermişdir. Bu xəstəlikdir. Yaranma səbəbi də yemlənmədən, sudan və heyvanın soyuq şəraitdə saxlanması ilə bağlı olur. Heyvanın ölümü infeksiya və şişdən olmuşdur. Onun sonunun qalması heyvanın ölümü ilə nəticələnə bilməzdi. O, heyvanın sonunun 70-80 faizini təmizləmişdir. Təmizlədiyi halda 20-30 faiz qalan sonu heyvanın ölümünə səbəb ola bilməz. Heyvanda infeksiyadan ölüm halı baş vermişdir. Ondan sonra 3 baytar heyvanı müalicə edib. Dəymiş ziyanın ödənilməsi ona aid deyildir. Xəstəlik balalıqla bağlı ola bilməz. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, Neftçala rayonu, Boyat kəndində yaşayan X5 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmeti zeng mərkəzinə Neftçala rayon polis şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı Taryel Əmirova məxsus fermer tesarrüfatında müalicə etdiyi heyvanın öldüyünə görə Taryel Əmirovun onu öldürməklə hədələməsi ve gördüyü işə görə pulunu ödəmədiyi barədə müraciəti əsasında toplanmış toplanmış 35-C/24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 9 nömrəli xx.xx.2024-cü il tarixli yarma protokolundan müəyyən edilir ki, ilkin olaraq patoloji material AQTA-nın laboratoriyasına göndərilmişdir ki, heyvanın ölümü ilkin olaraq balaligen iltihablaşması və çürüməsidir. İş materiallarında olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun X2 xx.xx.2024-cü il tarixli sınaq protokoluna əsasən Tariyel Əmirov tərəfindən təqdim olunmuş heyvan nümunəsində P,multocida, Cl oedematiens aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun xx.xx.2024-cü il tarixli rəyinə əsasən Tariyel Əmirov tərəfindən təqdim olunmuş heyvan nümunəsində P,multocida, Cl oedematiens aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024cü il tarixli məktubuna əsasən "Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 aprel tarixli 998 nömrəli Fərmanına əsasən ölkədə baytarlıq idarələrinin tabeliyində olan saha baytarlıq məntəqələri ləğv edilərək 2021-ci il 1 noyabr tarixindən "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən sahə baytarlıq məntəqələrində fəaliyyət göstərən baytarlıq ixtisası üzrə ali və orta ixtisas təhsili olan fiziki şəxslərlə Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi (HSBXM) arasında xidməti müqavilələr bağlanmışdır. Müqavilə bağlanmış mütəxəssislər rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələri (HSBXİ) tərəfindən müvafiq ərazilərə təhkim edilmişdirlər. Mülkiyyət formasından asılı olmayaraq bütün növ təsərrüfatlara məxsus heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı dövlət büdcəsindən maliyyələşən profilaktik peyvəndləmə epizootik tədbirlər planına uyğun olaraq HSBXM ilə xidməti müqavilə bağlamış qeyri-dövlət baytarlıq xidməti ilə məşğul olan mütəxəssislər tərəfindən həyata keçirilir. Bildiririk ki, 2024-cü il 16 fevral tarixində Neftçala rayon HSBXİ-nin əməkdaşları tərəfindən iddiaçının təsərrüfatında olan xəstə heyvana kliniki baxış keçirilmişdir. Heyvanın 5 gün əvvəl doğduğu və doğuşdan sonra ətənənin ləngidiyi, iltihabi prosesin başladığı, balalıqdan pis iy gəldiyi müəyyən edilmişdir. Xəstəliyə uyğun ilkin baytarlıq yardımı göstərilmiş və Sizə xəstə heyvanın müalicəsinin davam etdirilməsi tövsiyə edilmişdir.2024-cü il 4 mart tarixində heyvanın tələf olması ilə bağlı HSBXİ-nin əməkdaşları tərəfindən cəsəddə patoloji anatomik yarma aparılmış, nümunalar götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına göndərilmişdir. Patoloji anatomik yarma protokolunda ilkin rəydə heyvanın ölümünə səbəb balalığın iltihabı göstərilmişdir. AQTİnin sınaq protokolunun nəticələrinə görə cəsəddən götürülmüş nümunələrdə P.Multocida və Cl.oedematiens infeksiya törədiciləri aşkar edilmişdir. Gələcəkdə xəstəlik və ölüm hallarının baş verməməsi üçün heyvanların saxlanma və bəslənmə şəraitinə düzgün riayət edilməsi, xəstəliklərə qarşı qabaqlayıcı tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi üçün vaxtında qeyri-dövlət baytarlıq xidməti ilə məşğul olan baytar həkimlərinə və ya rayon HSBXİ-nə müraciət etmayiniz, həmçinin baytar həkimləri tərəfindən təsərrüfatınızda zəruri tədbirlərin hayata keçirilməsinə şərait yaratmağınız tövsiyə olunur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 7/1483- 9/7340 saylı ekspert rəyinə əsasən: Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşı X11 1 (bir) baş iri buynuzlu heyvanın ölməsində günahı yoxdur; Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşı Cavabdeh Aqrar Universitetinin Baytarlıq fakültəsini bitirib, baytarlıq ixtisasına yiyələnən həkim kimi iribuynuzlu heyvana ilkin yardım göstərməyə bilavasitə borcludur; Azərbaycan Respublikasının Qida X1 Laboratoriyasının İddiaçı məxsus 1 baş iri buynuzlu heyvandan götürülmüş nümunədə P.Multacida ve CL Odematiens infeksiya törədicisi aşkar olunmuşdur (14 mart 2024-cü ilin №3-44-13/2-282/2024 tarixli OWWARDO/LAB04-24001-T- 001 nömrəli sınaq protokolu iş materiallarına əlavə olunmuşdur). Qeyd olunan infeksiya törədicilər Pasteriliyoz xəstəliyinin törədicisidir. Bu xəstəlik orqanizmdə iltihab (çirkli-irin) prosesslari törədir və nəticədə heyvanda sonun ləngiməsi, heyvanın ölməsinə səbəb olur (heyvan doğduqdan sonra bir saat müddətində son-cifti düşməlidir. Son düşməsə, gecikərsə, orqanizmdə mikrobun olmasına şübhə yaranır); Neftçala rayon HSBXİ-nin aparıcı baytar həkimi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən 01 baş dişi cinsli diri çəkisi 180-200 kq olar heyvan-1200,00 manat; Təqdim edilmiş X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-00 tarixli məktuba əsasən 01 baş dişi cinsli diri çəkisi 380-400 kq olan heyvan - 2400.0 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilimiş X8 ifadəsində bildirmişdir ki, ərazi baytar həkimi olmuşdur. Ona zəng olunmuş, heyvana baxmağa getmiş, daha sonra heyvanı yarmışdır. Ölümlə bağlı baytarlıq idarəsinə nümunələri təqdim etmiş, doğuşdan sonra heyvan ölmüşdür. Onun rəyi əsasında nümunə laboratoriyaya göndərilmiş, amma laboratoriya başqa diaqnoz qoymuşdur. Əlavə olaraq bildirmişdir ki, o heyvana doğuşdan sonra ölüm diaqnozu qoymuş, lakin laboratoriyanın rəyində pasteriliyoz xəstəliyi diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilimiş X7 ifadəsində bildirmişdir ki, hadisə yerində iştirak etmiş, onu oraya dəvət etmişlər, oda gəlmişdir. O, orada başqa həkim tərəfindən heyvan müayinə olunduğu üçün heyvana baxmaqdan imtina etmişdir. Həkimdən heyvanda qan analizi alıb almadığını soruşduqda, qan analizi almadığını bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilimiş X12 ifadəsində bildirmişdir ki, o, baytarlıq idarəsinin müdiridir. Onlara fevral ayında müraciət daxil olmuş, müraciət əsasında baytarlarla birlikdə heyvana baxış keçirmişlər, heyvanın nümunələrini laboratoriyaya göndərmişlər. Heyvanda pasteriliyoz xəstəliyi diaqnozu qoyulmuşdur. Pasteriliyoz xəstəliyi heyvanlarda olan infeksiya xəstəliyidir. Heyvanlar hər il peyvənd olunmalıdır. Peyvənd olunmadıqda bu xəstəliyə məruz qalırlar. Bu xəstəlikdə heyvanın ölümünə səbəb olur. Heyvan doğmuş, doğduqdan sonra son gəlməmiş, sonun gəlməməsinə səbəb də pasteriliyoz xəstəliyidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə iki baş, hər biri boğaz olmala damazlıq heyvanı (inək) 2023-cü ilin noyabr ayında hər birini 2.000 (iki min) manata almaqla ümumilikdə iri buynuzlu heyvanlara 4.000 (dörd min) manat pul verilmişdir. Heyvanlardan bir başı (Zebo) cinsindən olan iri buynuzlu heyvan xx.xx.2024-cü ildə doğmuş və 2 gün keçsə də doğuş pərdəsini xaric edə bilmədiyindən xx.xx.2024-cü il tarixdə bu barədə Neftçala rayon Baytarlığının baytar həkimi Cavabdeh müraciət edərək yaşadıqları ünvana çağırmışlar. Lakin Cavabdeh heyvana gəlib həkim kimi baxsa da qeyd olunan heyvandan xaric olunmalı olan buzovluq pərdəsini düzgün çıxarmamış, pərdənin qalan hissəsi heyvanın buzovluğunda qalmışdır. Həmin vaxt Cavabdeh yanında olan, özünü baytar həkim kimi təqdim edən, lakin ixtisasca baytar olmayan rayon ərazisində, kəndlərdə heyvanları süni mayalanma edən Şixalı adlı şəxslə birlikdə qeyd olunan heyvana özləri ilə gətirdikləri iynəni vurmuşlar. Səhəri gün və sonrakı gün heyvanın halının pisləşdiyini, yem yemədiyini görüb Cavabdehla telefon əlaqəsi yaratmaq istəsələr də mümkün olmamış, zənglərə cavab verilməmiş, telefonu söndürmüşdür. Belə olan halda baytar olmayan Şixalı adlı şəxslə əlaqə saxlamışlar. Lakin həmin vaxt Şixalı adlı şəxs onlara baytar olmadığını bildirərək, heyvanın müalicəsini boynundan atmışdır. Onun üçündə iddiaçıya məxsus bir baş yeni doğmuş, hazırda 17 günlük buzovu qalmış heyvan baytar həkim Cavabdeh və Şixalı adlı şəxsin səhlənkarlığı üzündən xx.xx.2024-cü il tarixdə tələf olmuş və nəticədə iddiaçıya 2.000 (iki min) manat dəyərində ziyan vurmuşlar. Heyvan tələf olduqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi olan 1652-yə müraciət edərək baytar həkimin özbaşnalığı və səhlənkarlığı nəticəsində heyvanın tələf olması ilə bağlı məlumat vermişlər. Həmin vaxt heyvanın yanılaraq baytarlıq ekspertiza nümunələrinin götürülməsini tələb etmişlər. Bir neçə dəqiqədən sonra Neftçala rayon Baytarlıq İdarəsinin rəisi Nazim Şabanov və sahə baytar həkimi olan Əzim adlı baytar ünvana gələrək orada Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin müdiri Cavabdeh heyvandan nümunələr götürmüşlər. Lakin heyvandan nümunələr götürülən zaman ilkin baxış zamanı sahənin Əzim adlı baytar həkiminin qeyd etdiyi kimi heyvanın ölüm səbəbi balalıqdan qalan pərdənin infeksiyalaşması olması müəyyən edilmişdir. Çünki Cavabdeh heyvandan pərdəni əli ilə çıxaran zaman heyvanın balalıq nahiyyəsinə mikrob və infeksiyalaşmasın deyə (OKSSPREY) vurmalı halda vurmamışdır. Neftçala rayon Baytarlığının baytar həkimi Sərraf İsmayilov və ixtisasca baytar həkim olmayan Şıxəli adlı şəxsin səhlənkarlığı üzündən bir baş iri buynuzlu heyvanı tələf olmuşdur. 04 mart 2024-cü il tarixli “Şəxsi təsərrüfatlarında olan 1 (bir) baş iribuynuzlu heyvanın tələf olması” barǝdə Azarbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə ünvanladıqları müraciətə Agentliyin Şirvan-Salyan regional binasında baxılmış, araşdırma zamanı müraciətdə qeyd olunan 1 baş iribuynuzlu heyvan cəsədinin daxili orqanlarından nümunə götürülərək AQTİ-nın müvafiq laboratoriyasına göndərilmişdir. AQTİ-nin X2 həmin nümunəyə dair təqdim etdiyi xx.xx.2024-cü il tarixli OWVARD0/LAB04-24001-T-001 nömrəli sınaq protokoluna əsasən götürülmüş nümunələrdə P.Multocida və Cİ.oedematiens infeksiya törədiciləri aşkar edilmişdir. Göründüyü kimi bir baş heyvanın ölmə səbəbi cavabdehin səhlənkarlığıdır. Ona görə də 2.000 (iki min) manat dəymiş ziyan olan heyvanın dəyəri və ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməsini iddiaçı xahiş edir. Cavabdeh isə iddia tələbinə etiraz edir və qeyd edir ki, Baytarlıq qanunvericiliyinə əsasən, heyvan sahibləri istifadələrində olan heyvanların sağlamlıqlarının qorunması üçün vaxtaşırı baytarlıq tədbirlərinin keçirilməsini təmin etməlidirlər. Ölmüş heyvanından cəsədinin daxili orqanlarından götürülmüş nümunələrdə malikdirlər. olmaqla yara əmələ gətirən mikroblardandır. Adətən yarası olan heyvanın torpaqla Cl. Oedematiens virusu anaerob infeksiyaların 4 (dörd) törədicisindən biri və peyinlə təması zamanı meydana gəlir. Hazırkı mübahisə üzrə ölmüş heyvanda müşahidə olunan qazh absses, qazlı qanqrena, qazlı flegmona və digər şişkinliklər məhz həmin toradici virusla əlaqədardır. Eynilə də Passterella Multocida virusu heyvanlarda rastlanan Passterelyoz xəstəliyinin hərəkətsiz törədicisidir. Qeyd edilən amilin meydana gəlməsində yem, su və heyvana digər xidmət əşyaları əsas rol oynayır. Sözügedən xəstəliyin inkubasiya dövrü bir neçə saatdan bir neçə günə qədərdir. Bu xəstəlik çox iti, yarımiti, xroniki gedişə malikdir. İtigediş zamanı temperaturun yüksəlməsi, ümumi zəiflik , nəbzin sürətlənməsi. gövşəmə aktının pozulması, mədə-bağırsaq sistemində hərəkətin zəifləməsi ilə əlaqədar olaraq defekasiyanın çətinləşməsi müşahidə edilir. Nəcis kütləsində selik və qan nəzərə çarpır. 1-2 gündən sonra ürək fəaliyyətinin zəifliyi ilə əlaqədar olaraq heyvan ölür. Bəzən xəstəliyin inkişafı uzanaraq yarımiti və xroniki gedişli olur. Bu zaman dərialtı toxumada, ağız boşluğunda və udlağın selikli qişası altında şişlərin əmələ gəlməsi ilə özünü göstərir. Bəzən heyvanlarda fibrinozlu pnevmoniya əlamətləri aşkar edilir. Buna görə də xəstəliyin şiş, döş və bağırsaq forması müşahidə edilir. Xəstəliyin döş formasında heyvanlarda tənəffüsün çətinləşməsi, quru öskürək, burun yolundan köpüklü axıntı nəzərə çarpır. Xəstəliyin sonunda qanlı ishal görünür və əksərən bir neçə günə ölüm baş verir. Xəstəliyin şiş formasında heyvanın baş nahiyəsində, boyunda, köks nahiyəsində, bəzən isə ətrafların dərialtı toxumalarında şiş müşahidə edilir. Xəstəliyin bağırsaq formasında əsasən həzm sisteminin kəskin pozğunluğu baş verir. Heyvanlarda iştahaın normal olmasına baxmayaraq onlarda ümumi zəiflik və anemiya inkişaf edir. Heyvanlarda tənəffüsün çətinləşməsi və ürək fəaliyyətinin zəifləməsi nəticəsində heyvan tələf olur. Xroniki gediş zamanı həzm və tənəffüs sisteminin funksiyası zəif dərəcədə pozulur, güclü ishal nəticəsində heyvanlarda arıqlıq baş verir.flahsi keçan xastaliklara qarşı hazırda peyvandin mövcud olmasına baxmayaraq iddiaçı va onun oğlu tarafindan haytarlıq qanunvericiliyi ila müayyan edilmis olunmamış, yalnız heyvan sözügedən virusların törətdiyi sastalik bra düçar olduqdan vazifalar icra edilməmis, heyvan vaxtinda müvafiq peyvandlamalar üçün təqdim sonra baytar-həkimə müraciət edilmişdir. heyvanda həmin təzahürlər müşahidə edildiyindən onun epizootoloji xüsusiyyətləri. Müraciət edildikdən sonra aparılmış ilkin baytarlıq tadbirlari gedişinda bakterioloji müayinənin aparılması tövsiyə edilsa da, iddiaçı tərəfindən bu istiqamətdə Klinik əlamətləri, gözlənilən patoloji-anatomik dəyişikliklərin müəyyən edilməsi üçün də hərəkətsizlik edilmiş, nəticədə heyvan tələf olmuşdur. Göründüyü kimi, heyvanın ölməsinə səbəb olan hallar bilavasitə onun sahiblərinin biganə davranışları nəticəsində meydana gəlmiş, onların risk dairəsinə daxil olan hərəkətlərlə əlaqədar olmuşdur. Onun tərəfindən həmin heyvan barədə görülmüş baytarlıq xidmətləri heyvanın müalicəsinə deyil, onun orqanizmində müşahidə olunan virus təzahürlərinin, ümumi düşkünlüyün qarşısının alınmasına yönəlmiş, göstərilmiş xidmətlər heyvanın ölümü ilə səbəbli əlaqədə olmamışdır. İddiaçının öz ərizəsində digər qeyd etdikləri, eyni zamanda sonun çıxarılması zamanı guya "Oksprey" dezinfeksiyaedici məhlulundan istifadə etməməyimlə bağlı göstərdiyi dəlil də onun əsassız mülahizələridir. Belə ki, həmin dərmanın təyinatı heyvanın xarici səthində müşahidə olunan iltihablarla bağlı müalicə tədbirləri zamanı infeksiyalaşmanın qarşısının alınmasıdır. Sonun çıxarılması heyvan barəsində müalicə tədbirləri və heyvanın xarici səthindəki yaralarla bağlı olmadığından həmin məhluldan istifadə olunmur. Beləliklə, İddiaçı sahibliyində olan heyvanın ölməsi yalız özünün cavabdeh olduğu hallarla əlaqədar olmuş, heyvanın ölüm səbəbləri onun müvafiq baytarlıq tədbirlərinin həyata keçirilməsi üçün vaxtında təqdim edilməməsindən yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, cavabdehin iddiaçı qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, iddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu, cavabdeh tərəf isə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olubolmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 7/1483-9/7340 saylı ekspert rəyinə əsasən də iddiaçının heyvanın ölməsində Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşıcavabdhe X11 günahının olmadığı həmçinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşı Cavabdeh Aqrar Universitetinin Baytarlıq fakültəsini bitirib, baytarlıq ixtisasına yiyələnən həkim kimi iribuynuzlu heyvana ilkin yardım göstərməyə bilavasitə borclu olduğu, Azərbaycan Respublikasının Qida X1 Laboratoriyasının İddiaçı məxsus 1 baş iri buynuzlu heyvandan götürülmüş nümunədə P.Multacida ve CL Odematiens infeksiya törədicisi aşkar olunmuşdur. Qeyd olunan infeksiya törədicilər Pasteriliyoz xəstəliyinin törədicisidir. Bu xəstəlik orqanizmdə iltihab (çirkli-irin) prosesslari törədir və nəticədə heyvanda sonun ləngiməsi, heyvanın ölməsinə səbəb olur (heyvan doğduqdan sonra bir saat müddətində son-cifti düşməlidir. Son düşməsə, gecikərsə, orqanizmdə mikrobun olmasına şübhə yaranır). Göründüyü kimi, heyvanın ölmə səbəbi cavabdehin ilkin yardımı nəticəsində deyil, vaxtlvaxtında peyvənd olunmaması nəticəsində heyvanda yaranmış infeksiya , yəni P .Multacida ve CL Odematiens infeksiya törədicisi olmuşdur. Qeyd olunanlardan görünür ki, iddiaçının heyvanının ölməsində cavabdehin günahının olması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçının öz vəsatəti əsasında dindirilmiş şahidlər belə heyvanın ölməsinə səbəb kimi heyvanda infeksiyanın, yəni P.Multacida ve CL Odematiens infeksiya törədicisinin olduğunu bildirdilər, həmin törədicilər də Pasteriliyoz xəstəliyinin törədicisidir. Bu xəstəlik orqanizmdə iltihab (çirkli-irin) prosesslari törədir və nəticədə heyvanda sonun ləngiməsi, heyvanın ölməsinə səbəb olur. İddiaçının heyvanında bu xəstəlik nəticəsində son ləngimiş, gəlməmişdir. Bu səbəbdən də heyvan ölmüşdür. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən ona ziyan vurulması, səbəbli əlaqə və s. bu kimi halların mövcudluğu sübuta yetirilmədiyindən, bununla da cavabdehin hərəkəti nəticəsində iddiaçıya maddi zərər vurulması halı müəyyən olunmadığından cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar