Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-132/2024 11.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı üçüncü şəxs Maraqlı şəxs MMC cəlb edilməklə «Zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.145 manat dəymiş zərərin, 1.235 manat əldən çıxan faydanın və 134 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 20 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən 10 noyabr 2023-cü il tarixdə, gecə saat 21 radələrində Salyan rayonu, Ərəbqardaşbəyli kəndində yaşayan Cavabdeh idarə etdiyi “Kia Sportage” markalı, **-FN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Kür çayının üzərində olan bəndin üstündə hərəkətdə olan zamanı nəqliyyat vasitəsini aşırdığı göstərilmişdir. Nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən Maraqlı şəxs MMC ilə Cavabdeh arasında 05 noyabr 2023-cü il tarixdə müqavilə bağlanmışdır. İcarə müqaviləsinə əsasən “Kia Sportage” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 05 noyabr 2023-cü il tarixdən 14 dekabr 2023-cü il tarixə qədər günlük 65 (altmış beş) manat ödəniş edilməklə Cavabdeh istifadəsinə verilmişdir. “Kia Sportage” markalı, **- FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir və Maraqlı şəxs MMC-yə etibarnamə əsasında verilmişdir. “X5”in 21 noyabr 2023-cü il tarixli qüsur aktına əsasən “Kia Sportage” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 13.145 manat qiymətləndirilmişdir. Bundan başqa hadisə baş verdiyi gündən nəqliyyat vasitəsi təmir edilməsi üçün dayandırılmışdır. Bununla da 10 noyabr 2023-cü il tarixdən 29 noyabr 2023-cü il tarixə qədər nəqliyyat vasitəsinin icarə verilməməsi nəticəsində mülkiyyətçiyə 1.235 manat əldən çıxan fayda mövcuddur. Bu səbədən məhkəməyə müraciət etmişdir. Cavabdeh ilkin məhkəmə hazırlıq iclaslarına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə teleqram göndərərək ona qarşı olan avtomaşına dəymiş ziyanın ödənilməsi barədə iddia ilə razı olmadığını, iş üzrə ekspertiza təyin edilməklə məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin e-2(053)-132/2024 nömrəli iş üzrə 23 yanvar 2024cü il tarixli qərardadı ilə Məhkəmə- əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. 07 may 2024-cü il tarixdə müvafiq rəy məhkəməyə daxil olmuş, iş üzrə icraat təzələnmiş və məhkəmə hazırlıq iclası 24 may 2024-cü il tarixə, saat 10:30-a təyin edilmişdir. İşin 24 may 2024-cü il tarixli məhkəmə hazırlıq iclası zamanı üçüncü şəxs Maraqlı şəxs MMC-nin direktoru X2 ərizə təqdim edərək İddiaçı Cavabdeh qarşı «zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə üçüncü şəxs qismində işə cəlb olunduğunu, lakin növbəti məhkəmə iclaslarında işləri ilə əlaqədar iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxıb qərar verilməsini xahiş etmişdir. İşin 28 iyun 2024-cü il tarixli məhkəmə baxışı iclası zamanı iddiaçının nümayəndəsi, Vəkil işin kifayət qədər araşdırıldığını, əldə olunmuş sübutların tərəflərindən məhkəməyə təqdim olunduğunu, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olduğunu və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş, lakin 23 may 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri almadığına və xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İşin 11 iyul 2024-cü il tarixə təyin olunmuş məhkəmə baxışı iclasına iddiaçı və onun nümayəndəsi gəməmiş, lakin iddiaçının nümayəndəsi, Vəkil ərizə göndərərək onun Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-178/2024 saylı mülki işdə vəkil və nümayəndə olaraq saat 10:50-də iclası olduğunu, bu səbəbdən məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, iddia ərizələrini müdafiə etdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini və məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Maraqlı şəxs MMC ilə Cavabdeh arasında bağlanmış 05 noyabr 2023-cü il tarixli, 1215 saylı «İcarə» müqaviləsindən görünür ki, Cavabdeh müraciəti ilə 2013-cü il buraxılışlı, «KİA SPORTAGE» minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı, KNAPC811BD7508064 ban nömrəli, universal rəngli avtomobil hər gün üçün 65 manat olmaqla Maraqlı şəxs MMC-dən icarəyə götürülmüş, sifarişçinin istifadəsinə verilmişdir. İşdə olan 18 aprel 2023-cü il tarixli, ƏN-Vİİİ seriyalı, 664395№-li etibarnamənin surətindən görünür ki, «KİA SPORTAGE» minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçi İddiaçı həmin avtomaşını Maraqlı şəxs MMC-yə etibarnamə əsasında “sürücülük hüququ olduqda idarə etmək, ərizə vermək” səlahiyyətlərini 1 il müddətinə vermişdir. 20 noyabr 2023-cü il tarixli “cinayət işinin rədd edilməsi barədə” Salyan RPŞ-nin TB-nin təhqiqatçısı X1 qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, xx.xx.1988-ci ildə Neftçala rayonunda anadan olmuş Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Salyan RPŞ-nin DYPB-nə verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qüsur aktının surətindən görünür ki, «KİA SPORTAGE» minik markalı avtomobilin təmirinə ümumi xidmət haqqı və ehtiyyat hissələrinin qiymətləri daxil olmaqla cəmi 13.145 manat vəsait xərclənməlidir. 21 noyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 10 noyabr 2023-cü il tarixdə, saat 21:00-da «KİA SPORTAGE» minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı tərətmişdir. 21 noyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 10 noyabr 2023-cü il tarixdə, saat 21:00-da «KİA SPORTAGE» minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı tərətmiş və həmin maddə ilə 40 manat məbləğində cərimə edilmişdir. 05 noyabr 2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə Maraqlı şəxs MMC arasında 1215 saylı «İcarə» müqaviləsi bağlanmış və 05 noyabr 2023-cü il tarixli, 1215 saylı «İcarə» müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. «KİA SPORTAGE» minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi isə İddiaçıdur. Mülkiyyətçi ilə Maraqlı şəxs MMC arasında olan etibarnamənin müddəti 1 il olmaqla 18 aprel 2024-cü il tarixədək qüvvədə olmuşdur. 06 aprel 2024-cü il tarixli, 9/1621-8/653 nömrəli məhkəmə yol-nəqliyyat və məhkəmə əmtəəşünaslıq ekspertizasını rəyinin nəticə hissəsində qeyd edilir ki, “1 mart 2024-cü il tarixli vəsatətdə Kia Sportage markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi qorunaraq saxlanıldığı vəziyyətdə, yəni hadisədən sonra təmir istismar ounmadığı şəraitdə baxış keçirilməsi göstərilmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Mərkəzə daxil olmuş vəsadətə cavab məktubunda isə Kia Sportage markalı, **- FN-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən sonra tam təmir olunduğu Məhkəmə tərəfindən göstərilmişdir. Həmçinin qeyd edilir ki, xx.xx.2024-cü il tarixdən Mərkəzə məktubla daxil olmuş 01 ədəd yaddaş kartında Sportage markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin videogörüntüsünə əsasən yol-nəqliyyat hadisələri ekspert tərəfindən nəqliyyat vasitəsinin zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Ona görə də, Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə tədqiqat aparılmır. Ekspert: İntiqam Babayev 1.Nəzəri hesablama yolu ilə, «X5» müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 2013-cü il, Kia Sportage markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 12165,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hssələrin qiyməti-8685,0 manat; Təmirbərpa işlərinin qiyməti-3480,0 manat; 2.Nəzəri hesablama yolu ilə, «X5» müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 2013-cü il, Kia Sportage markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 98885,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-6405,0 manat; Təmir-bərpa işlərinin qiyməti- 3480,0 manat. Qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli, 422-li məktubunda göztərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaları aparılır”. Azərbaycan Respublikası MM-nin 700.1, 700.2 və 700.3-cü maddələrinə əsasən «İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur» , «İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər» və «Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir». Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdehnun üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı zərərin ödənilməsi tələbi irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, teleqram göndərərək ekspertiza təyin edilməsini xahiş etsə də ekspertizanın müvafiq rəyi məhkəməyə daxil olduqdan sonra rəyə münasibət bildirməmiş və məhkəmə iclaslarında iştirak etməkdən yayınmışdır. Məhkəmə hesab edir ki, qeyd edilənlər nəzərə alınmaqla 06 aprel 2024-cü il tarixli, 9/1621-8/653 nömrəli məhkəmə yol-nəqliyyat və məhkəmə əmtəəşünaslıq ekspertizasını rəyi möhtəbər sübut kimi qəbul edilməlidir. Həmin Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür» və «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Həmçinin İddiaçı cavabdehdən 05 noyabr 2023-cü il tarixli icarə müqaviləsi üzrə 1.235 manat məbləğində əldən çıxmış fayda tələb edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarının 3-cü bəndinə əsasən kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. İddiaçı cavabdehdən 1.235 manat məbləğində əldən çıxmış faydanın ödənilməsini tələb etsə də, məhkəməyə bunu təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehdən zərərin ödənilməsinin tutulmasına dair iddia tələbi əldən çıxmış fayda hissəsində təmin edilməməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 134 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas etibarilə qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş məbləğinə uyğun olaraq cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir...». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Məhkəmə onu da qeyd edir ki, iş üzrə ekspertiza tədqiqatı iddiaçının cavabdehə verdiyi pul vəsaitini ondan tələb etməsi ilə əlaqədar cavabdehin öz xahişi əsasında məhkəmənin təşəbbüsü ilə təyin olunmuşdur. İddianın qismən təmin olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, keçirilmiş ekspertizanın dəyəri cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05 noyabr 2023-cü il tarixli, 1215 saylı «İcarə» müqaviləsinə əsasən icarəyə götürdüyü «KİA SPORTAGE» minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 9.885 (doqquz min səkkiz yüz səksən beş) manat borc və ödənilmiş 118 (yüz on səkkiz) manat 85 (səksən beş) qəpik dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq dövlət nəfinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-132/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-132/2024
11.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver