Məhkəmə qərarları › İş №e-2(053)-1322/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1322/2025

15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1322/2025 15.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”-nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 459,80 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 47,20 manat, 45,98 manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 329,60 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, 32,96 manat cərimə; xx.xx.2025ci il tarixli müqavilə üzrə 237,62 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,6 manat, 23,76 manat cərimə olmaqla, ümumilikdə 1224,12 manat borcun və 32,25 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı2ş4.02.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən, PAKET L xidməti,İMEİ KODU **********89797 OPPO A3mX arkalı telefon, İMEİ KODU **********07912 OPPO A3X markalı telefon, İMEİ KODU **********02197 OPPO A40M markalı telefon, PAKET S XİDMƏTİ, İMEİ KODU **********14622 POCO C75 markalı telefonmarkalı telefon almış və nəticədə 1224.12 (min iki yüz iyirmi dörd manat, 12 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 484.80 (dörd yüz səksən dörd manat, 80 qəpik) manat (6 ay x 76.80 manat + 24 manat ilkin ödəniş) olan PAKET L xidməti,İMEİ KODU **********89797 OPPO A3Xmarkalı telefon, İMEİ KODU **********07912 OPPO A3Xmarkalı telefon üçün ümumilikdə, 552.98 (beş yüz əlli iki manat, 98 qəpik) manat olmaqla ondan, 459.80 (dörd yüz əlli doqquz manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum47.20 (qırx yeddi manat, 20 qəpik) manat, müştəriyə güzəşt olunaraq 45.98(qırx beş manat,98 qəpik) manat cərimə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 392.60(üç yüz doxsan iki manat, 60 qəpik) manat (12 ay x 30.80 manat + 23 manat ilkin ödəniş) olan İMEİ KODU **********02197 OPPO A40M markalı telefonüçün ümumilikdə, 386.16(üç yüz səksən altı manat, 16 qəpik) manat olmaqla ondan, 329.60 (üç yüz iyirmi doqquz manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 32.96(otuz iki manat,96 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 350.04 (üç yüz əlli manat, 04 qəpik) manat (12 ay x 21.67 manat + 90 manat ilkin ödəniş) olan PAKET S XİDMƏTİ, İMEİ KODU **********14622 POCO C75 markalı telefon almış üçün ümumilikdə, 284.98 (iki yüz səksən dörd manat, 98 qəpik) manat olmaqla ondan, 237.62 (iki yüz otuz yeddi manat, 62 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 23.76 (iyirmi üç manat,76 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 200.42 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 484,80 manat olan PAKET L xidməti,İMEİ KODU **********89797 OPPO A3Xmarkalı telefon, İMEİ KODU **********07912 OPPO A3Xmarkalı telefon alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 392,60 olan İMEİ KODU **********02197 OPPO A40M markalı telefon alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 350,04 manat olan PAKET S XİDMƏTİ, İMEİ KODU **********14622 POCO C75 markalı telefonu alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 459,80 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 47,20 manat 45,98 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 329,60 manat ödənilməmiş hissə, 32,96 manat cərimə, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 237,62 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 23,76 manat cərimə olmaqla, ümumilikdə hər üç müqavilə üzrə cəmi, 1224,12 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, xx.xx.2025ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə "xxxx" MMC-yə olan borcunu 3 iş günü ərzində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 32,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 459,80 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 47,20 manat, 45,98 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 329,60 manat ödənilməmiş hissə, 32,96 manat cərimə, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 237,62 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 23,76 manat cərimə olmaqla, ümumilikdə hər üç müqavilə üzrə cəmi, 1224,12 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını, əsas borc və dəbbə pulunun nisbətini nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 45,98 manat məbləğində, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 32,96 manat məbləğində, xx.xx.2024 -cü il tarixli müqavilə üzrə 23,76 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi xx.xx.2025-ci il tarixli ,xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə ayrılıqda 47,2, 23,6, 23,6 manat olmaqla, cəmi 94,4 manat İnnovativ Layihələr Mərkəzi Rüsumunun cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, cavabdehin xx.xx.2025-ci il tarixli ,xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə öhdəliyini icra etmədiyindən iddiaçı tərəfindən həqiqətən hər bir müqavilə üzrə 23,6 (iyirmi üç manat altmış qəpik) manat olmaqla, cəmi 94,4 manat İnnovativ Layihələr Mərkəzi Rüsumunu ödəməklə müqavilələr üzrə alınmış telefonun Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyətin qoyulmasını (İMEİ kodu deaktiv etmək) təmin etməklə əlavə xərc çəkməsi iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı bu hissədə iddiasını əsaslı edən sübutu, yəni İnnovativ Layihələr Mərkəzi Rüsumunu ödəməsini təsdiq edən qəbzi və ya digər sənədi iş materialalrına əlavə etməmişdir. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 32,25 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 459,80 (dörd yüz əlli doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 45,98 (qırx beş manat doxsan səkkiz qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 329,60 (üç yüz iyirmi doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 32,96 (otuz iki manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 237,62 (iki yüz otuz yeddi manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 23,76 (iyirmi üç manat yetmiş altı qəpik) manat cərimə olmaqla, ümumilikdə hər üç müqavilə üzrə cəmi, 1.129,72 (min yüz iyirmi doqquz manat yetmiş iki qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32,25 (otuz iki manat iyirmi beş qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 459,80 (dörd yüz əlli doqquz manat səksən qəpik) manat ödənilməmiş hissə, 45,98 (qırx beş manat doxsan səkkiz qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 329,60 (üç yüz iyirmi doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 32,96 (otuz iki manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 237,62 (iki yüz otuz yeddi manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 23,76 (iyirmi üç manat yetmiş altı qəpik) manat cərimə olmaqla, ümumilikdə hər üç müqavilə üzrə cəmi, 1.129,72 (min yüz iyirmi doqquz manat yetmiş iki qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32,25 (otuz iki manat iyirmi beş qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar