Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1335/2024 17.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6.654,29 manat əsas məbləğ üzrə, 144,89 manat faiz üzrə və 15,38 manat cərimə üzrə borc olmaqla, cəmi 6.814,52 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 88,15 manat məbləğində vəsaitin İddiaçı KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Bank Respublika» ASC ilə Cavabdeh arasında bağlanmış 12 avqust 2022-ci il tarixli, 10120***- *******02L nömrəli əsas kredit razılaşmasına əsasən cavabdehə 120 ay müddətinə, illik faiz dərəcəsi 29 faizdən yuxarı olmamaq şərtilə 50.000 manat kredit ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq 12 avqust 2022-ci il tarixli SMS razılaşmasına əsasən cavabdehə 36 ay müddətinə illik 16 faiz dərəcəsi ilə (aylıq ödəniş 492,29 manat olmaqla hər ayın 12-dək ödəmək şərtilə) 14.000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehin banka olan borcu 19 sentyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən 6.654,29 manat əsas, 144,89 manat faiz və 15,38 manat cərimə olmaqla, ümumilikdə 6.814,52 manat təşkil edir. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş, lakin 05 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək kredit borcunu qəbul etdiyini, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirib, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməklə iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 12 avqust 2022-ci il tarixli, 10120***-*******02L nömrəli əsas kredit razılaşmasından görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə 120 ay müddətinə, illik faiz dərəcəsi 29 faizdən yuxarı olmamaq şərtilə 50.000 manat kredit ayrılmışdır. İş materiallarında olan 12 avqust 2022-ci il tarixli «Sms mətn»dən görünür ki, Bank tərəfindən ona göndərilmiş «Hormetli BAHRUZ HUSEYNOV. Bank Respublika Size 36 ay muddetine illik 16 faiz derecesi, 140 AZN komissiya ile 14000 AZN kredit teklif edir. Ayliq odenis 492,29 AZN olmaqla her ayin 12-dek odenilmelidir. Kedite raziliq vermek uchun 1, kreditden imtina uchun 2 yazib 9144 qisa nomresine ve ya +**********44 mobil nomresine gonderin...» məzmunlu sms-i qəbul edib 1 yazıb təsdiqlədikdən sonra cavabdehə 36 ay müddətinə illik 16 faiz dərəcəsi ilə (aylıq ödəniş 492,29 manat olmaqla hər ayın 12-dək ödəmək şərtilə) 14.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən təqdim olunmuş 19 sentyabr 2024-cü il tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC-yə 6.654,29 manat məbləğində əsas, 144,89 manat məbləğində faiz və 15,38 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6.814,52 AZN məbləğində borcu vardır. Cavabdeh bank tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur…». Eyni Məcəllənin 740.1-ci maddəsinə əsasən «Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir». Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsinə əsasən, «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti, ona hesablanmış faizləri və cəriməni tələb etmək hüququna malikdir. İddiaçı ASC məhkəməyə müraciət edərkən 88,15 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357– 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6.654 (altı min altı yüz əlli dörd) manat 29 (iyirmi doqquz) qəpik məbləğində əsas borc, 144 (yüz qırx dörd) manat 89 (səksən doqquz) qəpik məbləğində faiz borcu, 15 (on beş) manat 38 (otuz səkkiz) qəpik məbləğində cərimə borcu, habelə məhkəməyə müraciət edilərkən dövlət rüsumu olaraq ödənilmiş 88 (səksən səkkiz) manat 15 (on beş) qəpik tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-1335/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1335/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver