Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1364/2025 27.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında 26 aprel 2025-ci il tarixdə sadə yazılı formada bağlanmış 11 nömrəli borc müqaviləsi üzrə 3.641 manat məbləğində pulun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia belə əsaslandırılır ki, iddiaçı ilə cavabdehlə arasında 26 aprel 2025-ci il tarixdə sadə yazılı formada 11 nömrəli borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə annuitet qaydada qaytarılması şərtilə 3.641 manat məbləğində pul borc vermişdir. Lakin cavabdeh qeyd olunan borcdan heç bir ödəniş etməmiş, nəticədə onun iddiaçıya 3.641 manat məbləğində pul borcu yaranmışdır. Müqavilənin birtərəfli qaydada ləğvi və qalıq borcun icrasına dair göndərilmiş pretenziya məktubuna da cavabdeh tərəfindən reaksiya verilməmiş, bununla da mübahisənin məhkəməyədək həlli mümkün olmamışdır. İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, cavabdeh tərəfindən borc kimi götürülmüş 3.641 manat tam həcmdə cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına heç bir məhkəmə iclasına gəlməmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış 18 noyabr 2025-ci il tarixli ərizəsində qeyd olunur ki, o, 2018-ci ilin may ayından 2023-cü ilin yanvar ayınadək Neftçala bələdiyyəsinin sədri vəzifəsində işləyib. Daha sonra Neftçala rayon prokurorluğunda onun barəsində cinayət işi başlanmış və artıq 3 ilə yaxındır ki, cinayət işi üzrə məhkəmə prosesi davam edir. Cinayət işi üzrə həbsdə olduğu 6 ay müddət ərzində səhhətində problemlər yaranmış və bu səbəbdən də hazırda ambulator müalicə alır. Qeyd olunan səbəblərə görə iddiaçıya olan borcunu vaxtında geri qaytara bilməyib. Borc müqaviləsində nəzərdə tutulan məbləği ən qısa müddət ərzində geri qaytarmağı öhdəsinə götürür. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə, cavabdehin ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. 26 aprel 2025-ci il tarixli, 11 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 3.641 manat məbləğində pul borc verilmişdir. Müqaviləyə əlavə olunmuş qəbzdən görünür ki, Cavabdeh 26 aprel 2025-ci il tarixdə 3.641 manat məbləğində pul vəsaitini İddiaçı şəxsən nağd şəkildə almışdır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 3.641 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddiaçı müharibə veteranı olması səbəbindən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən «İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür». İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi üzrə (iddianın qiyməti: 3.641 manat) dövlət rüsumu (56,41 manat) cavabdehə aid edilməli və ondan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3.641 (üç min altı yüz qırx bir) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddiaçı iddia tələbi üzrə ödənilməli olan 56 (əlli altı) manat 41 (qırx bir) qəpik məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-1364/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1364/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver