Məhkəmə qərarları › İş №e-2(053)-1456/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1456/2025

19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1456/2025 19.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı “Borc” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin qarşı “Borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdəndən 4.291 manat dəyərində əsas borcun borcun, 1.009,03 manat məbləğində faiz borcunun, 460,45 manat məbləğində cərimənin və 77,61 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin ilə Cavabdeh arasında bağlanmış 19 dekabr 2024-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 24 ay müddətinə 23 % ödəmək şərti ilə 4.600 manat məbləğində kredit verilmiş və Cavabdeh qeyd edilən müqavilə üzrə aldığı pulun məbləğinin və ona hesablamçış faiz borcunun ödəniş cədvəlində göstərilən qaydada vaxtında hesablanmış faiz məbləği ilə birlidə geri qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən kredit müqaviləsinin təminatı kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Zamin arasında 19 dekabr 2024-cü il tarixli Zaminlik müqaviləsi bağlanmış və zaminlik müqavilələrinə əsasən Zamin Kredit müqaviləsində göstərilən öhdəlik üzrə kredit alan Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdələrinə götürmüşlər. Cavabdeh arasında 19 dekabr 2024-cü il tarixli kredit müqaviləsi üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, həmin kredit müqaviləsi üzrə müəyyən məbləğdə ödənişlər etsə də sonradan heç bir ödəniş etməmiş, onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 4.291 manat əsas borc, 1009,03 manat faiz borcu və 460, 45 manat məbləğində cərimə borcu qalmışdır. Cavabdehlərə həmin borcun qaytarılması barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilsə də cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etmiş, bu üzdən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti borcun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 dekabr 2024-cü il tarixli Rİ/02587 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC – “alıcı”, Cavabdeh – “satıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh 24 ay meddətinə 23 faiz ödəmək şərti ilə 4.600 manat məbləğində kredit ayırmış və cavabdeh həmin borcu geri ödəməyi öhdəsinə götürüb. İş materiallarında olan Zaminlik müqaviləsinə əsasən Zamin həmin kredit müqaviləsinin zamin tərəfi olub öhdəlikləri üzərinə götürmüşdür. İş materiallarında olan 08 may 2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən «Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır». Eyni Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər». Həmin Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 100 manat məbləğinə qədər azaldılmalıdır. Məhkəmə eyni zamanda digər cavabdeh Zamin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin, həmin məbləğə hesablanmış faiz borcunun, cərimə borcunun və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun ödənilməsi üçün Cavabdeh ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 19 dekabr 2024-cü il tarixli müqavilə üzrə 4.291 manat məbləğində əsas borc, 1009,03 manat faiz borcu və 100 manat məbləğində cərimə borcu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddia qismən təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 72,75 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 4,86 manat (77,61 -72,75=4,86) iddiaçıya aid edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh və Zamin müştərək qaydada 19 dekabr 2024-cü il tarixli müqavilə üzrə 4.291 (dörd min iki yüz doxsan bir) manat məbləğində əsas borc, 1009,03 (min doqquz manat üç qəpik) manat faiz borcu və 100 (yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 5400,03 (beş min dörd yüz manat üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72,75 (yetmiş iki manat yetmiş beş qəpik) manat pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 4,86 (dörd manat səksən altı qəpik) manat (77,61 -72,75=4,86) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar