Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1780/2025 22.01.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 283,93 manat ödənilməmiş hissə, 28,39 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə üzrə 321,17 manat ödənilməmiş hissə, 32,12 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə üzrə 227,89 manat ödənilməmiş hissə, 22,79 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə üzrə 81,53 manat ödənilməmiş hissə, 8,15 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə üzrə 62,2 manat ödənilməmiş hissə, 6,22 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə üzrə 32,33 manat ödənilməmiş hissə, 3,23 manat cərimə, olmaqla, ümumilikdə 1109,96 manat borc və 31,10 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, 2 ədəd X1 2 il xidməti, Fritoz Philips, Elektrik diş fırçası, Blender Moulinex, 3 ədəd Case, İmei kod 49309/64VV01021 olan X4 SE, X2 Derin Tencere, 2 ədəd Zəmanət + 3 il xidməti, Fen Panasonic, Mini soba Hoffman, Çaynik Hoffman, Borofone qulaqlıq, Tərəzi Hoffman, 3 ədəd Qızıl Zəmanət + 2 il xidməti, Fen Hoffman, Doğrayıcı Beko, Trimmer Rowenta, X3 6 Lite qulaqlıq almış nəticədə 1109,96 manat borc yaranmışdır. Cavabdeh xx.xx.2024cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 526,86 manat (yəni 18 ay x 29,27 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd X1 2 il xidməti, Fritoz Philips, Elektrik diş fırçası, Blender Moulinex, 3 ədəd Case üçün ümumilikdə, 312,32 manat olmaqla, ondan 283,93 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28,39 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 480,96 manat (yəni 18 ay x 26,72 manat + 0 manat ilkin ödəniş) olan İmei kod 49309/64VV01021 olan X4 SE, X2 Derin Tencere üçün ümumilikdə, 353,29 manat olmaqla, ondan 321,17 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32,12 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 327,24 manat (yəni 18 ay x 20,68 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Zəmanət + 3 il xidməti, Fen Panasonic, Mini soba Hoffman üçün ümumilikdə, 250,68 manat olmaqla, ondan 227,89 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22,79 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 113,04 manat (yəni 18 ay x 6,28 manat + 0 manat ilkin ödəniş) olan Çaynik Hoffman, Borofone qulaqlıq, Tərəzi Hoffman üçün ümumilikdə, 89,68 manat olmaqla, ondan 81,53 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8,15 manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 122,16 manat (yəni 12 ay x 10,18 manat + 0 manat ilkin ödəniş) olan 3 ədəd Qızıl Zəmanət + 2 il xidməti, Fen Hoffman, Doğrayıcı Beko, Trimmer Rowenta üçün ümumilikdə, 68,42 manat olmaqla, ondan 62,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6,22 manat cərimə pulu, xx.xx.2025-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 54,96 manat (yəni 12 ay x 4,58 manat + 0 manat ilkin ödəniş) olan X3 6 Lite qulaqlıq üçün ümumilikdə, 35,56 manat olmaqla, ondan 32,33 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3,23 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixində 2 ədəd X1 2 il xidməti, 2 ədəd Casedən imtina etmiş və məhsul 63,92 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 179,01 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 63,92 manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 418,24 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 526,86 manat olan 2 ədəd X1 2 il xidməti, Fritoz Philips, Elektrik diş fırçası, Blender Moulinex, 3 ədəd Case alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 480,96 manat olan İmei kod 49309/64VV01021 olan X4 SE, X2 Derin Tencere alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 372,24 manat olan 2 ədəd Zəmanət + 3 il xidməti, Fen Panasonic, Mini soba Hoffman alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 113,04 manat olan Çaynik Hoffman, Borofone qulaqlıq, Tərəzi Hoffman alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 122,16 manat olan 3 ədəd Qızıl Zəmanət + 2 il xidməti, Fen Hoffman, Doğrayıcı Beko, Trimmer Rowenta alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 54,96 manat olan X3 6 Lite qulaqlıq alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 283,93 manat ödənilməmiş hissə, 28,39 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 321,17 manat ödənilməmiş hissə, 32,12 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 227,89 manat ödənilməmiş hissə, 22,79 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 81,53 manat ödənilməmiş hissə, 8,15 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 62,2 manat ödənilməmiş hissə, 6,22 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 32,33 manat ödənilməmiş hissə, 3,23 manat cərimə olmaqla, cəmi 1109,96 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh müqavilələr üzrə "xxxx" MMC-yə olan borcunu 3 iş günü ərzində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31,10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 283,93 manat ödənilməmiş hissə, 28,39 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 321,17 manat ödənilməmiş hissə, 32,12 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 227,89 manat ödənilməmiş hissə, 22,79 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 81,53 manat ödənilməmiş hissə, 8,15 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 62,2 manat ödənilməmiş hissə, 6,22 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 32,33 manat ödənilməmiş hissə, 3,23 manat cərimə olmaqla, cəmi 1109,96 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 28,39 manat, xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə 32,12 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 22,79 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 8,15 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 6,22 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3,23 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 31,10 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 283,93 (iki yüz səksən üç manat) manat ödənilməmiş hissə, 28,39 (iyirmi səkkiz manat otuz doqquz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 321,17 (üç yüz iyirmi bir manat on yeddi qəpik) manat ödənilməmiş hissə, 32,12 (otuz iki manat on iki qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 227,89 (iki yüz iyirmi yeddi manat səksən doqquz qəpik) manat ödənilməmiş hissə, 22,79 (iyirmi iki manat yetmiş doqquz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 81,53 (səksən bir manat əlli üç qəpik) manat ödənilməmiş hissə, 8,15 (səkkiz manat on beş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 62,2 (altmış iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 6,22 (altı manat iyirmi iki qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 32,33 (otuz iki manat otuz üç qəpik) manat ödənilməmiş hissə, 3,23 (üç manat iyirmi üç qəpik) manat cərimə olmaqla, cəmi 1109,96 (min yüz doqquz manat doxsan altı qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31,10 (otuz bir manat on qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 283,93 (iki yüz səksən üç manat) manat ödənilməmiş hissə, 28,39 (iyirmi səkkiz manat otuz doqquz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 321,17 (üç yüz iyirmi bir manat on yeddi qəpik) manat ödənilməmiş hissə, 32,12 (otuz iki manat on iki qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 227,89 (iki yüz iyirmi yeddi manat səksən doqquz qəpik) manat ödənilməmiş hissə, 22,79 (iyirmi iki manat yetmiş doqquz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 81,53 (səksən bir manat əlli üç qəpik) manat ödənilməmiş hissə, 8,15 (səkkiz manat on beş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 62,2 (altmış iki manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 6,22 (altı manat iyirmi iki qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 32,33 (otuz iki manat otuz üç qəpik) manat ödənilməmiş hissə, 3,23 (üç manat iyirmi üç qəpik) manat cərimə olmaqla, altı müqavilə üzrə cəmi 1109,96 (min yüz doqquz manat doxsan altı qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31,10 (otuz bir manat on qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №e-2(053)-1780/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1780/2025
22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver