Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-274/2024 09.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «borc məbləğinin tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2693 nömrəli “Nisyə alqı-satqı haqqında” Müqavilə üzrə qalıq ümumi borc məbləği olan 2.149 manat borcun, 36,67 manat cərimə, 40 manat yol xərcinin və 43 manat ödənilmiş dövlət rüsumu, cəmi 2.268,67 manat pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin icraçı direktoru Mahir Aslanov məhkəməyə ərizə göndərərək, cavabdehlə aralarında olan mübahisə məhkəmədən kənar qaydada öz həllini tapdığı üçün iddiadan imtina etdiklərini, iddia ərizəsi, dövlət rüsumu ödənilməsini təsdiqləyən qəbzi və digər sənədlərin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «borc məbləğinin tutulması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-274/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-274/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver