Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-275/2025 18.03.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə iddiaçı «X8» ASC-nin cavabdehlər Cavabdeh1 və X6 qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin xeyrinə 692,04 manat məbləğində əsas borc, 0 manat məbləğində faiz, 0 manat cərimə olmaqla, ümumilikdə 692,04 manat pul məbləğinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. e-2(053)-275/2025 nömrəli iş üzrə cavabdehlərə məhkəmə bildirişi və iddia ərizəsinin surətləri göndərilmişdir. 16 yanvar 2025-ci ildə məhkəməyə daxil olmuş F-20 poçt qəbzi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 vəfat etdiyindən onun ünvanına göndərilmiş zərf geri qaytarılmışdır. İş üzrə Cavabdeh1 haqqında 10 yanvar 2025-ci ildə məlumatlar elektron qaydada sorğulanmış və onun xx.xx.2022-ci ildə ölməsi faktı aşkar olunmuşdur. Neftçala Rayon Məhkəməsinin e-(053)-275/2025 nömrəli iş üzrə 07 fevral 2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə tərəflərin iştirakı ilə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmış, işin məhkəmə hazırlıq iclası 25 fevral 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “X8” Açıq Səhmdar Cəmiyyəti ilə borcalan X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 2929TKSLY/14 saylı kredit müqaviləsinə əsasən, borcalana istehlak məqsədləri üçün 84 (səksən dörd) ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) 500 AZN məbləğində kredit limiti ayrılmış, ona bank hesabı açılmış və plastik kart təqdim edilmişdir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Banka” qaytarmağı öhdəsinə götürmüşdür. Borcalan 02 avqust 2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Neftçala rayon Notariat ofisinin məlumatına əsasən Cavabdeh1 və X3 mərhumun vərəsəsi olduğu müəyyən edilmişdir. Bu isə cavabdehin mərhumun hüquqi varisi olması anlamına gəlir. Lakin cavabdeh Azərbaycan Respublikası MM-nin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. İddiaçı isə bu barədə məlumatı özü əldə etmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasındahəll olunma) heç bir fayda verməmiş və kreditor «X8» ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçı «X8» ASC-nin xeyrinə 692,04 manat məbləğində əsas borcun, 0 manat məbləğində faiz borcunun, 0 manat cərimə borcunun, cəmi 692,04 manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş edilmişdir. İddiaçının nümayəndəsi işin məhkəmə hazırlıq və baxış iclaslarına gəlməmiş, lakin ərizə göndərərək mülki iş üzrə hazırlıq və baxış iclaslarının iştirakları olmadan keçirilməsini, iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilmiş Cavabdeh2 gəlməmiş, 25 fevral 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək həqiqətən də mərhum anası X9 tərəfindən iddiaçı «X8» ASC-dən kredit götürüldüyünü və hazırda iddiaçıya borcu olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, digər Cavabdeh1 vəfat etmişdir. Özü onkoloji xəstə olmaqla 1-ci qrup əlildir. Aldığı pensiyadan başqa gəliri yoxdur. Yaranmış borsu hissə-hissə ödəməyə hazırdır. Növbəti məhkəmə iclaslarında iştirak etməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia cavabdeh (vərəsə) X6 münasibətdə təmin edilməlidir. İşdə olan 22 oktyabr 2014-ci il tarixdə bağlanmış 2929tkSLY/14 saylı Kredit xətti və Bank hesabı müqaviləsindən görünür ki, «X8» ilə cavabdeh X9 arasında bağlanmış Kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 (səksən dörd) ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) 500 AZN məbləğində kredit limiti ayrılmış, ona bank hesabı açılmış və plastik kart təqdim edilmişdir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Banka” qaytarmağı öhdəsinə götürmüşdür. 03 mart 2022-ci il tarixli bildirişdən və xəbərnamədən görünür ki, X7 bank tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmiş və 09 mart 2022-ci ildə “Ağayev” soyadlı dayısı oğlu tərəfindən qəbul edilmişdir. «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci ildə Neftçala şəhərində “Durğunluq ürək çatmamazlığı” səbəbindən ölmüşdür. "xxxx" KB ASC tərəfindən təqdim olunmuş 04 oktyabr 2024-cü il tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, X4 2929tkSLY/14 nömrəli kredit müqaviləsi üzrə 04 okyabr 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 692,04 manat məbləğində əsas, 0 manat məbləğində faiz və 0 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 692,04 AZN məbləğində borcu vardır. xx.xx.2024-cü ildə Cavabdeh1 və Cavabdeh2 bank tərəfindən mərhum X4 vərəsələri qismində borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Neftçala Rayon Notariat Ofisinin 12 dekabr 2024-cü il tarixli müraciətə cavab məktubunun 3-cü və 6-cı abzastında aşağıdakılar qeyd edilmişdir. “3. xx.xx.2020-ci il tarixində vəfat etmiş X1 manzilə görə mərhumun vərəsələri - əri Cavabdeh1 (AZE № 0*******: FİN:xxxxxxx, qeydiyyat ünvanı: Neftçala. H.Əliyev küçəsi, ev 25-A, mənzil 53), oğlu - Cavabdeh2 (AZE № ********; FİN: xxxxxxx, qeydiyyat ünvanı: ünvan 2k şəhadətnaməsinin yazıldığı tarixdə vərəsələrin qüvvədə olan şəxsiyyət vəsiqələrinin məlumatları qeyd olunmuşdur”. İddia ərizəsi 08 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və cavabdeh haqqında məlumatın elektron sorğulanması zamanı Cavabdeh1 xx.xx.2022-ci il tarixdə öldüyü müəyyən edilmişdir. Cavabdeh2 tərəfindən təqdim edilmiş “Ölüm haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci ildə Neftçala şəhərində “Qaraciyərin bədxassəli yenitörəməsi” səbəbindən ölmüşdür. Neftçala Rayon Məhkəməsinin e-2(053)-275/2025 nömrəli 18 mart 2025-ci il tarixli qərardadı ilə iddiaçı «X8» ASC-nin cavabdehlər Cavabdeh1 və X6 qarşı «borc» tələbinə dair iddiası üzrə Cavabdeh1 aid hissədə icraata xitam verilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 1133.1.-ci maddəsinə əsasən «ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir». Həmin Məcəlləsinin 1133.2.-ci maddəsinə əsasən «qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının - qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır». Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən "mirasa (miras əmlaka) miras qoyanın öldüyü, məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən «vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən «vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı «X8» ASC Cavabdeh2 kredit məbləğini və ona hesablanmış faizləri və cəriməni tələb etməkdə haqlıdır. İddiaçı məhkəməyə müraciət edərkən 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 692,04 (altı yüz doxsan iki manat dörd qəpik) manat məbləğində borc, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat tutularaq iddiaçı «X8» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-275/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-275/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver