Məhkəmə qərarları › İş №e-2(053)-309/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-309/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-309/2025 14.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 30 dekabr 2018-ci il tarixli, SLK519867 nömrəli borc müqaviləsinə əsasən 315 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 345 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 30 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək mülki işin iddia icraatına keçirilməsini xahiş etdiyindən 21 fevral 2025-ci il tarixli qərardadla İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı nümayəndəsi Nümayəndə 21 iyul 2025-ci il tarixində məhkəməyə elektron ərizə göndərərək işin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh işin məhkəmə baxışı zamanı mülki işin baxılmamış saxlanılmasına dair etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar