Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-334/2024 10.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «Avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı pul» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair 1052 saylı, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürdüyü “HYUNDAİ ELANTRA” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın – 12.000 manat məbləğində pul, 4.800 manat əldən çıxmış fayda və 141 manat dövlət rüsumu olmaqla, cəmi 16.941 (on altı min doqquz yüz qırx bir) manat məbləğində pulun Cavabdeh Xǝləf oğlundan tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Nümayəndə (Ş/v AA 1215050; FİN xxxxxxx) 2017-ci ildən İddiaçı MMC-nin təsisçisi və direktoru olaraq şirkətə və digər şəxslərə məxsus olan avtomobilləri gündəlik və aylıq icarəyə verməklə məşğul olur. Etibarnamə əsasında İddiaçı MMC-yə verilmiş, vətəndaş X1 məxsus 2018-ci il buraxılışlı, göy metallik rəngli, “HYUNDAİ ELANTRA” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixli, 1052 saylı icarə müqaviləsinə əsasən Cavabdeh tərəfindən rəhbərlik etdiyi İddiaçı MMC-dən 2 günlük icarəyə götürülmüşdür. İcarǝ müqaviləsinin şərtlərinə görə nəqliyyat vasitəsinin icarə qiyməti hər gün üçün 60 (altmış) manat təşkil etmişdir. İcarə müqaviləsinin əlavəsi olan 1052 saylı, xx.xx.2023-cü il tarixli “İcarəyə verilən avtomobilin texniki vəziyyəti və təhvil-təslim haqqında” akta əsasən avtomobil “İcarǝyǝ götürənə təhvil veriləndə saz vəziyyətdə olmuş, heç bir texniki qüsuru olmamışdır. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixdə, təxminən 22:30 radələrində Neftçala rayonunun Qaraqaşlı kəndi ərazisində hərəkətdə olarkan avtomobili yoldan çıxararaq yol kənarındakı çaya aşırmışdır. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobil ciddi şəkildə xarici əziklər alması ilə yanaşı, çaya düşməsi səbəbindən içərisinə su dolduğu üçün onun salonu da xeyli məbləğdə maddi ziyan çəkmişdir. Azərbaycan Respublikası DYPİ Neftçala rayon DYPB-nin polis mayoru Dadaş İbrahimov tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə dair İXP ******* saylı, xx.xx.2023-cü il tarixli izibati xəta haqqında protokol tərtib edilmiş və o, müvafiq olaraq inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarla 40 manat məbləğində cərimə olunmuşdur. “GOLD Avto Servis” şirkətinin xx.xx.2023-cü il tarixli qüsur aktında 2018-ci il buraxılışı, “HYUNDAİ ELANTRA” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan zədələnmiş hissələrin təmiri və dəyişməsi, həmçinin işçilik pulu daxil olmaqla cəmi yekun olaraq 12.000 (on iki min) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh avtomobilə dəymiş ziyan məbləğinin İddiaçı MMC-yə ödəməsinə dair müqavilə öhdəliyi olması barədə dəfələrlə xəbərdarlıq edilməsinə və nəhayət onun qeydiyyatda olduğu ünvana poçt vasitəsilə xx.xx.2024-cü il tarixda pretenziya məktubu göndərilməsinə baxmayaraq, bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Cavabdeh qanunazidd əməlləri nəticəsində şirkətləri xeyli məbləğdə ziyana düşmüşdür. Belə ki, qəza nəticəsində zədələnmiş avtomobil bu günə kimi təmir olunmadığından, istismar olunsaydı şirkət aradan keçmiş 3 aylıq müddətdə və avtomobilin tam təmir olunması üçün zəruri olan müddətdə 4.800 (dörd min səkkiz yüz) manat gəlir (əldən çıxmış fayda) əldə edərdi. 1052 saylı, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilənin: 4.5.2-ci bəndinə görə “İcarǝyǝ götürən” müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsinə olma müddətində avtomobil üçün, avtomobilin texniki vəziyyəti üçün, təhlükəsizliyi üçün, yol nəqliyyat hadisəsinin baş verməsi, avtomobilin oğurlanması, zay olması, məhv olması, təbii fəlakətlə bağlı məhv olması və s. halları üçün cavabdehlik və məsuliyyət daşıyır: 4.5.3-cü bəndinə görə, icarəyə götürdüyü avtomobili saz və işlək vəziyyətdə “İcarǝyǝ verǝn”ə qaytarmalıdır: 4.5.4-cü bəndinə görə, avtomobil qəzaya düşərsə, yol nəqliyyat hadisəsi baş verərsə, avtomobilə dəyən zərəri ödəməli, avtomobili bərpa etməli, götürdüyü vəziyyətdə “İcarəyə verənə təhvil verməlidir. Razılaşma əsasında avtomobilə dəymiş zǝrǝr tərəflər arasında razılaşma yolu ilə, nağd şəkildə də “İcarəyə götürən” tərəfindən “İcarǝyǝ verən”ə ödənilə bilər. Lakin “İcarəyə götürən Cavabdeh özünün imzaladığı müqavilə öhdəliklərini pozaraq, icarəyə götürdüyü avtomobilə vurduğu ziyan məbləğinin şirkətə ödənilməsindən imtina etməsi səbəbindən qanunla qorunan hüquqlarının müdafiəsi məqsədi ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır. Ona görə də hesab edir ki, pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməli, Cavabdeh 12.000 manat məbləğində pulun və 4.800 manat əldən çıxmış faydanın məhkəmə qaydasında tutularaq, şirkətin hesabına ödənilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. İşin 28 mart 2024-cü il tarixli məhkəmə hazırlıq iclası zamanı İddiaçı MMC-nin direktoru Nümayəndə məhkəməyə ərizə təqdim edərək iddi ərizəsinə dəqiqləşdirmə apardığını hazırda cavabdehdən aralarında olan razılaşma əsasında 7.000 manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda növbəti məhkəmə iclaslarında iştirak etmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş, lakin işin 28 mart 2024-cü il tarixli məhkəmə hazırlıq iclası zamanı ərizə təqdim edərək iddia tələbinin azaldılmış hissəsi olan 7.000 manat məbləğini ödəməyə imkanı olduğunu, bunun nəzərə alınmasını və növbəti məhkəmə iclasında iştirak etmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 03 dekabr 2023-cü il tarixli, 1052 saylı «İcarə» müqaviləsindən görünür ki, Cavabdeh müraciəti ilə 2018-ci il buraxılışlı, «HYUNDİ ELANTRA» minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı, 5MPD84LF9JH365752 ban nömrəli, göy metalik rəngli avtomobil hər gün üçün 60 manat olmaqla, ümumilikdə 120 manat təşkil etməklə İddiaçı MMC-dən icarəyə götürülmüş, sifarişçinin istifadəsinə verilmişdir. 04 dekabr 2023-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 03 dekabr 2023-cü il tarixdə, saat 22:30-da «HYUNDİ ELANTRA» minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı tərətmişdir. 04 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 03 dekabr 2023-cü il tarixdə, saat 22:30-da «HYUNDİ ELANTRA» minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı tərətmiş və həmin maddə ilə 40 manat məbləğində cərimə edilmişdir. 03 dekabr 2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 1052 saylı «İcarə» müqaviləsi bağlanmış və 03 dekabr 2023-cü il tarixli, 1052 saylı «İcarə» müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin 700.1, 700.2 və 700.3-cü maddələrinə əsasən «İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur» , «İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər» və «Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir». Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı pul tələbi irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında işin məhkəmə icraatı zamanı qarşılıqlı razılaşma olduğundan iddiaçı iddia tələbinin həcmini dəymiş ziyan hissəsində azaltmış, cavabdeh isə iddianın azaldılmış hissəsini qəbul edərək 7.000 manat pulu iddiaçıya ödəməyi öhdəsinə görmüşdür. Həmin Məcəllənin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür» və «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Həmçinin iddiaçı «İddiaçı MMC» cavabdehdən 03 dekabr 2023-cü il tarixli icarə müqaviləsi üzrə 4.800 manat məbləğində əldən çıxmış fayda tələb edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarının 3-cü bəndinə əsasən kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. İddiaçı «İddiaçı MMC cavabdehlərdən 4.800 manat məbləğində əldən çıxmış faydanın ödənilməsini tələb etsə də, məhkəməyə bunu təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehdən avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı pulun tutulmasına dair iddia tələbi əldən çıxmış fayda hissəsində təmin edilməməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 141 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir...». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 dekabr 2023-cü il tarixli, 1052 saylı «İcarə» müqaviləsinə əsasən icarəyə götürdüyü “HYUNDAİ ELANTRA” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 7.000 (yeddi min) manat borc və ödənilmiş 141 (yüz qırx bir) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-334/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-334/2024
10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver