Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-341/2024 12.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «Borc» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 10 sentyabr 2022-ci il tarixli müqavilə üzrə İMEİ KOD **********31708 olan «X1 11» markalı telefon, «Redmi Note 11 şüşə plyonka» üçün 212,66 manat ödənilməmiş hissə, 21,34 manat cərimə borcu olmaqla, ümumilikdə 234 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası 12 mart 2024-cü il tarixə, saat 09:00-a təyin olunmuşdur. İddiaçı "xxxx" MMC Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə 22 fevral 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin o cümlədən (dövlət rüsumunun) geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.3-cü maddələrinə əsasən «İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır». , «Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər». Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «Borc» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" MMC tərəfindən Neftçala Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixli, **********87 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 73 A ünvanında yerləşən "xxxx" MMC-yə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-341/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-341/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver