Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-377/2024 28.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 mart 2021-ci il tarixli müqaviləyə əsasən “HOFFMANN” markalı soyuducu üçün 70,50 manat ödənilməmiş hissə, 7,50 manat cərimə pulu; 21 iyun 2021-ci tarixli müqaviləyə əsasən “İNDESİT” markalı paltaryuyan üçün 180,70 manat ödənilməmiş hissə, 18,30 manat cərimə pulu; 18 fevral 2022-ci il tarixli müqaviləyə əsasən “MARVİN-GENC” dolab üçün 435,40 manat ödənilməmiş hissə, 43,60 manat cərimə pulu; 05 aprel 2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********56334 olan “SAMSUNG GALAXY A22” markalı telefon üçün 417,65 manat ödənilməmiş hissə, 41,35 manat cərimə pulu; 23 yanvar 2022-ci tarixli müqaviləyə əsasən “HOFFMANN LED” markalı televizor üçün 386,50 manat ödənilməmiş hissə, 38,50 manat cərimə pulu; 11 sentyabr 2022-ci tarixli müqaviləyə əsasən İMEİ kodu **********71727 “SAMSUNG GALAXY A23” markalı telefon üçün 333,48 manat ödənilməmiş hissə, 33,52 manat cərimə pulu; 26 may 2022-ci il tarixli müqaviləyə əsasən 14 ədəd “HAVLU-TEKSTİL” və “SÜFRƏ-TEKSTİL” üçün 278,78 manat ödənilməmiş hissə, 27,22 manat cərimə pulu olmaqla ümumilikdə 2.313 manat borcun və 43,13 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 04 mart 2021-ci il, 21 iyun 2021-ci il, 18 fevral 2022-ci il, 05 aprel 2022-ci il, 23 yanvar 2022-ci il, 11 sentyabr 2022-ci il və 26 may 2022-ci il tarixli müqavilələrə əsasən “HOFFMANN” markalı soyuducu, “İNDESİT” markalı paltaryuyan, “MARVİN-GENC” dolab, İMEİ kodu **********56334 olan “SAMSUNG GALAXY A22” markalı telefon, “HOFFMANN” markalı LED TV, İMEİ kodu **********71727 “SAMSUNG GALAXY A23” markalı telefon, 14 ədəd “HAVLU-TEKSTİL” və “SÜFRƏ-TEKSTİL” almış və nəticədə 2.313 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 04 mart 2021ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 588 manat (24 ay x 24,50 manat + 0 manat ilkin ödəniş) olan “HOFFMANN” markalı soyuducu üçün ümumilikdə 78 manat olmaqla, ondan 70,50 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 7,50 manat cərimə pulu, 21 iyun 2021-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 633,60 manat (24 ay x 26,40 manat + 0 manat ilkin ödəniş) olan “İNDESİT” markalı paltaryuyan üçün ümumilikdə 199 manat olmaqla, ondan 180,70 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 18,30 manat cərimə pulu, 18 fevral 2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 746,40 manat (24 ay x 31,10 manat + 0 manat ilkin ödəniş) olan “MARVİN-GENC” dolab üçün ümumilikdə 479 manat olmaqla, ondan 435,40 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 43,60 manat cərimə pulu, 05 aprel 2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 751,86 manat (18 ay x 41,77 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********56334 olan “SAMSUNG GALAXY A22” markalı telefon üçün ümumilikdə 459 manat olmaqla, ondan 417,65 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 41,35 manat cərimə pulu, 23 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 663,12 manat (24 ay x 27,63 manat + 0 manat ilkin ödəniş) olan “HOFFMANN” markalı LED TV üçün ümumilikdə 425 manat olmaqla, ondan 386,5 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 38,50 manat cərimə pulu, 11 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 757,08 manat (18 ay x 42,06 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********71727 olan “SAMSUNG GALAXY A23” markalı telefon üçün ümumilikdə 367 manat olmaqla, ondan 333,48 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 33,52 manat cərimə pulu, habelə 26 may 2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 371,76 manat (24 ay x 15,49 manat + 0 manat ilkin ödəniş) olan 14 ədəd “HAVLU-TEKSTİL” və “SÜFRƏ-TEKSTİL” üçün ümumilikdə 306 manat olmaqla, ondan 278,78 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 27,22 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.408,81 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 mart 2021-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 588 manat olan “HOFFMANN” markalı soyuducu hər ay 24,50 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 21 iyun 2021-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 633,60 manat olan “İNDESİT” markalı paltaryuyan hər ay 26,40 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 18 fevral 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 746,40 manat olan “MARVİN-GENC” dolab hər ay 31,10 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 05 aprel 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 751,86 manat, İMEİ kodu **********56334 olan “SAMSUNG GALAXY A22” markalı telefon hər ay 41,77 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 23 yanvar 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 663,12 manat olan “HOFFMANN” markalı LED TV hər ay 27,63 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 11 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 757,08 manat, İMEİ kodu **********71727 olan “SAMSUNG GALAXY A23” markalı telefon hər ay 42,06 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 26 may 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 371,76 manat olan 14 ədəd “HAVLU-TEKSTİL” və “SÜFRƏ-TEKSTİL” hər ay 15,49 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh 04 mart 2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 70,50 manat ödənilməmiş əsas məbləğ və 7,50 manat cərimə olmaqla – cəmi 78 manat, 21 iyun 2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 180,70 manat ödənilməmiş əsas məbləğ və 18,30 manat cərimə olmaqla – cəmi 199 manat, 18 fevral 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 435,40 manat ödənilməmiş əsas məbləğ və 43,60 manat cərimə olmaqla – cəmi 479 manat, 05 aprel 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 417,65 manat ödənilməmiş əsas məbləğ və 41,35 manat cərimə olmaqla – cəmi 459 manat, 23 yanvar 2022-ci il tarixli alğısatqı müqaviləsi üzrə 386,50 manat ödənilməmiş əsas məbləğ və 38,50 manat cərimə olmaqla – cəmi 425 manat, 11 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 333,48 manat ödənilməmiş əsas məbləğ və 33,52 manat cərimə olmaqla – cəmi 367 manat və 26 may 2022ci il tarixli alğı-satqı müqaviləsi üzrə 278,78 manat ödənilməmiş əsas məbləğ və 27,22 manat cərimə olmaqla – cəmi 306 manat, ümumilikdə isə 2.313 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilələr üzrə cərimə borcu ümumilikdə 73 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 04 mart 2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 70,50 manat ödənilməmiş əsas məbləğ və 3 manat cərimə, 21 iyun 2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 180,70 manat ödənilməmiş əsas məbləğ və 6 manat cərimə, 18 fevral 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 435,40 manat ödənilməmiş əsas məbləğ və 15 manat cərimə, 05 aprel 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 417,65 manat ödənilməmiş əsas məbləğ və 15 manat cərimə, 23 yanvar 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 386,50 manat ödənilməmiş əsas məbləğ və 12 manat cərimə, 11 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 333,48 manat ödənilməmiş əsas məbləğ və 12 manat cərimə, 26 may 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 278,78 manat ödənilməmiş əsas məbləğ və 10 manat cərimə olmaqla – ümumilikdə 2.176,01 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddia tələbinin əsas etibarilə təmin olunduğu nəzərə alınaraq iddiaçı tərəfindən ödənilmiş 43,13 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04 mart 2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 70 (yetmiş) manat 50 (əlli) qəpik ödənilməmiş əsas məbləğ və 3 (üç) manat cərimə, 21 iyun 2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 180 (yüz səksən) manat 70 (yetmiş) qəpik ödənilməmiş əsas məbləğ və 6 (altı) manat cərimə, 18 fevral 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 435 (dörd yüz otuz beş) manat 40 (qırx) qəpik ödənilməmiş əsas məbləğ və 15 (on beş) manat cərimə, 05 aprel 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 417 (dörd yüz on yeddi) manat 65 (altmış beş) qəpik ödənilməmiş əsas məbləğ və 15 (on beş) manat cərimə, 23 yanvar 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 386 (üç yüz səksən altı) manat 50 (əlli) qəpik ödənilməmiş əsas məbləğ və 12 (on iki) manat cərimə, 11 sentyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 333 (üç yüz otuz üç) manat 48 (qırx səkkiz) qəpik ödənilməmiş əsas məbləğ və 12 (on iki) manat cərimə, 26 may 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 278 (iki yüz yetmiş səkkiz) manat 78 (yetmiş səkkiz) qəpik ödənilməmiş əsas məbləğ və 10 (on) manat cərimə olmaqla ümumilikdə 2.176 (iki min yüz yetmiş altı) manat 01 (bir) qəpik məbləğində borc, habelə dövlət rüsumu kimi ödənilmiş 43 (qırx üç) manat 13 (on üç) qəpik məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-377/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-377/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver