Məhkəmə qərarları › İş №e-2(053)-378/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-378/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-378/2024 28.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu iddiaçı "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “Borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, imei kod **********57883 “Xıaomı Redmı 9” markalı telefon, 2 ədəd “Sofia” xalça üçün 149,33 manat ödənilməmiş hissə, 14,67 manat cərimə pulu; 04 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən, “X3” üçün 144,70 manat ödənilməmiş hissə, 14,30 manat cərimə pulu; 27 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, “X3” üçün 114,40 manat ödənilməmiş hissə, 11,60 manat cərimə pulu; 03 mart 2022-ci il tarixli müqaviləsinə əsasən, “X2”, 2 ədəd “Havlu-Tekstil” üçün 96,06 manat ödənilməmiş hissə, 9,94 manat cərimə pulu; 05 iyun 2022-ci il tarixli müqaviləsinə əsasən, “Ventilyator Ardesto” üçün 73,80 manat ödənilməmiş hissə, 7,20 manat cərimə pulu; 07 mart 2022-ci il tarixli müqaviləsinə əsasən, “X1, X4 Çayniki” üçün 68,53 manat ödənilməmiş hissə, 6,47 manat cərimə; 09 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən, “Saçqırxan Remington” üçün 50,44 manat ödənilməmiş hissə, 5,56 manat cərimə pulu; 23 oktyabr 2022-ci il tarixli müqaviləsinə əsasən “Yorgan-Tekstil” üçün 34,62 manat ödənilməmiş hissə, 3,38 manat cərimə pulu; 16 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən 4 ədəd “Havlu-Tekstil”, 2 ədəd “Yastık Kilifi-Tekstil” üçün 30,57 manat ödənilməmiş hissə, 3,43 manat cərimə pulu; 02 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd “Çay Dəsmalı-Tekstil”, “Süfrə- Tekstil”, 2 ədəd “Havlu Seti-Tekstil” üçün 25,08 manat ödənilməmiş hissə, 2,92 manat cərimə olmaqla, ümumilikdə 867 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutulub iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 12 oktyabr 2021-ci il, 04 iyul 2022-ci il, 27 noyabr 2021-ci il, 03 mart 2022-ci il, 05 iyun 2022-ci il, 07 may 2022-ci il va 09 iyul 2022-ci il, 23 oktyabr 2022-ci il, 16 oktyabr 2021-ci il, 02 oktyabr 2021-ci il tarixlərindəki müqavilələrinə əsasən İmei kod **********57883 “Xıaomı Redmı 9” markalı telefon, 2 ədəd “SOFİA” xalça, “X3”, “X3”, “X2”, 2 ədəd “Havlu-Tekstil”, “Ventilyator Ardesto”, “X1”, “X4 çayniki”, “Saçqırxan Remington”, “Yorgan-Tekstil”, 4 ədəd “Havlu-Tekstil”, 2 ədəd “Yastık Kilifi-Tekstil”, 2 ədəd “Çay Dəsmalı-Tekstil”, “Süfrə-Tekstil”, 2 ədəd “Havlu Seti-Tekstil” almış və nəticədə 867 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 670,50 manat (18 ay x 37,25 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********57883 “Xıaomı Redmı 9” markalı telefon, 2 ədəd “Sofia” xalça üçün ümumilikdə 164 manat olmaqla ondan 149,33 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 14,67 manat cərimə pulu; 04 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 182,88 manat (24 ay x 7,62 manat + 0 manat ilkin ödəniş) olan, “X3” üçün ümumilikdə 166 manat olmaqla ondan 144,70 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 14,30 manat cərimə pulu; 27 noyabr 2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 230,40 manat (24 ay x 9,60 manat + 0 manat ilkin ödəniş) olan “X3” üçün ümumilikdə, 126 manat olmaqla ondan 114,40 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 11,60 manat cərimə pulu; 03 mart 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 154,08 manat (24 ay x 6,42 manat + 0 manat ilkin ödəniş) “X2”, 2 ədəd “Havlu-Tekstil” üçün ümumilikdə, 106 manat olmaqla ondan 96,06 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 9,94 manat cərimə pulu; 05 iyun 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 98,40 manat (24 ay x 4,10 manat + 0 manat ilkin ödəniş) olan “Ventilyator Ardesto” üçün ümumilikdə, 81 manat olmaqla ondan 73,80 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 7,20 manat cərimə pulu; 07 may 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 96,96 manat (24 ay x 4,04 manat + 0 manat ilkin ödəniş) olan “X1, X4 Çayniki” üçün ümumilikdə, 75 manat olmaqla ondan 68,53 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 6,47 manat cərimə; 09 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 70,02 manat (18 ay x 3,89 manat + 0 manat ilkin ödəniş) olan “Saçqırxan Remington” üçün ümumilikdə, 56 manat olmaqla ondan 50,44 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 5,56 manat cərimə, 23 oktyabr 2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 56,62 manat (18 ay x 2,09 manat + 19 manat ilkin ödəniş) olan “Yorgan-Tekstil” üçün ümumilikdə 38 manat olmaqla ondan 34,62 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 3,38 manat cərimə, 16 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 139,14 manat (18 ay x 7,73 manat + 0 manat ilkin ödəniş) olan, 4 ədəd “Havlu-Tekstil”, 2 ədəd “Yastık Kilifi-Tekstil” üçün ümumilikdə 34 manat olmaqla ondan 30,57 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 3,43 manat cərimə, 02 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 118,08 manat (18 ay x 6,56 manat + 0 manat ilkin ödəniş) olan, 2 ədəd “Çay Dəsmalı-Tekstil”, “Süfrə-Tekstil”, 2 ədəd “Havlu Seti-Tekstil” üçün ümumilikdə 28 manat olmaqla ondan 25,08 manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək 2,92 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.817,08 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 12 oktyabr 2021-ci il, 04 iyul 2022-ci il, 27 noyabr 2021-ci il, 03 mart 2022-ci il, 05 iyun 2022-ci il, 07 may 2022-ci il, 09 iyul 2022-ci il, 23 oktyabr 2022-ci il, 16 oktyabr 2021-ci il, 02 oktyabr 2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz 07 noyabr 2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi və ona əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 230,40 manat, “X3” üçün hər ay 9,60 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. 03 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsi və ona əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 154,08 manat, “X2, 2 ədəd Havlu-Teksti” üçün hər ay 6,42 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. 05 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi və ona əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 98,32 manat, “Ventilyator Ardesto” üçün hər ay 4,10 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. 07 may 2022-ci il tarixli alqı-satqı müqaviləsi və ona əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 96,96 manat, “X1, X4 Çayniki” üçün hər ay 4,04 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. 09 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi və ona əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 70,02 manat, ““Saçqırxan Remington” üçün hər ay 3,89 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. 23 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi və ona əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 56,62 manat, “Yorgan-Tekstil” üçün hər ay 2,09 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. 16 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi və ona əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 139,14 manat, 4 ədəd “Havlu-Tekstil”, 2 ədəd “Yastık Kilifi-Tekstil” üçün hər ay 7,73 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. 02 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi və ona əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 118,08 manat, 2 ədəd “Çay Dəsmalı-Tekstil”, “Süfrə-Tekstil”, 2 ədəd “Havlu Seti-Tekstil” üçün hər ay 6,56 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. 12 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi və ona əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 670,50 manat, “Xıaomı Redmı 9” markalı telefon, 2 ədəd “Sofia” xalça üçün hər ay 37,25 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. 04 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi və ona əlavədən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 182,88 manat, “X3” üçün hər ay 7,62 manat ödəmək şərti ilə 24 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 13 fevral 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh 12 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 149,33 manat ödənilməmiş əsas məbləğ və 14,67 manat cərimə; 04 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 144,70 manat ödənilməmiş əsas məbləğ və 14,30 manat cərimə; 27 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 114,40 manat ödənilməmiş əsas məbləğ və 11,60 manat cərimə; 03 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 96,06 manat ödənilməmiş əsas məbləğ və 9,94 manat cərimə: 05 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 73,80 manat ödənilməmiş əsas məbləğ və 7,20 manat cərimə: 07 may 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 68,53 manat ödənilməmiş əsas məbləğ və 6,47 manat cərimə: 09 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 50,44 manat ödənilməmiş əsas məbləğ və 5,56 manat cərimə; 23 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 34,62 manat ödənilməmiş əsas məbləğ və 3,38 manat cərimə; 16 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 30,57 manat ödənilməmiş əsas məbləğ və 3,43 manat cərimə; 02 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 25,08 manat ödənilməmiş əsas məbləğ və 2,92 manat cərimə olmaqla – cəmi 867 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımı qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, 12 oktyabr 2021-ci il tarixli müqavilə üzrə cərimə borcu 8 manat, 04 iyul 2022-ci il tarixli müqavilə üzrə 8 manat, 27 noyabr 2021-ci il tarixli müqavilə üzrə 6 manat, 03 mart 2022-ci il tarixli müqavilə üzrə 5 manat, 05 iyun 2022-ci il tarixli müqavilə üzrə 4 manat, 07 may 2022-ci il tarixli müqavilə üzrə 4 manat, 09 iyul 2022-ci il tarixli müqavilə üzrə 3 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 12 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 149,33 manat ödənilməmiş əsas məbləğ və 8 manat cərimə; 04 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 144,70 manat ödənilməmiş əsas məbləğ və 8 manat cərimə; 27 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 114,40 manat ödənilməmiş əsas məbləğ və 6 manat cərimə; 03 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 96,06 manat ödənilməmiş əsas məbləğ və 5 manat cərimə: 05 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 73,80 manat ödənilməmiş əsas məbləğ və 4 manat cərimə: 07 may 2022ci il tarixli alqı-satqı müqaviləsi üzrə 68,53 manat ödənilməmiş əsas məbləğ və 4 manat cərimə: 09 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 50,44 manat ödənilməmiş əsas məbləğ və 3 manat cərimə; 23 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 34,62 manat ödənilməmiş əsas məbləğ və 3,38 manat cərimə; 16 oktyabr 2021-ci il tarixli alqısatqı müqaviləsi üzrə 30,57 manat ödənilməmiş əsas məbləğ və 3,43 manat cərimə; 02 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 25,08 manat ödənilməmiş əsas məbləğ və 2,92 manat cərimə olmaqla, cəmi 835,26 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-0, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 149,33 (yüz qırx doqquz manat otuz üç qəpik) manat ödənilməmiş əsas məbləğ və 8 (səkkiz) manat cərimə; 04 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 144,70 (yüz qırx dörd manat yetmiş qəpik) manat ödənilməmiş əsas məbləğ və 8 (səkkiz) manat cərimə; 27 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 114,40 (yüz on dörd manat qırx qəpik) manat ödənilməmiş əsas məbləğ və 6 (altı) manat cərimə; 03 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 96,06 (doxsan altı manat altı qəpik) manat ödənilməmiş əsas məbləğ və 5 (beş) manat cərimə: 05 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 73,80 (yetmiş üç manat səksən qəpik) manat ödənilməmiş əsas məbləğ və 4 (dörd) manat cərimə: 07 may 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 68,53 (altmış səkkiz manat əlli üç qəpik) manat ödənilməmiş əsas məbləğ və 4 (dörd) manat cərimə: 09 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 50,44 (əlli manat qırx dörd qəpik) manat ödənilməmiş əsas məbləğ və 3 manat cərimə; 23 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 34,62 manat ödənilməmiş əsas məbləğ və 3,38 (üç manat otuz səkkiz qəpik) manat cərimə; 16 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 30,57 (otuz manat əlli yeddi qəpik) manat ödənilməmiş əsas məbləğ və 3,43 (üç manat qırx üç qəpik) manat cərimə; 02 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 25,08 (iyirmi beş manat səkkiz qəpik) manat ödənilməmiş əsas məbləğ və 2,92 (iki manat doxsan iki qəpik) manat cərimə olmaqla, cəmi 835,26 (səkkiz yüz otuz beş manat iyirmi altı qəpik) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar