Məhkəmə qərarları › İş №e-2(053)-395/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-395/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-395/2024 01.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 aprel 2022-ci il tarixli müqaviləyə əsasən “HOFFMANN” markalı paltaryuyan və “HOFFMANN” markalı soyuducu üçün 159,26 manat ödənilməmiş hissə, 15,74 manat cərimə; 24 mart 2022-ci tarixli müqaviləyə əsasən İMEİ kodu **********28428 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefon və “Mİ REDMİ AİRDOTS 2” markalı qulaqlıq üçün 133,06 manat ödənilməmiş hissə, 13,94 manat cərimə; 20 yanvar 2023-cü tarixli müqaviləyə əsasən İMEİ kodu **********66069 olan “İTEL İT5626” markalı telefon üçün 24,96 manat ödənilməmiş hissə, 2,04 manat cərimə olmaqla ümumilikdə 349 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 02 aprel 2022-ci il, 24 mart 2022-ci il və 20 yanvar 2023-cü il tarixli müqavilələrə əsasən “HOFFMANN” markalı paltaryuyan, “HOFFMANN” markalı soyuducu, İMEİ kodu **********28428 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefon, “Mİ REDMİ AİRDOTS 2” markalı qulaqlıq və İMEİ kodu **********66069 olan “İTEL İT5626” markalı telefon almış və nəticədə 349 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 02 aprel 2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.161,36 manat (18 ay x 64,52 manat + 0 manat ilkin ödəniş) olan “HOFFMANN” markalı paltaryuyan və “HOFFMANN” markalı soyuducu üçün ümumilikdə 175 manat olmaqla, ondan 159,26 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 15,74 manat cərimə, 24 mart 2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 704,16 manat (18 ay x 39,12 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********28428 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefon və “Mİ REDMİ AİRDOTS 2” markalı qulaqlıq üçün ümumilikdə 147 manat olmaqla, ondan 133,06 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 13,94 manat cərimə, habelə 20 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 78 manat (12 ay x 6,5 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********66069 olan “İTEL İT5626” markalı telefon üçün ümumilikdə 27 manat olmaqla, ondan 24,96 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 2,04 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.626,24 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 aprel 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 1.161,36 manat olan “HOFFMANN” markalı paltaryuyan və “HOFFMANN” markalı soyuducu hər ay 64,52 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 24 mart 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 704,16 manat, İMEİ kodu **********28428 olan “XİAOMİ REDMİ NOTE 11” markalı telefon və “Mİ REDMİ AİRDOTS 2” markalı qulaqlıq hər ay 39,12 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 20 yanvar 2023-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 78 manat, İMEİ kodu **********66069 olan “İTEL İT5626” markalı telefon hər ay 6,5 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh 02 aprel 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 159,26 manat ödənilməmiş əsas məbləğ və 15,74 manat cərimə olmaqla – cəmi 175 manat, 24 mart 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 133,06 manat ödənilməmiş əsas məbləğ və 13,94 manat cərimə olmaqla – cəmi 147 manat, 20 yanvar 2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 24,96 manat ödənilməmiş əsas məbləğ və 2,04 manat cərimə olmaqla – cəmi 27 manat, ümumilikdə isə 349 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilələr üzrə cərimə borcu ümumilikdə 10 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 02 aprel 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 159,26 manat ödənilməmiş əsas məbləğ və 5 manat cərimə, 24 mart 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 133,06 manat ödənilməmiş əsas məbləğ və 4 manat cərimə, 20 yanvar 2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 24,96 manat ödənilməmiş əsas məbləğ və 1 manat cərimə olmaqla – ümumilikdə 327,28 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 02 aprel 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 159 (yüz əlli doqquz) manat 26 (iyirmi altı) qəpik ödənilməmiş əsas məbləğ və 5 (beş) manat cərimə, 24 mart 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 133 (yüz otuz üç) manat 06 (altı) qəpik ödənilməmiş əsas məbləğ və 4 (dörd) manat cərimə, 20 yanvar 2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 24 (iyirmi dörd) manat 96 (doxsan altı) qəpik ödənilməmiş əsas məbləğ və 1 (bir) manat cərimə olmaqla ümumilikdə 327 (üç yüz iyirmi yeddi) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borc, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar