Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-58/2024 19.01.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə iddiaçı X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Kredit borcunun qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 9.931,45 manat, bundan 3.801,19 manat məbləğində əsas borcun, 1.737,96 manat məbləğində faiz borcunun, 3.828,91 manat məbləğində cərimənin, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 563,39 manat faiz borcu və məhkəməyə iddia ilə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 119,32 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, X1 İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası 19 yanvar 2024-cü il tarixə, saat 14:40-a təyin olunmuşdur. İddiaçı LPO İddiaçı ASC-nin Hüquq şöbəsinin aparıcı mütəxəssisi Hikmət Həsənli 18 yanvar 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək yaranmış zərurətlə əlaqədar olaraq mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlərin, o cümlədən (dövlət rüsumunun) geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər isə işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.3-cü maddələrinə əsasən «İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır». , «Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər». Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı LPO İddiaçı ASC tərəfindən Neftçala Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 119,32 (yüz on doqquz manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanında yerləşən LPO İddiaçı ASC -yə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-58/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-58/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver