Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-607/2024 13.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 243,97 manat əsas və 25 dekabr 2023-cü il tarixə hesablanmış 63,30 manat cərimə olmaqla, ümumilikdə 307,27 manat borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 08 fevral 2023cü ildə bağlanmış 140583 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 419 manata nisyə telefon satmışdır. Cavabdeh hər ay 34,92 manat ödəmək şərtilə 12 ay müddətinə, hər ayın 08-dək ödəniş etməyi öz üzərinə götürmüşdür. Lakin o, müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehə məxsus mobil və ev telefonu vasitəsilə ona borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsilə 15 dekabr 2023-cü ildə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilərək ondan 243,97 manat əsas, həmin gün üçün hesablanmış 52,78 manat cərimə olmaqla 296,75 manat ümumi borcun ödənilməsi tələb edilmişdir. Lakin cavabdeh borcunu ödəməkdən yayınmış və nəticədə 25 dekabr 2023-cü il tarixə onun 243,97 manat əsas, 63,30 manat cərimə borcu olmaqla, ümumilikdə 307,27 manat borcu yaranmışdır. Cavabdehlə bağlanmış alğı-satqı müqaviləsi, ödəniş cədvəli, təhvil-təslim aktı, 15 dekabr 2023-cü il tarixdə cavabdehə göndərilmiş pretenziya bildirişinin surəti, məktubun çatması ilə bağlı xəbərnamənin surəti, MAPS və maliyə arayışından ibarət sübutlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı ‒ İddiaçı MMC-nin direktoru X1 və alıcı ‒ Cavabdeh arasında bağlanmış 08 fevral 2023-cü il tarixli 140583 nömrəli nisyə alğı-satqı müqaviləsindən görünür ki, satıcı ‒ İddiaçı MMC-nin direktoru X1 alıcı ‒ Cavabdeh ümumi dəyəri 419 manat, İMEİ kodu **********78643 olan «Xioami Redmi 10C 4/128GB” markalı mobil telefon müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay 34,92 manat ödəmək şərtilə 12 ay müddətinə satmışdır. İş materiallarında olan 08 fevral 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, satıcı – İddiaçı MMC-nin mütəxəssisi X2 tərəfindən İMEİ kodu **********78643 olan «Xioami Redmi 10C 4/128GB” markalı bir ədəd mobil telefon alıcı ‒ Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 08 fevral 2023-cü il tarixli 140583 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə borclu Cavabdeh İddiaçı MMC-yə 25 dekabr 2023-cü il tarixinə 243,97 manat əsas borcu və 63,30 manat cərimə borcu olmaqla, cəmi 307,27 manat borcu vardır. İş materiallarında olan 15 dekabr 2023-cü il tarixli pretenziya bildirişindən (xəbərdarlıq) görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, «Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir». Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, «Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur». Eyni Məcəllənin 600.4-cü maddəsinə əsasən, «Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Azərbaycan Respublikası MM-nin 601.1-ci maddəsinə əsasən, «Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun». Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, «Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Eyni Məcəllənin 465.2-ci maddəsinə əsasən, «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 5 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 08 fevral 2023-cü il tarixli 140583 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 243,97 manat borc və 5 manat cərimə olmaqla, cəmi 248,97 manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 08 fevral 2023-cü il tarixli 140583 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 243 (iki yüz qırx üç) manat 97 (doxsan yeddi) qəpik əsas borc və 5 (beş) manat cərimə borcu, habelə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 278 (iki yüz yetmiş səkkiz) manat 97 (doxsan yeddi) qəpik pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-607/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-607/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver