Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-617/2024 12.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 iyun 2022-ci il tarixli müqaviləyə əsasən məhsul qaytarmasından sonra qalan borc üçün 143 manat ödənilməmiş hissə, 0 manat cərimə, 23 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən “LENOVO İDEAPAD 5” markalı kompüter, “WİNDOWS” üçün 176 manat ödənilməmiş hissə və 7 manat cərimə, “ACER ASPİRE 3” markalı kompüter, “MOUSE LOGİTECH” və “TRUST” markalı kompüter çantası üçün 71,98 manat ödənilməmiş hissə və 7,02 manat cərimə olmaqla, ümumilikdə 405 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 27 iyun 2022-ci il, 23 oktyabr 2021-ci il və 20 oktyabr 2021-ci il tarixli müqavilələrə əsasən məhsul qaytarılmasından sonra qalan borc, “LENOVO İDEAPAD 5” markalı kompüter, “WİNDOWS” ,“ACER ASPİRE 3” markalı kompüter, “MOUSE LOGİTECH” və “TRUST” markalı kompüter çantası almış və nəticədə 405 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27 iyun 2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 233,01 manat (3 ay x 77,67 manat + 0 manat ilkin ödəniş) olan məhsul qaytarılmasından sonra qalan borc üçün ümumilikdə 143 manat olmaqla ondan, 143 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə pulu hesablanmışdır. 23 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 1.914 manat (18 ay x 101,5 manat + 87 manat ilkin ödəniş) “LENOVO İDEAPAD 5” markalı kompüter, “WİNDOWS” üçün ümumilikdə 183 manat olmaqla ondan, 176 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 manat cərimə pulu hesablanmışdır. 20 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.727,88 manat (18 ay x 91,16 manat + 87 manat ilkin ödəniş) olan “ACER ASPİRE 3” markalı kompüter, “MOUSE LOGİTECH” və “TRUST” markalı kompüter çantası üçün ümumilikdə 79 manat olmaqla ondan 71,98 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7,02 manat cərimə pulu hesablanmışdır. Cavabdeh 23 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən 27 iyun 2022-ci il tarixində “LENOVO İDEAPAD 5” markalı kompüter və “X1 2 il” xidmətindən imtina etmiş və məhsul 1.594 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh həmçinin 20 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən 23 oktyabr 2021-ci il tarixində “ACER ASPİRE 3” markalı kompüter və “X1 2” xidmətindən imtina etmiş və məhsul 1655,90 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 23 oktyabr 2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 144 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1.594 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1.738 manat təşkil edir. Cavabdehin 20 oktyabr 2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1.655,90 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1.655,90 manat təşkil edir. Cavabdehlə bağlanılmış 27 iyun 2022-ci il, 23 oktyabr 2021-ci il və 20 oktyabr 2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehə telefon danışığı zamanı, həmçinin göndərilmiş 04 mart 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımıca icra etməli olduğu rəsmi qaydada bildirilsə də o, müqavilədə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə müştəri Cavabdeh arasında bağlanmış 27 iyun 2022-ci il tarixli ********* nömrəli razılaşmanın surətindən görünür ki, Cavabdeh məhsul qaytarılmasından sonra qalan borcu hər ay 77,67 manat ödəmək şərti ilə 03 ay müddətinə qaytarmaq barədə iddiaçı "xxxx" MMC qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan 23 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “müştəri” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 1.914 manat, “LENOVO İDEAPAD 5” markalı kompüter hər ay 101,50 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 20 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “müştəri” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 1.727,88 manat olan “ACER ASPİRE 3” markalı kompüter, “MOUSE LOGİTECH” və “TRUST” markalı kompüter çantası hər ay 91,16 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 30 aprel 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, “müştəri” Cavabdeh 27 iyun 2022-ci il tarixli məhsul qaytarılmasından sonra qalan borcu 143 manat ödənilməmiş əsas məbləğ və 0 manat cərimə olmaqla – cəmi 143 manat, 23 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 176 manat ödənilməmiş əsas məbləğ və 7 manat cərimə olmaqla – cəmi 183 manat və 20 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 71,98 manat ödənilməmiş əsas məbləğ və 7,02 manat cərimə olmaqla – cəmi 79 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilələr üzrə cərimə borcu ümumilikdə 5 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 27 iyun 2022-ci il tarixli ********* nömrəli razılaşması üzrə məhsul qaytarıldıqdan sonra qalan borcdan cəmi 143 manat, 23 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 176 manat ödənilməmiş əsas məbləğ və 2,50 manat cərimə olmaqla – cəmi 178,50 manat, 20 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 71,98 manat ödənilməmiş əsas məbləğ və 2,50 manat cərimə olmaqla – cəmi 74,48 manat manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27 iyun 2022-ci il tarixli ********* nömrəli razılaşması üzrə məhsul qaytarıldıqdan sonra qalan borcdan cəmi 143 (yüz qırx üç) manat ödənilməmiş əsas məbləğ, 23 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 176 (yüz yetmiş altı) manat ödənilməmiş əsas məbləğ və 2 (iki) manat 50 (əlli) qəpik cərimə olmaqla cəmi 178 (yüz yetmiş səkkiz) manat 50 (əlli) qəpik; 20 oktyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 71 (yetmiş bir) manat 98 (doxsan səkkiz) qəpik ödənilməmiş əsas məbləğ və 2 (iki) manat 50 (əlli) qəpik cərimə olmaqla cəmi 74 (yetmiş dörd) manat 48 (qırx səkkiz) qəpik, ümumilikdə 395 (üç yüz doxsan beş) manat 98 (doxsan səkkiz) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-617/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-617/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver