Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-677/2023 31.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 06 dekabr 2021-ci il tarixli, 336619-CNS-29704 nömrəli nağd pul krediti müqaviləsinə əsasən 12 iyun 2023-cü il tarixinə olan 1941,71 manat əsas məbləğ üzrə, 129,17 manat faiz üzrə, 119,40 manat cərimə üzrə, cəmi 2190,28 manat borc, 06 dekabr 2021-ci il tarixli, 336619-OVR-18172 nömrəli kredit xətti müqaviləsinə əsasən 12 iyun 2023-cü il tarixinə olan 195,92 manat əsas məbləğ üzrə, 21,24 manat faiz üzrə, 19,55 manat cərimə üzrə, cəmi 236,71 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 44,27 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2021-ci il tarixli, 336619-CNS-29704 nömrəli nağd pul müqaviləsinə əsasən cavabdehə illik 25 faiz olmaqla 36 ay müddətinə 2700 manat məbləğində kredit verilmişdir. Həmçinin 06 dekabr 2021-ci il tarixli, 336619- OVR-18172 nömrəli kredit xətti müqaviləsinə əsasən cavabdehə illik 25 faiz olmaqla 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə Cavabdeh 12 iyun 2023-cü il tarixə İddiaçı ASC-yə 06 dekabr 2021-ci il tarixli, 336619-CNS-29704 nömrəli nağd pul krediti müqaviləsinə əsasən 1941,71 manat əsas məbləğ üzrə, 129,17 manat faiz üzrə, 119,40 manat cərimə üzrə, cəmi 2190,28 manat borc və 06 dekabr 2021-ci il tarixli, 336619-OVR- 18172 nömrəli kredit xətti müqaviləsinə əsasən 195,92 manat əsas məbləğ üzrə, 21,24 manat faiz üzrə, 19,55 manat cərimə üzrə, cəmi 236,71 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbardarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmiş və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 dekabr 2021-ci il tarixli, 336619-CNS-29704 nömrəli pul krediti müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borcverən” və Cavabdeh – “Borcalan” olmaqla, Cavabdeh 36 ay müddətinə illik 25% ödəmək şərtilə 2700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli, 336619-OVR-18172 nömrəli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borcverən” və Cavabdeh – “Borcalan” olmaqla, Cavabdeh 36 ay müddətinə illik 25% ödəmək şərtilə 300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 12 iyun 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 06 dekabr 2021-ci il tarixli, 336619-CNS-29704 nömrəli nağd pul krediti müqaviləsinə əsasən 1941,71 manat əsas məbləğ üzrə, 129,17 manat faiz üzrə, 119,40 manat cərimə üzrə, cəmi 2190,28 manat məbləğində borcu və 06 dekabr 2021-ci il tarixli, 336619-OVR-18172 nömrəli kredit müqaviləsinə əsasən 195,92 manat əsas məbləğ üzrə, 21,24 manat faiz üzrə, 19,55 manat cərimə üzrə, cəmi 236,71 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, “öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 06 dekabr 2021-ci il tarixli, 336619-CNS-29704 nömrəli pul krediti müqaviləsi üzrə 35 manat, 06 dekabr 2021-ci il tarixli, 336619-OVR-18172 nömrəli kredit xətti müqaviləsi üzrə 5 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 06 dekabr 2021-ci il tarixli, 336619-CNS-29704 nömrəli kredit müqaviləsinə əsasən 1941,71 manat əsas məbləğ üzrə, 129,17 manat faiz üzrə, 35 manat cərimə üzrə, cəmi 2105,88 manat borc və 06 dekabr 2021-ci il tarixli, 336619-OVR-18172 nömrəli kredit müqaviləsinə əsasən 195,92 manat əsas məbləğ üzrə, 21,24 manat faiz üzrə, 5 manat cərimə üzrə, cəmi 222,16 manat borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, “məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu dövlət rüsumu iddianını təmin olunmuş məbləğinə əsasən 43,28 manat təşkil etdiyindən həmin məbləğ cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06 dekabr 2021-ci il tarixli, 336619-CNS-29704 nömrəli kredit müqaviləsinə əsasən 1941,71 (min doqquz yüz qırx bir manat yetmiş bir qəpik) manat əsas məbləğ üzrə, 129,17 (yüz iyirmi doqquz manat on yeddi qəpik) manat faiz üzrə, 35 (otuz beş) manat cərimə üzrə, cəmi 2105,88 (iki min yüz beş manat səksən səkkiz qəpik) manat borc və 06 dekabr 2021-ci il tarixli, 336619-OVR-18172 nömrəli kredit müqaviləsinə əsasən 195,92 (yüz doxsan beş manat doxsan iki qəpik) manat əsas məbləğ üzrə, 21,24 (iyirmi bir manat iyirmi dörd qəpik) manat faiz üzrə, 5 (beş) manat cərimə üzrə, cəmi 222,16 (iki yüz iyirmi iki manat on altı qəpik) manat borc dövlət rüsumu olaraq ödənilmiş 43,28 (qırx üç manat iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-677/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-677/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver