Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-69/2025 22.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0050208-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 8706,71 (səkkiz min yeddi yüz altı manat 71 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcun, 3569,75 (üç min beş yüz altmış doqquz manat 75 qəpik) manat faiz borcunun, 33,44 (otuz üç manat 44 qəpik) manat cərimə borcunun və 1593,33 (bir min beş yüz doxsan üç manat 33 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 13.903,23 (on üç min doqquz yüz üç manat 23 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2025-ci ildə ərizə göndərərək mülki işin xx.xx.2025-ci il, saat 17:00-a təyin olunduğunu, iddia tələbini müdafiə etdiyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin 08 aprel 2025-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun məzmunlu izahat verərək göstərmişdır ki, Cavabdeh ilə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0050208-F saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh “Torpaq alışı” məqsədilə (borcluya) 24 ay müddətinə, aylıq 3 %, illik 36% olmaqla 9.160 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq tərəflər arasında L-BK-0050208-F-1 saylı Girov müqaviləsi bağlanmışdır və girov müqaviləsinə əsasən qızıl - zinət əşyaları girov qoyulmuşdur. 2020-ci ilin may ayında BOKT "xxxx" MMC-nin zərgəri X3 müxtəlif adamların adına qızıl olmayan bijuteriya əşyalarını qızıl kimi qiymətləndirib saxlanc girovuna qoyaraq kredit götürülməsini təmin etməsinə dair cinayət əməlləri ifşa olunmuşdur. BOKT "xxxx" MMC-nin yazılı məlumatı əsasında Nəsimi rayon prokurorluğunda cinayət işi açılmış, cinayət işinin ibtidai istintaqı Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə həvalə olunmuşdur. X3 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Nəsimi Rayon Polis İdarəsi tərəfindən ibtidai istintaq aparılmış və o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci tarixli, 1(101)-395/2022 nömrəli hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-349/2023 nömrəli qərarı ilə onun cəzası 7 il 6 aya endirilmişdir. X3 qızıl olmayan əşyaları qızıl kimi qiymətləndirərək, saxlanc girovuna qoyulmaqla götürülməsini təmin etdiyi kreditlərdən biri də Cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0050208-F saylı kredit müqaviləsi üzrə götürdüyü 9.160 manat məbləğində kreditdir. X2 həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadəsində qızıl olmayan əşyaların qızıl kimi qiymətləndirərək, Cavabdeh kredit götürməsini təmin etdiyini etiraf etmişdir (hökm, səhifə 8, 16). Cinayət işinin həm ibtidai, həm də məhkəmə istintaqı zamanı Cavabdeh şahid kimi işə cəlb olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, təxminən 6 ildir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsində ayaqqabı mağazasında satıcı işləyir. Təxminən 7 il bundan əvvəl “Diqlas” Ticarət Mərkəzində satıcı işləmiş, orada işlədiyi müddətdə Aygün adlı qadını tanımışdır. Aygün də həmin TM-də geyim əyşaları satmış və dükanı olmuşdur. Sonradan “Diqlas” TM-dən çıxaraq Binəqədi rayonu, Binəqədi qəsəbəsində iş tapıb, orada işləməyə başlamışdır. 2019-cu ilin dekabr ayında Aygün mobil telefon vasitəsi ilə ona özü üçün təcili pul lazım olduğunu, öz adına bankdan kredit götürə bilmədiyini, çünki kreditinin olduğunu, qızıl girov qoymaqla onun adına bankdan kredit götürmək istədiyini bildirmişdir. O, buna ilk əvvəl razı olmasa da, Aygünün narahat olmamasını, əgər krediti ödəməsə ona heç bir problem yaranmayacağını, qızıllarının satılacağını demişdir. O da etiraz etməmiş və 16 dekabr 2019-cu il tarixdə Aygünlə 28 May ərazisində görüşmüşlər. Orada Aygün ona paketdə qızıl əşyalarını vermiş və həmin qızıl əşyalarını banka təqdim edib kredit götürəcəyini, bankda da krediti özü üçün götürəcəyini deyəcəyini bildirmişdir. Sonra onlar Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bul prospekti, 58D ünvanında yerləşən "xxxx" MMC-nin yaxınlığına getmişlər. Orada o, qızılları götürüb banka daxil olmuş və qızılları təqdim edib kredit götürmək istədiyini demişdir. Bundan sonra onun təqdim etdiyi qızıllara zərgər baxmış və onları qiymətləndirib adına 9.650 manat kredit düşdüyünü demişdir. O da etiraz etməmişdir. Bundan sonra onun adına bankda 9.650 manat kredit rəsmiləşdirilmişdir. O, bankdan ona verilən kredit kartını və sənədləri götürüb çölə çıxmış və Aygünlə görüşdükdən sonra həmin kredit kartını sonuncuya vermişdir. Sonradan Aygünün krediti harada və hansı qaydada nağdlaşdırdığını, pulu hara xərclədiyini bilmir. 2020-ci ilin mart ayında isə Aygünün kreditin ödənişini etməməsini öyrənmişdir. Təxminən 3-4 gün əvvəl isə bank işçisi ilə danışarkən, sən demə, Aygünün ona verdiyi qızılların saxta olduğunu öyrənmişdir. Aygün tərəfindən ona təqdim edilmiş qızılların saxta olmasını bilməmişdir. Onu MMC-yə Aygün aparmışdır. Girov qismində qızıl qoyulduğu üçün adına kredit götürülməsinə razılıq vermişdir. Mirəhməd Əliyevi bir dəfə MMC-də görmüşdür. Aygündən qızılların kimə məxsus olduğunu soruşmamışdır. Adına kredit götürülməsinə razılıq verdiyi üçün Aygün götürülən kreditdən ona heç bir pul verməmişdir. Pulu Aygünə kart şəklində vermişdir (hökm, səhifə 48). Yuxarıda qeyd olunanlardan və təqdim olunmuş sübutlardan görünür ki, iş üzrə Cavabdeh BOKT "xxxx" MMC-dən 9.160 manat məbləğində kredit götürmüşdür və həmin kredit müqaviləsinə görə mülki məsuliyyət daşıyır. Odur ki, cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0050208-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 8706,71 (səkkiz min yeddi yüz altı manat 71 qəpik) manat məbləğində əsas məbləğ üzrə borcu, 3569,75 (üç min beş yüz altmış doqquz manat 75 qəpik) manat faiz borcu, 33,44 (otuz üç manat 44 qəpik) manat cərimə borcu və 1.593,33 (bir min beş yüz doxsan üç manat 33 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 13.903,23 (on üç min doqquz yüz üç manat 23 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 132 (bir yüz otuz iki) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin 22 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək təyin olunmuş məhkəmə baxışı iclasında işləri ilə əlaqədar iştirak edə bilməyəcəyini, iddia tələbini qəbul etmədiyini, ödəniləcək heç bir borcunun olmadığını, işə iştirakı olmadan baxılıb iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin 02 dekabr 2024-cü il tarixə təyin edilmiş hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək 10.000 manatlıq qızılı MMC-yə girov qoyduğunu, 10.000 manat pul götürdüyünü, bu pulu yaxın olan bir tanışı üçün uşağı xəstə olduğu üçün öz adından götürdüyünü, qızılların da həmin şəxsə aid olduğunu, girov qoyulan zaman zərgərin qızılları yoxladığını, ona qızılların saxta olması ilə bağlı heç bir söz demədiyini bildirmişdir. Qeyd etmişdir ki, qızıllar təmiz qızıllar olmuş, onları çox uçuz qiymətə götürmüşlər. Rəfiqəsinə pul lazım olduğu üçün qızılların qiyməti ilə bağlı heç bir söz deməmişdir. Qızılları girov qoyaraq pul götürmüş və həmin pulu rəfiqəsinə təqdim etmiş, o da evini satıb uşağını müalicəyə aparmışdır. Rəfiqəsi 2 ay ödəniş etmiş, sonra ödənişləri dayandırmışdır. Üçüncü ay MMC tərəfindən ona zəng edilmişdir. Bundan sonra MMC onu axtarmadığından özü telefon vasitəsilə zəng edərək işin nə yerdə olduğunu maraqlanan zaman ona bildirilmişdir ki, girov qoyduğu qızıllar saxtadır. O da iradını bildirmişdir ki, əgər qızıllar saxta idisə bunu niyə zərgər vaxtında məlumat verməmişdir. Artıq girovun qoyulduğu vaxtdan 6 ay vaxt keçib. Cavabında MMC-nin nümayəndəsi bildirmişdir ki, artıq MMC-nin əməkdaşı haqqında cinayət işi başlanmışdır. Siz narahat olmayın. Halbuki bankın əməkdaşı ona hansı formada danışmağı, suallara necə cavablar verməyi özü başa salmışdır. Bu danışıqlar onunla MMC əməkdaşı arasında olan yazışmalar da da öz əksini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının nümayəndəsinin isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib və iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 16 dekabr 2019-cu il tarixli, L-BK-0050208-F nömrəli kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC adından çıxış edən Bakı filialının müdiri X6 şəxsində borclu Cavabdeh arasında aşağıdakı şərtlərlə müqavilə bağlanmışdır. Borcluya “Digər qeyri biznes məqsədləri: Nağd ehtiyyaclar üçün – Torpaq alışı və gümüş alışı” məqsədilə 24 ay müddətinə 9.160,00 manat məbləğində kredit verilməsinə, Borclunun isə krediti qəbul etməsinə, bu Müqavilədə göstərilən məqsədə istifadə etməsinə, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanmış faizlərin Ödəniş Cədvəlinə (Əlavə №1) uyğun olaraq kreditora qaytarılmasına dair borc pul öhdəliyi götürmüşdür. İş materiallarında olan BOKT "xxxx" MMC-nın Bakı filialı tərəfindən tərtib edilmiş maliyyə arayışı və ödəniş cədvəlindən görünür ki, “borcalan” Cavabdeh 16 dekabr 2019cu il tarixli müqavilə üzrə cari tarixə borcu 8706,71 manat əsas məbləğ, 3569,75 manat faiz, 33,44 manat cərimə, 1593,33 manat əldən çıxmış fayda olmaqla – cəmi 13.903,23 manat məbləğində borcu vardır. İş materiallarında olan 06 noyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı BOKT "xxxx" MMC tərəfindən dövlət rüsumu olaraq 132 manat məbləğində pul dövlət nəfinə ödənilmiş, 0,40 qəpik xidmət haqqı tutulmuşdur. İşdə olan bildirişin surətindən görünür ki, iddiaçı BOKT "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. 11 fevral 2025-ci il tarixdə Cavabdeh tərəfindən məhkəməyə təqdim edimiş ərizənin məzmunundan görünür ki, o, təyin olunmuş məhkəmə hazırlıq iclasında işi ilə əlaqədar iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxılıb iddia tələbinin rədd olunmasını xahiş etmiş və ərizəyə hökmün və whatsapp sosial şəbəkəsində olan yazışmaların (mesajların) surətini əlavə etmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli Girov (saxlanc) müqaviləsindən görünür ki, MMC ilə “Girov qoyan” Cavabdeh arasında bağlanmı müqavilənin predmeti tərəflər arasında xx.xx.2019-cu ildə bağlanmış L-BK-0050208-F saylı kredit müqaviləsinə əsasən borclunun üzərinə götürdüyü öhdəliklərin icrasının təmin etməsi məqsədilə Girov qoyan Girov saxlayana cədvəldə göstərilmiş əmlakı girov qoyur. 1.Sep, 32,60 qr. 750-əyar, razılaşdırılmış qiyməti 1.670,00 AZN 2.Qolbaq,13,00 qr. 750-əyar, razılaşdırılmış qiyməti 670,00 AZN 3.Sep, 15,70 qr. 750-əyar, razılaşdırılmış qiyməti 800,00 AZN
4. Qolbaq,45,60 qr.-750 əyar, razılaşdırılmış qiyməti 2.330,00 AZN 5.Sep, 15,10 qr.750- əyar, razılaşdırılmış qiyməti 770,00 AZN 6.Qolbaq 2 ədəd, 33,00 qr.-750-əyar, razılaşdırılmış qiyməti 1,690,00 AZN 7.Qolbaq, 24,10 qr. 750-əyar, razılaşdırılmış qiyməti 1,230,00 AZN Cəmi razılaşdırılmış qiyməti - 9.160,00 AZN İşdə olan 16 dekabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, BOKT "xxxx" MMC ilə imzalanmış xx.xx.2019-cu il tarixli, L-BK-0050208 saylı kredit müqaviləsi üzrə kredit məbləğinin ödənişi üçün 1230 0000 0948 3207 nömrəli Kapital Bank tərəfindən buraxılmış yüklənə bilən əvvəlcədən ödənilmiş Kart Cavabdeh təhvil verilmişdir. İşdə olan 16 dekabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, BOKT "xxxx" MMC ilə imzalanmış xx.xx.2019-cu il tarixli, L-BK-0050208 saylı kredit müqaviləsi üzrə kredit məbləğinin ödənişi üçün 1230 0000 0948 3207 nömrəli Kapital Bank tərəfindən buraxılmış yüklənə bilən əvvəlcədən ödənilmiş Kartın pin zərfi Cavabdeh təhvil verilmişdir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-395/2022 nömrəli iş üzrə 15 noyabr 2022-ci il tarixli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, iş üzrə maddi sübutlar: - Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan "xxxx" MMC tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş 28,16 qram 585 ǝyarlı qızıl, 138,69 qram 925 ǝyarlı gümüş, 184,22 qram üzərində 750 ǝyarlı qızıl təbəqə çəkilmiş əlvan metal ərintisi, 86,41 qram qızıl-gümüş-mis-sink ərintisi hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə olunmaqla və zərərçəkmiş şəxs "xxxx" MMC-yə dəymiş maddi ziyanın ödənilməsinə yönəldilərək icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi; - Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 106,60 qram qiymətsiz əlvan metal və dəmir əsaslı ərinti qarışığı, 3780,42 qram qiymətsiz əlvan metal ərintisi, 11873,64 qramı dəmir əsaslı ərinti dəyəri olmadığı üçün Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi hökm edilmiş, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilmişdir. Hökmdə həmçinin qeyd olunur ki, (hökm 8-ci səhifə) “Cavabdeh qızıl olmayan bijuteriya əşyalarını yalandan qızıl məmulatları kimi təqdim edib sonuncuya həmin məmulatları girov qoyaraq MMC-dən kreditə pul götürə biləcəyinə inandırmış, Cavabdeh 16 dekabr 2019-cu il tarixdə MMC-yə gəlib həmin qızıl bildiyi qızıl olmayan bijuteriya əşyalarını təqdim edərək kreditə pul götürmək istəmiş, o isə öz növbəsində qeyd olunan bijuteriya əşyalarını dəyərli qızıl kimi qiymətləndirib Cavabdeh həmin qızıl olmayan əşyaların girov qoyaraq bunun müqavilində MMC-dən 9.160 manat kreditə pul götürməsinə nail olduqdan sonra sonuncudan 2.250 manat pulu” götürərək ümumilikdə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin 229.400 manat məbləğində pulunu ələ keçirərək MMC-yə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa (hökm 16-cı səhifə) Cavabdeh adına 16 dekabr 2019-cu il tarixdə 9.160 manat kredit götürülməsi ilə bağlı qızıl olmayan bijuteriya əşyalarını özünün təqdim etməyinə və kreditin götürülməsində köməklik göstərdiyinə görə Aygün adlı qadın vasitəsilə 2.250 manat pul almışdır. Hökmdən həmçinin görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, “təxminən 6 ildir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsində ayaqqabı mağazasüında satıcı işləyir. Təxminən 7 il bundan əvvəl “Diqlas” Ticarət Mərkəzində satıcı işləmiş, orada işlədiyi müddətdə Aygün adlı qadını tanımışdır. Aygün də həmin TM-də geyim əyşaları satmış və dükanı olmuşdur. Sonradan “Diqlas” TMdən çıxaraq Binəqədi rayonu, Binəqədi qəsəbəsində iş tapıb, orada işləməyə başlamışdır. 2019-cu ilin dekabr ayında Aygün mobil telefon vasitəsi ilə ona özünə təcili pul lazım olduğunu, öz adına bankdan kredit götürə bilmədiyini, çünki kreditinin olduğunu, qızıl girov qoymaqla onun adına bankdan kredit götürmək istədiyini bildirmişdir. O, buna ilk əvvəl razı olmasa da, Aygün narahat olmamasını, əgər krediti ödəməsə ona heç bir problem yaranmayacağını, qızıllarının satılacağını demişdir. O da etiraz etməmiş və 16 dekabr 2019-cu il tarixdə Aygünlə 28 May ərazisində görüşmüşlər. Orada Aygün ona paketdə qızıl əşyalarını vermiş və həmin qızıl əşyalarını banka təqdim edib kredit götürəcəyini, bankda da krediti özü üçün götürəcəyini deyəcəyini bildirmişdir. Sonra onlar Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 58D ünvanında yerləşən "xxxx" MMC-nin yaxınlığına getmişlər. Orada o, qızılları götürüb banka daxil olmuş və qızılları təqdim edib kredit götürmək istədiyini demişdir. Bundan sonra onun təqdim etdiyi qızıllara zərgər baxmış və onları qiymətləndirib adına 9.650 manat kredit düşdüyünü demişdir. O da etiraz etməmişdir. Bundan sonra onun adına bankda 9.650 manat kredit rəsmiləşdirilmişdir. O, bankdan ona verilən kredit kartını və sənədləri götürüb çölə çıxmış və Aygünlə görüşdükdən sonra həmin kredit kartını sonuncuya vermişdir. Sonradan Aygünün krediti harada və hansı qaydada nağdlaşdırdığını, pulu hara xərclədiyini bilmir. 2020-ci ilin mart ayında isə Aygünün kreditin ödənişini etməməsini öyrənmişdir. Təxminən 3-4 gün əvvəl isə bank işçisi ilə danışarkən, sən demə, Aygünün ona verdiyi qızılların saxta olduğunu öyrənmişdir. Aygün tərəfindən ona təqdim edilmiş qızılların saxta olmasını bilməmişdir. Onu MMC-yə Aygün aparmışdır. Girov qismində qızıl qoyulduğu üçün adına adına kredit götürülməsinə razılıq vermişdir. Mirəhməd Əliyevi 1 dəfə MMC-də görmüşdür. Aygündən qızılların kimə məxsus olduğunu soruşmamışdır. Adına kredit götürülməsinə razılıq verdiyi üçün Aygün götürülən kreditdən ona heç bir pul verməmişdir. Pulu Aygünə kart şəklində vermişdir”. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-349/2023 nömrəli iş üzrə 16 fevral 2023-cü il tarixli qərarından görünür ki, məhkum olunmuş şəxs X3 müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 1(101)-395/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmişdir. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 09 (doqquz) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasının müddəti 07 (yeddi ) il 6 (altı) aya endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)- 1266/2024 nömrəli iş üzrə 13 iyun 2024-cü il tarixli qərarı ilə X2 tərəfindən ayrılıqda, məhkum və müdafiəçisi X7 tərəfindən birgə verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı BOKT "xxxx" MMC Cavabdeh müvafiq kredit məbləğini, ona hesablanmış faiz məbləğini, cəriməni və əldən çıxmış faydanı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 10,44 manat məbləğinə qədər azaldılmalıdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə «…kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər». Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yuxarıda istinad olunan qərarında belə nəticəyə gəlmişdir ki, «Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır… Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır”. Beləliklə, kredit müqaviləsində nəzərdə tutulan faizlərin ödənilməsi, yalnız həmin müqavilədə bilavasitə nəzərdə tutulmuş müddət üzrə tələb oluna bilər. İşin faktiki hallarından isə görünür ki, iddiaçı müqavilə müddəti bitdiyi vaxtdan sonrakı dövr üçün də faizlərin ödənilməsini müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə tələb edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə aid məbləği Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 16 dekabr 2019-cu il tarixli müqavilə üzrə 8706,71 manat ödənilməmiş əsas məbləğ, 3569,75 manat faiz borcu, 10,44 manat cərimə borcu olmaqla, cəmi 12.286,90 manat məbləğində borc BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən “məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Ona görə də iddiaçının ödəmiş olduğu 126,86 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 16 dekabr 2019-cu il tarixli müqavilə üzrə 8706,71 (səkkiz min yeddi yüz altı manat 71 qəpik) manat məbləğində əsas borc, 3569,75 (üç min beş yüz altmış doqquz manat 75 qəpik) manat məbləğində faiz borcu, 10,44 (on manat 44 qəpik) manat cərimə borcu və 126,86 (yüz iyirmi altı manat 86 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 12.413 (on iki min dörd yüz on üç) manat 76 (yetmiş altı) qəpik məbləğində pul vəsaiti iddiaçı BOKT İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Samir Quliyev