Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-70/2024 16.04.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi, Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında, audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən hüquqdan sui-istifadə edərək ələ keçirdiyi 47.000 manat məbləğində pulun və ödənilmiş 231 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizədə tələbini onunla əsaslandırmışdır ki, Neftçala rayon prokurorluğunun müstəntiqi X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-ci tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Neftçala rayon polis şöbəsinin əməkdaşı işləmiş Cavabdeh dələduzluq yolu ilə aldığı 65.000 (altmış beş min) manat pulun qaytarılması barədə ərizəsinə baxılaraq Azərbaycan Respublikası CPM 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bu qərardan narazı olduğundan Neftçala Rayon Məhkəməsinə və Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Bütün qərarlarda əsaslandırılmışdır ki, iş üzrə mülki məsuliyyət yaranmış, pul tələbi mülki mübahisədir və mülki qaydada məhkəməyə müraciət edilməlidir. Neftçala rayon polis şöbəsinin əməkdaşı işləmiş Cavabdeh 65.000 manat pulunu ələ keçirmişdir. Göründüyü kimi evlənmək niyyəti ilə bu qədər pulu mənimsəyən Cavabdeh əməli mülki xarakterli hesab edilmiş və müəyyən edilmişdir ki, bu şəxsin niyyəti pulu mənimsəmək olmuşdur. Çünki cavabdeh onun pulu ilə göründüyü kimi varlanmışdır. 70.000 manata evini satdırıb bu hərəkəti edən mülki məsuliyyət daşımalıdır. Etibarlı münasibət də onu evlənəcəyi ilə aldatmağı olmuşdur. Eyni zamanda boşanmış olduğundan istifadə etməsi də onun üçün daha əlverişli olmuşdur. Kərim pulunu ona xərclǝyǝrkən ona verdiyi öhdəlik onunla evlənmək niyyətinin olması olmuşdur ki, bu qədər pulu heç kim ailə quracağı şəxsdən, yǝni evlənəcəyi adamdan əsirgəməzdi. Kərimin niyyətinin pulun mənimsənilməsi oluğunu anlamış olsaydı ona bu qədər pulu heç vaxt verməzdi. Yəni Kərimin niyyəti pulunu mənimsədikdən sonra evlənmək öhdəliyindən boyun qaçırmaq olmuşdur. Burdan da belə çıxır ki, o, Cavabdeh könüllü olaraq evlənəcəyi vədinə inanmaqla bu qədər pulu vermiş və zərər çəkmişdir. Konkret faktlarla əsaslandırır ki, bu insanın niyyəti onu evlənəcəkləri ilə aldatmaqla pulunu mənimsəmək olmuşdur. Sirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(106)-32/2023 saylı ,xx.xx.2023-cü il tarixli Qərarı, Neftçala Rayon Məhkəməsinin 6(053)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarını və Neftçala rayon prokurorluğunun müstəntiqi X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilǝ Neftçala rayon polis şöbəsinin əməkdaşı işləmiş Cavabdeh tərəfindən ondan qaytardığı 18.000 manat çıxılmaqla 47.000 (qırx yeddi min) manat hüquqdan istifadə etməklə ələ keçirdiyi öz təsdiqini tapmışdır. Bu qərarlar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu da onu deməyə əsas verir ki, tələb edilən pulu ələ keçirərək əsassız şəkildə onun pulu ilə varlanmışdır. Buna görə də 47.000 manat pul və 231 manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməlidir. İddiaçı işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, həmçinin Neftçala rayon prokurorluğuna verdiyi yazılı izahatında göstərmişdir ki, 2010-cu ildə X7 ilə ailə həyatı qurmuş, birgə nikahdan 2011-ci il təvəllüdlü Rafiq Qəmbərli və 2016-cı il təvəllüdlü Arifə Qəmbərli adlı uşaqları dünyaya gəlmişdir. 18 dekabr 2020-ci ildə Ceyhun Qəmbərovdan rəsmi olaraq boşanmışdır. Boşandıqdan sonra anası Adınǝyeva Gülnaz Məmməd qızına məxsus ünvan 1 ünvanında yerləşən evdə övladları ilə birlikdə yaşamağa başlamış, valideynləri isə Neftçala rayonu, Qədimkənd kəndində yaşamışlar. O da hərdən valideynlərinin yanına qonaq gəlmişdir. 21 noyabr 2022-ci il tarixdə həmin evi satdıqdan sonra isə daimi olaraq Neftçala rayonu, Qədimkənd kəndində valideynləri ilə birlikdə yaşamağa başlamışdır. Cavabdeh ilə aralarında qohumluq münasibətləri var. Belə ki, Kərim anası Gülnazın xalasının nəvəsidir, həmçinin hazırda Qədimkənd kəndində onlarla qonşuluqda yaşayır. Kərimlə qohum olduqları üçün aralarında əvvəllər də telefon əlaqəsi olmuşdur. Lakin boşandıqdan sonra, yəni 2020-ci ilin sonlarında Kərim ona telefonla zəng edərək ondan xoşu gəldiyini, evlənəcəyini, ona və uşaqlarına sahib çıxacağını, yaş fərqinin problem olmadığını, boşandığı üçün onun adını ləkələnməkdən qoruyacağını bildirmişdir. O da boşandığı üçün, eləcə də Kərimə inandığı üçün onunla razılaşmışdır. Beləliklə, 2021-ci ilin əvvəllərində Kərimlə aralarında sevgi münasibətləri yaranmağa başlamışdır. İlk vaxtlar cavabdehlə ancaq telefonda danışır və «WhatsApp» vasitəsilə birbirilərinə mesajlar yazmışlar. 2022-ci ilin təxminən avqust ayında Kərim ona onunla evlənəcəyini bildirmiş, o da inanmış və Neftçala rayonu, Qədimkənd kəndində yerləşən, hazırda yaşadığı evdə ilk dəfə Kərimlə cinsi əlaqədə olmuşdur. Bundan təxminən 2 ay sonra Kərim ona darıxdığını, tezliklə evlənəcəklərini bildirərək, görüşmək istədiyini bildirmiş və yaşadığı ünvan 1 ünvanında yerləşən evə gəlmək istədiyini demişdir. O da Kərimin onunla evlənəcəyinə inandığı üçün onunla razılaşmışdır. Kərim həmin evə gələrək onunla orada cinsi əlaqədə olmuş, həmçinin onu qısqandığını, bu səbəbdən Bakı şəhərində yaşamasına razı olmadığını, yaşadığı evi sataraq Neftçala rayonu, Qədimkənd kəndində valideynlərinin yanında yaşamaq istədiyini bildirmişdir. O da Kərimin onunla ciddi münasibətdə olduğuna, onunla evlənəcəyinə inandığı üçün razılaşmışdır. 21 noyabr 2022ci ildə ünvan 1 ünvanında yerləşən, anası Gülnaza məxsus fərdi yaşayış evini 70.000 manata satmışdır. Cavabdeh istəyi ilə evi satdıqdan sonra övladları ilə birlikdə Neftçala rayonu, Qədimkənd kəndində yaşamağa başlamışlar. Bundan sonra da Kərimlə münasibətləri davam etmiş, yaşadığı evdə, eləcə də Neftçala rayonu, ərazisində cavabdehin kirayə tutduğu ünvanını tam xatırlamadığı evdə görüşmüşlər. Kərim görüşdükləri evi özü kirayəyə götürsə də aylıq 100 manat kirayə pulunu o, vermişdir. Qeyd edir ki, Kərimin onunla münasibət qurmaqda əsl məqsədi onun pullarını ələ keçirərək mənimsəmək olmuşdur. Belə ki, Kərim onunla münasibətdə olan zaman tezliklə evlənəcəklərini, maddi imkanının zəif olduğu üçün ona kömək lazım olduğunu demiş, onunla evlənə bilməsi üçün köməklik etməsini istəmişdir. O da inandığı üçün onunla evlənəcəyinə əmin olduğu üçün ondan tələb etdiyi kömək deyə adlandırdığı pul vəsaitlərini ayrı-ayrı vaxtlarda Kərimə vermişdir. Lakin Kərim onun bütün pullarını ələ keçirdikdən sonra ona verdiyi vədə əməl etməyərək onunla evlənməkdən imtina etmişdir. Bildirir ki, Kərim sürücülük vəsiqəsi almaq adı ilə 2021-ci ilin təxminən sentyabr ayında hazırda gününü xatırlamadığı tarixdə 1.800 manat pul vəsaitini ondan tələb etmiş, o, da həmin tarixdə saat 11 radələrində rayonun Qədimkənd kəndində Kərimin yaşadığı evin qarşısında, küçədə 1.800 manat pulu təklikdə Kərimə vermişdir. Bundan başqa ağ rəngli, dövlət qeydiyyat nişanı **-CG-*** olan «Vaz 2107» markalı avtomobili almaq adı ilə 19 dekabr 2022-ci ilədək hər ay 280 manat olmaqla ümumilikdə 4.200 manat pul vəsaitini Kərim ondan rayonun Qədimkənd kəndində öz yaşadığı evin qarşısında küçədə təklikdə almışdır. Bundan da əlavə Kərimə yaşadığı evin həyətyanı sahəsində əlavə olaraq özünə ev tikdirmək adı ilə istədiyi 180 manat pulu 16 noyabr 2022-ci ildə, axşam saatlarında rayonun Qədimkənd kəndində yaşadığı evdə təklikdə, 07 dekabr 2022-ci ildə, axşam saat 21 radələrində 1.200 manat pulu yaşadığı Qədimkənd kəndində evdə təklikdə, 22 dekabr 2022-ci ildə, saat 11 radələrində 2.300 manat pulu yaşadığı Qədimkənd kəndində evdə təklikdə olmaqla ümumilikdə 3.680 manat pulu şəxsən Kərimə təklikdə vermişdir. Daha sonra Kərim özünə «Hyundai Elantra» markalı avtomobil almaq adı ilə 25.000 manat pulu ondan tələb etmiş, o, da 16 dekabr 2022-ci il tarixdə, saat 21 radələrində 10.000 manat pulu Kərimin yaşadığı Qədimkənd kəndindəki evin həyətyanı sahəsində ona vermişdir. 22 dekabr 2022-ci ildə, saat 21 radələrində 15.000 manat pulu isə yaşadığı Qədimkənd kəndindəki evdə təklikdə Kərimə vermişdir. Həmçinin Kərim ona həmin maşını almaq üçün onun yerinə Neftçala rayonu, Qədimkənd kəndində yaşayan Elzibar adlı dostunun 15.000 manat pul verdiyini, ondan aldığı 15.000 manat pulu isə Elzibar adlı şəxsə verəcəyini bildirmiş, lakin sonradan Elzibarla arlarında heç vaxt belə bir pul münasibəti olmadığını öyrənmişdir. Habelə o, cavabdeh tərəfindən ondan «Hyundai Elantra» markalı avtomobil almaq üçün aldığı 25000 manata əslində avtomobil alınmadığını, həmin pula cavabdehin istəyinin vəzifəyə təyin olunmaq olduğunun sonradan ona məlum olduğunu qeyd etmişdir. Bundan başqa Kərimə avtomobilini təmir etdirmək adı ilə ondan istədiyi 200 manat pulu 19 yanvar 2023-cü ildə, saat 19 radələrində yaşadığı Qədimkənd kəndində evdə, 04 fevral 2023-cü ildə, saat 8 radələrində 200 manat pulu yaşadığı Qədimkənd kəndində evdə təklikdə, 27 fevral 2023-cü ildə, saat 13 radələrində 1.200 manat pulu yaşadığı Qədimkənd kəndində evdə təklikdə, 22 mart 2023-cü ildə, saat 8 radələrində 550 manat pulu yaşadığı Qədimkənd kəndində evdə təklikdə şəxsən ümumilikdə 2.150 manat pulu vermişdir. Kərim özünə geyim əşyaları almaq adı ilə də 25 fevral 2023-cü ildə, saat 8 radələrində 400 manat pulu yaşadığı Qədimkənd kəndində evin qarşısında, eyni məqsədlə 19 mart 2023-cü il tarixdə, saat 17 radələrində yaşadığı evin həyətyanı sahəsində 150 manat olmaqla ümumilikdə 550 manat pul vəsaitini ondan tələb edərək almışdır. Həmçinin bundan başqa Kərimə avtomobili üçün 4 ədəd təkər almaq adı ilə istədiyi 500 manat pulu 25 fevral 2023-cü ildə, saat 9 radələrində yaşadığı Qədimkənd kəndində evdə şəxsən vermişdir. Bundan başqa yaşadığı evin həyətyanı sahəsində ev quşları üçün dam tikdirmək adı ilə 28 avqust 2022-ci ildə, saat 18 radələrində yaşadığı Qədimkənd kəndində evin həyətyanı sahəsində 300 manat pulu da Kərimə şəxsən vermişdir. Habelə Kərim borclarını qaytarmaq adı ilə istədiyi 11 sentyabr 2022-ci ildə, saat 21 radələrində Qədimkənd kəndində 50 manat, 2023-cü ilin noyabr ayında dəqiq xatırlamadığı gündə, saat 22 radələrində faizə pul borcunu bağlamaq adı ilə ondan istədiyi 2.000 manat pulu yaşadığı Qədimkənd kəndində evdə təklikdə şəxsən ona vermişdir. Lakin sonradan Kərimin həmin pulları borcları üçün yox yaşadığı evdə mətbəx mebeli almaq üçün sərf etdiyini öyrənmişdir. Həmçinin Kərim iş yerində şəraitini yaxşılaşdırmaq, eləcə də başqa işə keçmək bəhanəsi ilə rəhbərliyinə verməsi adı altında istədiyi 25 yanvar 2023-cü ildə 2.000 manat pulu Qədimkənd kəndində yaşadığı evdə təklikdə, 25 mart 2023-cü ildə, saat 11 radələrində 100 manat, 17 sentyabr 2022-ci ildə, saat 20 radələrində 2.500 manat pulu yaşadığı Qədimkənd kəndində evin qarşısında təklikdə, eynilə də 2023-cü ilin təxminən yanvar ayında dəqiq xatırlamadığı gündə, saat 12 radələrində, 19 noyabr 2022-ci ildə 1.000 manat pulu yaşadığı Qədimkənd kəndində evdə təklikdə, bundan başqa 2023-cü ilin təxminən yanvar ayında xatırlamadığı gündə, saat 12 radələrində 6.000 manat pulu yaşadığı Qədimkənd kəndində evdə təklikdə, 2023-cü ilin yanvar ayının təxminən sonlarında hazırda gününü xatırlamadığı tarixdə 5.000 manat olmaqla yaşadığı Qədimkənd kəndində evin qarşısında ümumilikdə 16.600 manat pulu Kərimə təklikdə şəxsən vermişdir. Hesab edir ki, Cavabdeh əvvəlcədən niyyəti onunla evlənmək yox, onun pulunu ələ keçirmək olmuşdur. Çünki ona onunla evlənəcəyini vəd edərək aldatmış, ümumilikdə 61.330 manat pulunu etibarından sui-istifadə edərək mənimsəmiş, sonradan o, Kərimin onun pullarını mənimsədiyini hiss edən zaman pul verməkdən imtina etdiyi üçün müxtəlif bəhanələr gətirərək onunla evlənməkdən imtina etmişdir. Kərim ayrı-ayrı vaxtlarda yemək, geyim əşyaları almaq və digər gündəlik tələbat xərclərini ödəmək üçün ondan bank kartları vasitəsilə təxminən 5.000 manat məbləğində pul xahiş edərək istəmiş o, da özünə məxsus "xxxx" ASC-yə aid plastik kart hesabından həmin bankın mobil tətbiqi vasitəsilə Kərimin ona «WhatsApp» vasitəsilə göndərdiyi bank kartlarına göndərərək, qəbzlərinin fotoşəkillərini göndərmişdir. Kərim barəsində hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirəndən sonra 2023-cü ilin may ayının hazırda gününü xatırlamadığı tarixdə ona Kərim xalası oğlu Aydın vasitəsilə 18.000 manat pul göndərmiş, qalan məbləği isə tezliklə geri qaytaracağını bildirmişdir. Buna baxmayaraq Kərim hələ də ona heç bir məbləğdə pulu geri qaytarmamışdır. Həmçinin qeyd edir ki, cavabdeh tərəfindən ona qaytarılan ilkin olaraq 18000 manat, sonra isə cavabdehin xalası oğlu Aydın tərəfindən cavabdehin adından ona verilmiş 7000 manat, cəmi 25000 manat cavabdehə “Hunday- Elantra” markalı avtomobil almaq üçün verdiyi üçün o məbləğin hazırkı 47000 manat iddia tələbinə heç bir aidiyyəti yoxdur. Qeyd edir ki, Kərimə inanıb, onu əri hesab edib, onunla faktik olaraq ər-arvad münasibətlərində yaşamışdır. Bu zaman Kərimə inandığı üçün onun problemlərini öz ailəsininki hesab edərək bu qədər pulu ona vermişdir. Kərimin bildirdiyi kimi ona faizlə pul verməsi absurddur. Çünki evlənəcəyi şəxsə faizlə pul verməsi mümkün deyil. Kərimin sonda onunla evlənməyəcəyini bilsəydi, sözsüz ki, həmin pulları ona verməzdi. Qeyd olunanların nəzərə alınmasını, cavabdehdən hüquqdan sui-istifadə edərək ələ keçirdiyi 47.000 manat məbləğində pulun və ödənilmiş 231 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi, Vəkil1 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh İddiaçı ilə münasibət qurmasının əsl səbəbi onunla evlənmək deyil, ondan külli miqdarda pulu aldadaraq ələ keçirməkdən ibarət olub. O, bu niyyətini qabaqcadan düşünərək, planlı şəkildə həyata keçirmiş və məqsədinə nail olmuşdur. Onun Fatma Adınǝyevadan mütəmadi olaraq müxtəlif adlarda pul alması halları istintaq zamanı dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, iş materiallarında olan Fatma ilə Cavabdeh arasında «WhatsApp», telefon yazışmalarının qeydə alındığı diskdə olan sübutlarla da öz təsdiqini tapır. Sirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(106)-32/2023 saylı, xx.xx.2023-cü i tarixli Qərarı, Neftçala Rayon Məhkəməsinin 6(053)-4/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarını və Neftçala rayon prokurorluğunun müstəntiqi X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı ilǝ Neftçala rayon polis şöbəsinin əməkdaşı işləmiş Cavabdeh tərəfindən ondan qaytardığı 18.000 manat çıxılmaqla 47.000 (qırx yeddi min) manat hüquqdan istifadə etməklə ələ keçirdiyi öz təsdiqini tapmışdır. Bu qərarlar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu da onu deməyə əsas verir ki, tələb edilən pulu ələ keçirərək əsassız şəkildə onun pulu ilə varlanmışdır. Buna görə də 47.000 manat pul və 231 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nümayəndə göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh işin məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək 2018-ci ilin mart ayında daxili işlər orqanlarına qəbul olduğunu, həmin tarixdən indiki mübahisə ilə əlaqədar araşdırma aparılana kimi Neftçala rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işlədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Adınǝyeva Fatma Rafiq qızı onun atası Əlvanın xalası qızıdır. Onunla aralarında qohumluq münasibətləri olduğundan həmişə əlaqələri olmuş, eləcə də iddiaçı onunla qonşu evdə yaşayır. Belə ki, iddiaçı evlənərək Bakı şəhərinə köçmüş, boşandıqdan sonra isə atası və anasının yanına qayıdaraq onlarla birlikdə yaşamağa başlamışdır. Fatma ilə aralarında yalnız qohumluq münasibətləri olmuş, bundan başqa hər hansı münasibət, eləcə də sevgi münasibətləri olmamışdır. 2020-ci il tarixdən hazıradək ayrı-ayrı vaxtlarda hazırda xatırlamadığı tarixlərdə ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə etmiş, eləcə də həmin nömrələr vasitəsilə “Whatsapp” tətbiqindən qeydiyyatdan keçməklə həmin tətbiqdən istifadə etmişdir. Adınǝyeva Fatma Rafiq qızının izahatında göstərdikləri tamamilə yalandır, şərdir, böhtandır, aralarında heç bir sevgi münasibətləri olmamış, eləcə də onunla heç vaxt cinsi əlaqədə olmamışdır. Fatma Adınǝyevanın məqsədi onu şərləməkdir. O, heç vaxt Fatmaya istifadəsində olan ***-***-**- **, ***-***-**-** vǝ ***-***-**-** saylı mobil telefon nömrələrindən “Whatsapp” tətbiqi vasitəsilə “səni sevirəm”, “həyat yoldaşım”, “yaxşı ki varsan” məzmunlu sevgi sms-ləri göndərməmiş, fotoşəkilləri isə onun tərəfindən iddiaçıya sevgi münasibətlərində olduğu üçün yox, qohum olduğu üçün çəkib atmışdır. Fatma ilə aralarında heç vaxt sevgi münasibətləri olmamışdır. İddiaçı valideynlərinin Bakı şəhəri ərazisində dəqiq bilmədiyi ünvanlarda 3-4 ədəd mənzillərinin olduğunu bilmişdir. Təxminən 3 il bundan əvvəl Fatmanın anası Gülnazdan Bakıda olan evlərindən biri plana düşdüyü üçün satıldığını eşitmişdir. Lakin konkret olaraq həmin evin hansı ünvanda olmasından məlumatı yoxdur. O, heç vaxt Adınǝyeva Fatma Rafiq qızından ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sataraq valideynləri ilə birlikdə yaşamasını istəməmişdir. Bu tamamilə şər və böhtandır. Onun ümumiyyətlə həmin evin hansı ünvanda yerləşdiyini və hansı tarixdə hansı məbləğə satmasından məlumatı yoxdur. O, heç vaxt Fatma ilə cinsi əlaqədə olmamış, eləcə bu məqsədlə icarəyə ev götürməmişdir. O, sürücülük vəsiqəsini 2021-ci ilin mart ayında qanuna müvafiq qaydada əldə etmişdir. Heç vaxt sürücülük vəsiqəsi almaq adı ilə İddiaçı 1.800 manat pul tələb etməmişdir. Fatmanın izahatında göstərdikləri tamamilə yalandır. **-CG-*** olan, “Vaz 2107” markalı avtomobili özü bankdan kredit götürərək ilkin olaraq 3.000 manat ödəyərək almışdır. Aylıq isə 280 manat kredit şəklində ödəmişdir. Bununla bağlı Fatmadan heç vaxt pul istəməmiş, eləcə də sonuncu ona heç vaxt hər hansı məbləğdə pul verməmişdir. Fatma Adınǝyeva onunla qohum olduğuna, eləcə də onlarla qonşuluqda yaşadığına görə gündəlik olaraq yaşadığı evə gediş-gəliş etmiş, eləcə də evdə olan söhbətlərdən məlumatlı olmuşdur. Ola bilsin ki, avtomobil üçün olan aylıq ödənişlərin konkret olaraq məbləğini və tarixini də yaşadığı evə qonaq kimi gələrkən eşitmişdir. Fatmanın bildirdikləri tamamilə yalandır, o, iddiaçıdan yaşadığı evin həyətyanı sahəsində əlavə olaraq özünə ev tikdirmək adı ilə pul tələb etməmiş, eləcə də Fatma ona bununla bağlı heç bir məbləğdə pul verməmişdir. Onun heç vaxt “Hyundai Elantra” markalı avtomobili almaq fikri olmamış, eləcə də bunun üçün 25.000 manat pulu Fatmadan tələb etməmiş, o da həmin pulu ona verməmişdir. Avtomobilini təmir etdirmək üçün Fatmadan heç bir məbləğdə pul tələb etməmiş, eləcə də iddiaçı buna görə ona heç bir məbləğdə pul vəsaiti verməmişdir. Fatmadan müxtəlif bəhanələrlə pul tələb edərək almamış, onunla qohum olduğuna görə təxminən 3 il bundan əvvəl qardaşı Səfalı Kərimovun müalicəsi üçün 5.000 manat borc pul istəmişdir. Fatma da ona həmin pulu aylıq 650 manat faiz ödəməklə, əsas borc olan 5.000 manat məbləğinin isə dəyişmədən qalması şərti ilə verəcəyini bildirmişdir. O da məcbur qalaraq razılaşmış və İddiaçı hazırda xatırlamadığı tarixdə 5.000 manat pulu almışdır. Lakin sonradan maddi imkanı zəif olduğuna görə aylıq 650 manat faiz borcunu Fatmaya ödəyə bilməmişdir. Bundan sonra Fatma ona faiz borcunun əsas borc ilə birlikdə 25.000 manat olduğunu, ödəmədiyi halda ondan şikayət edəcəyini, onu işdən çıxaracağını bildirməklə hədələmişdir. O da məcbur qalaraq 2023-cü ilin fevral ayında 18.000 manat pulu bankdan kredit götürmüş, 7.000 manat da xalası oğlu Aydın Sadıqovdan borc pul almış və Aydının vasitəsilə həmin pulu Fatmaya vermişdir. Fatma da ona pulu aldığını, aralarında heç bir borc qalmadığını bildirmişdir. Fatmadan ayrı-ayrı vaxtlarda gündəlik xərcləri üçün borc pul istəmiş, o da onun “Whatsapp” tətbiqi vasitəsilə göndərdiyi bank kartlarına həmin məbləğləri göndərmişdir. Hazırda bundan uzun müddət keçdiyinə bank kartlarının konkret olaraq rekvizitlərini xatırlamır. Fatma öz adına, iş yoldaşı Səid Qənbərov, Eldar Hacıyev və hazırda xatırlamadığı tanışlarına məxsus olan bank kartları vasitəsilə ona borc pul vermişdir, o da aldığı borc pulları qaytarmışdır. Hazırda Fatmaya heç bir məbləğdə borcu yoxdur. İddiaçı onu şərləyərək ondan artıq olaraq pul almaq istəyir. Bununla yanaşı o, xx.xx.2023-cü il tarixli İddiaçı təqdim etdiyi diskə baxış keçirilməsi haqqında protokolda qeyd edildən “Whatsapp” tətbiqi vasitəsilə Fatma Adınǝyevaya “mənə bilirsən nə maraqlıdı, mən demirəm eləmirsən, eləyirsən, beş mini kaş verməzdim Elizbara, o beş mini də qaytarardım, on mini də girərdim borca, xərcə qaytarardım, nəbilim e, bu gün ki, gündə mənim yediyimi içdiyimi burnumdan gətirdin ha, nǝbilim, nə deyim sənə sağol. Səni bir də yığsam, səni birdə axtarsam, səndən bir də pul istəsəm” səsli ismarıcla tanış olmuş və bildirmişdir ki, həmin səsli ismarıc onun tərəfindən qeydə alınmışdır. Səsli ismarıcda dediyi Elizabara beş mini kaş verməzdim, yalandır, belə ki, o, heç vaxt Elizbardan pul almamış, eləcə də ona heç vaxt beş min verməmişdir. Fatma ondan pulunu istədiyi üçün ona yalandan elə demişdir. Eləmisən deyən zaman isə Fatmaya 5.000 manat faizə borc pul verməsini nəzərdə tutmuşdur. Beş mini də qaytarardı, on mini də qaytarardı deyən zaman isə aldığı beş min manatın əlavə olaraq faiz borclarını qaytarmağını nəzərdə tutmuşdur. O, Fatma Adınǝyevadan yalnız 5.000 manat faiz qarşılığında pul almış, bundan başqa sonuncudan heç bir məbləğdə pul almamışdır. Həmin pulu da faiz borcu ilə birlikdə 25.000 manat olmaqla qaytarmışdır. Hazırda iddiaçıya heç bir borcu yoxdur və iddiaçının ondan borc tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Cavabdehin vəkili Vəkil2 iddiaçının izahatına uyğun cavabdehə verilən pul məbləğlərinin hesablamasını apararaq ümumi məbləğin 78.350 manat təşkil etdiyini, 18.000 manatın qaytarldığı halda qalan məbləğin 60.350 manat olduğunu, iddiaçının isə hazırda 47.000 manat tələb etməsinin hansı əsaslara söykəndiyinin aydın olmadığını qeyd edərək A4 vərəqində tətib etdiyi əlyazmanın nəticələrini məhkəməyə təqdim etdi. İddiaçı tərəfin vəsatəti ilə hazırlıq iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, iddiaçı onun qızıdır. Cavabdeh tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Cavabdeh qohumu Aydınla birlikdə onlara olan borcundan 18.000 manatı gətirib qaytarmışdır. Qalan borcunu isə hələ də verməmişdir. Cavabdeh tərəfin vəkilinin vəsatəti ilə şahid qismində dindirilmiş X8 bildirmişdir ki, həmçinin Neftçala rayon prokurorluğuna verdiyi yazılı izahatında göstərmişdir ki, Cavabdeh doğma xalası oğludur. 2023-cü ilin təxminən fevral ayında Fatma ona telefon vasitəsilə zəng edərək xalası oğlu Kərimin 25.000 manat pulunu aldığını bildirmiş, həmin pulu qaytarmağı üçün ondan köməklik etməsini xahiş etmişdir. O da Fatmaya məsələni aydınlaşdıracağını bildirmişdir. Bununla bağlı xalası oğlu Kərimə zəng edərək Fatmaya borcunun olması ilə bağlı ona zəng etdiyini bildirmişdir. Kərim də ona Fatmaya cəmi 5.000 manat faiz qarşılığında borcu olduğunu, həmin məbləğin faiz borcu yığışaraq 25.000 manat olduğunu, şərlədiklərini bildirmişdir. O da bundan sonra Neftçala rayonu, Qədimkənd kəndinə gəlmiş və Kərimlə birlikdə Fatmagilə getmişlər. Orada söhbət zamanı Fatma 25.000 manat pulu geri qaytarıldığı halda heç bir şikayət etməyəcəyini bildirmişdir. O da Kərimə ayıb olduğunu, Fatmanın şikayət edəcəyi halda kənddə biabır olmalarını bildirmişdir. Həmin vaxt Kərim də pulu tapıb verəcəyini bildirmişdir. Bundan təxminən 2 ay sonra Kərim ona 18.000 manat borc pul tapdığını bildirmişdir. O da həmin pulu Kərimin yaşadığı Neftçala rayonu, Qədimkənd kəndində yerləşən evində təhvil almışdır. Pulu təhvil alan zaman Kərimin qardaşı Safalıdan pulu alan zaman telefonu ilə video lentə almasını xahiş etmişdir. Pulu aldıqdan sonra, yəni 2023-cü ilin aprel ayında Fatmanın yaşadığı Neftçala rayonu, Qədimkənd kəndində yerləşən evində 18.000 manat pulu Fatmaya təhvil vermiş, Fatma da həmin pulu sayaraq götürmüşdür. Həmin vaxt o, Fatmaya qalıq 7.000 manat pulu tez bir zamanda kredit götürüb verəcəyinə söz vermişdir. Fatma da ona qalıq 7.000 manat pulu verəcəyi halda heç bir şikayətinin olmayacağını bildirmişdir. Bundan sonra o, 7.000 manat pul tapa bilməmiş və bu barədə Fatmaya bildirərək vaxt istəmişdir. Fatmadan ona 7.000 manat pul verməsini, həmin pulu Kərimə göstərərək adından guya borcunu ödəməsini Kərimə yalandan bildirməsini, sonradan Kərim formal olaraq ona olan 7.000 manat pulu qaytaracağı halda qaytarmasını təklif etmişdir. Qeyd edir ki, Fatma ona xahişini nəzərə alaraq 7.000 manat pul vermişdir. Məsələnin bağlanması üçün Fatma ilə razılaşmış, məsuliyyəti boynuna götürüb Fatmanın verdiyi 7.000 manat pulu Kərimə göstərərək Kərimin əvəzinə Fatmaya verəcəyini, sonradan ona 7.000 manat borcunu qaytarmalı olduğunu bildirmişdir. Kərim də onunla razılaşmış və o, 7.000 manat pulu yenidən Fatmaya qaytarmışdır. Lakin Kərim hələ də ona 7.000 manat pul verməmişdir. Bundan sonra onun Fatma ilə Kərimin arasında olan münasibət barədə heç bir məlumatı olmamışdır. Kərim ona 18.000 manat pulu haradan əldə etməsi barədə konkret olaraq heç nə deməmişdir. Lakin bildiyi qədəri ilə Kərim həmin pulu tanışlarından borc almışdır. Cavabdeh Fatma Adınǝyevadan pul alması barədə onun heç bir məlumatı, bununla bağlı hər hansı marağı olmamış, eləcə də Cavabdeh heç vaxt ona heç bir məbləğdə pul verməmiş, o da Kərimdən pul istəməmişdir. Həmin 7.000 manat pulu Kərimin işdən çıxmamasına, şikayət olmamasına görə iddiaçı ilə razılaşmışdır. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələblərinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, cavabdeh tərəfin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdehlər tərəfindən sübuta yetirilməlidirlər. İş materiallarına əlavə olunmuş Neftçala rayon prokurorluğunun müstəntiqi X2 17 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə Neftçala rayonunun, Qədimkənd kənd sakini Adınǝyeva Fatma Rafiq qızının Neftçala rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyən Cavabdeh ona qarşı dələduzluq edərək 65.000 manat məbləğində pulunu mənimsəməsi barədə müraciəti daxil olmuş, müraciət araşdırılaraq qəbul olunmuş qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Neftçala rayon prokuroruna təqdim edilməsi və qərarın surətinin İddiaçı və nümayəndəsi Salyan rayon vəkil bürosunun vəkili Vəkil1 göndərilməsi və Fatma Adınǝyevayanın Cavabdeh 65.000 manat məbləğində pul tələbi ilə bağlı mülkü qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə, qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququ izah edilməsi qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin 6(053)-4/2023 nömrəli iş üzrə 02 oktyabr 2023-cü il tarixli Qərarı ilə İddiaçı Neftçala rayon prokurorluğunun müstəntiqi X2 83-C/23 nömrəli materialı üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 avqust 2023-cü il tarixli Qərarı ilə bağlı şikayəti təmin edilməmiş, Neftçala rayon prokurorluğunun müstəntiqi X2 83-C/23 nömrəli materialı üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 avqust 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(106)-32/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Neftçala Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərarından şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Neftçala Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli sorğusu əsasında Neftçala rayon prokurorluğunda toplanmış 83-c/23 nömrəli material üzrə sənədlərin təsdiq edilmiş surətləri 15 dekabr 2023-cü ildə məhkəməyə göndərilmişdir. Neftçala rayon prokurorluğunun müstəntiqi X2 17 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının müəyyən etdi hissədində qeyd edilmişdir ki, “Toplanmış materialdan görünür ki, Adınǝyeva Fatma Rafiq qızı ilə Cavabdeh arasında 2021-ci il əvvəllərindən sevgi münasibətləri yaranmış, onlar gələcəkdə rəsmi şəkildə evlənmələri ilə bağlı razılğa gəlmiş, İddiaçı da bu münasibətlərə əsasən müraciətində göstərdiyi müxtəlif məbləğlərdə pulları həmin vaxtdan Cavabdeh xahişlərinə əsasən özünə yeni avtomobil, sürücülük vəsiqəsi, idarə etdiyi avtomobilə təkər, özünə geyim, ərzaq məhsulları almaq, birlikdə intim münasibətində olduqları mənzilin kirayə pulunu ödəmək və sair məqsədlər üçün nağd şəkildə vermiş və ya kart hesablarına göndərmişdir”. Həmçinin Neftçala rayon prokurorluğunda araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında aşağıdakılar qeyd olunur: “2018-ci ilin mart ayında daxili işlər orqanlarına qəbul olmuş, həmin tarixdən hazıradək Neftçala rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. İddiaçı onun atası Əlvanın xalası qızıdır. Sonuncuyla aralarında qohumluq münasibətləri olduğundan həmişə əlaqələri olmuş, eləcə də sonuncu onunla qonşu evdə yaşayır. Belə ki, sonuncu evlənərək Bakı şəhərinə köçmüş, boşandıqdan sonra isə atası və anasının yanına qayıdaraq onlarla birlikdə yaşamağa başlamışdır. Fatma ilə aralarında yalnız qohumluq münasibətləri olmuş, bundan başqa hər hansı münasibət, eləcə də sevgi münasibətləri olmamışdır. Həmçinin o, izahatında bildirmişdir ki, 2020-ci il tarixdən hazıradək ayrı-ayrı vaxtlarda hazırda xatırlamadığı tarixlərdə ***-***-**- **, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə etmiş, eləcə də həmin nömrələr vasitəsilə "Whatsapp" tətbiqindən qeydiyyatdan keçməklə həmin tətbiqdən istifadə etmişdir. İddiaçı izahatında göstərdikləri tamamilə yalandır, şərdir, böhtandır, aralarında heç bir sevgi münasibətləri olmamış, eləcə sonuncuyla heç vaxt cinsi əlaqədə olmamışdır. Fatma Adınǝyevanın məqsədi onu şərləməkdir. O, heç vaxt Fatmaya istifadəsində olan ***-***-**-**, ***-***-**-** vǝ ***-***-**-** saylı mobil telefon nömrələrindən "vhatsapp" tətbiqi vasitəsilə "səni sevirəm", "həyat yoldaşım", "yaxşı ki varsan" məzmunlu sevgi smslər göndərməmiş, fotoşəkillər isə onun tərəfindən sonuncuya sevgi münasibətlərində olduğu üçün yox, qohum olduğu üçün çəkib atmışdır. Fatma ilə aralarında heç vaxt sevgi münasibətləri olmamışdır. İddiaçı valideynlərinin Bakı şəhəri ərazisində, dəqiq bilmədiyi ünvanlarda 3-4 ədəd mənzillərinin olduğunu bilmişdir. Təxminən 3 il bundan əvvəl Fatmanın anası Gülnazdan Bakıda olan evlərindən biri plana düşdüyü üçün satıldığını eşitmişdir. Lakin konkret olaraq həmin evin hansı ünvanda olmasından məlumatı yoxdur. O, heç vaxt Adınǝyeva Fatma Rafiq qızından ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sataraq valideynləri ilə birlikdə yaşamasını deməmiş, bu tamamilə şərdir, böhtandır. Onun ümumiyyətlə həmin evin hansı ünvanda yerləşdiyini və hansı tarixdə hansı məbləğə satmasından məlumatı yoxdur. O, heç vaxt Fatma ilə cinsi əlaqədə olmamış, eləcə bu məqsədlə icarəyə ev götürməmişdir. O, sürücülük vəsiqəsini 2021-ci ilin mart ayında qanuna müvafiq qaydada əldə etmişdir. Heç vaxt sürücülük vəsiqəsi almaq adı ilə Fatma Adınǝyevadan 1.800 manat pul tələb etməmiş, eləcə də sonuncudan həmin məbləği tələb etməmişdir. Fatmanın izahatında göstərdikləri tamamilə yalandır. Fatma Adınǝyevanın izahatında bildirdikləri tamamilə yalandır, şərdir böhtandır. **-CG-*** olan, "Vaz 2107" markalı avtomobili özü bankdan kredit götürərək ilkin olaraq 3.000 manat ödəyərək almışdır. Aylıq isə 280 manat kredit şəklində ödəmişdir. Bununla bağlı Fatmadan heç vaxt pul istəməmiş, eləcə də sonuncu ona heç vaxt hər hansı məbləğdə pul verməmişdir. Fatma Adınǝyeva onunla qohum olduğuna, eləcə də onlarla qonşuluqda yaşadığına görə gündəlik olaraq yaşadığı evə gediş-gəliş etmiş, eləcə də evdə olan söhbətlərdən məlumatlı olmuşdur. Ola bilsin ki, avtomobil üçün olan aylıq ödənişlərin konkret olaraq məbləğini və tarixini də yaşadığı evə qonaq kimi gələrkən eşitmişdir. Fatmanın bildirdikləri tamamilə yalandır, o, sonuncudan yaşadığı evin həyətyanı sahəsində əlavə olaraq özünə ev tikdirmək adı ilə pul tələb etməmiş, eləcə də Fatma ona bununla bağlı heç bir məbləğdə pul verməmişdir. Onun heç vaxt "Hyundai Elantra" markalı avtomobili almaq fikri olmamış, eləcə də bunun üçün 25.000 manat pulu Fatmadan tələb etməmiş, sonuncu da həmin pulu ona verməmişdir. Avtomobilini təmir etdirmək üçün Fatmadan heç bir məbləğdə pul tələb etməmiş, eləcə də sonuncu buna görə ona heç bir məbləğdə pul vəsaiti verməmişdir. Fatmadan müxtəlif bəhanələrlə pul tələb edərək almamış, sonuncu ilə qohum olduğuna görə təxminən 3 il bundan əvvəl qardaşı Səfalı Kərimovun müalicəsi üçün 5.000 manat borc pul istəmişdir. Fatma da ona həmin pulu aylıq 650 manat faiz ödəməklə, əsas borc olan 5.000 manat məbləğinin isə dəyişmədən qalması şərti ilə verəcəyini bildirmişdir. O da məcbur qalaraq razılaşmış və sonuncudan hazırda xatırlamadığı tarixdə 5.000 manat pulu almışdır. Lakin, sonradan maddi imkanı zəif olduğuna görə aylıq 650 manat faiz borcunu Fatmaya ödəyə bilməmişdir. Bundan sonra Fatma ona faiz borcunun əsas borc ilə birlikdə 25.000 manat olduğunu, ödəmədiyi halda ondan şikayət edəcəyini, onu işdən çıxaracağını bildirməklə hədələmişdir. O da məcbur qalaraq 2023-cü ilin fevral ayında 18.000 manat pulu Bankdan kredit götürmüş, 7.000 manat da xalası oğlu Aydın Sadıqovdan 7.000 manat borc pul almış və Aydın vasitəsilə həmin pulu Fatmaya vermişdir. Fatma da ona pulu aldığını, aralarında heç bir borc qalmadığını bildirmişdir. Fatmadan ayrı-ayrı vaxtlarda gündəlik xərcləri üçün borc pul istəmiş, o da onun "vhatsapp" tətbiqi vasitəsilə göndərdiyi bank kartlarına həmin məbləğləri göndərmişdir. Hazırda bundan uzun müddət keçdiyinə bank kartlarının konkret olaraq rekvizitlərini xatırlamır. Fatma öz adına, iş yoldaşı Səid Qənbərov, Eldar Hacıyev və hazırda xatırlamadığı tanışlarına məxsus olan bank kartları vasitəsilə ona borc pul vermişdir, o da aldığı borc pulları qaytarmışdır. Hazırda Fatmaya heç bir məbləğdə borcu yoxdur. Sonuncu onu şərləyərək ondan artıq olaraq pul almaq istəyir. Bununla yanaşı o, xx.xx.2023-cü il tarixli Adınǝyeva Fatma Rafiq qızının təqdim etdiyi diskə baxış keçirilməsi haqqında protokolda qeyd edildən "vhatsapp" tətbiqi vasitəsilə Fatma Adınǝyevaya "mənə bilirsən nə maraqlıdı, mən demirəm elərmirsən, eləyirsən, beş mini kaş verməzdim Elizbara, o beş mini də qaytarardım, on mini də girərdim borca, xərcə qaytarardım, nəbilim e, bu gün ki, gündə mənim yediyimi içdiyimi burnumdan gətirdin ha, nəbilim, nə deyim sənə sağol. Səni bir də yığsam, səni birdə axtarsam, səndən bir də pul istəsəm" səsli ismarıcla tanış olaraq bildirmişdir ki, həmin səsli ismarıc onun tərəfindən qeydə alınmışdır. Səsli ismarıcda dediyi Elizabara beş mini kaş verməzdim, yalandır, belə ki, o, heç vaxt Elizbardan pul almamış, eləcə də sonuncuya heç vaxt beş min verməmişdir. Fatma ondan pulunu istədiyi üçün yalandan elə demişdir. Eləmisən deyən zaman isə Fatmaya 5.000 manat faizə borc pul verməsini nəzərdə tutmuşdur. Beş mini də qaytarardı, on mini də qaytarardı deyən zaman isə aldığı beş min manatın əlavə olaraq faiz borclarını qaytarmağını nəzərdə tutmuşdur. O, Fatma Adınǝverdiyevadan yalnız 5.000 manat faiz qarşılığında pul almış, bundan başqa sonuncudan heç bir məbləğdə pul almamışdır. Həmin pulu da faiz borcu ilə birlikdə 25.000 manat olmaqla qaytarmışdır”. Neftçala rayon prokurorluğunda araşdırma zamanı izahatı alınmış X1 izahatında aşağıdakılar qeyd olunur: “Kərimdən eşitdiyi qədəri ilə Fatma boşandıqdan sonra aralarında sevgi münasibətləri də olmuşdur. Cavabdeh "Hyundai Elantra" markalı avtomobil alması barədə heç bir məlumatı yoxdur, həmçinin o, heç vaxt Kərimin yerinə 15.000 manat pul verməmişdir. Təxminən 4-5 ay bundan əvvəl Fatma Adınǝyevanın anası Gülnaz Adınǝyeva onu yaşadıqları Qədimkənd kəndində yerləşən evə çağıraraq Kərimin "Hyundai Elantra" markalı avtomobil almaq üçün ondan 15.000 manat pul aldığını, həmin pulu qaytarmaq üçün qızı Fatmadan həmin məbləği tezliklə evləcəyini vəd edərək aldığını bildirmiş, o da həmin vaxt Gülnaza belə bir halın baş vermədiyini, heç vaxt Kərimə pul vermədiyini, həmçinin Kərimin ona pul qaytarmadığını bildirmişdir. Bundan sonra Gülnaz ona Kərimin qızını aldadaraq 60.000 manat pulunu ələ keçirdiyini bildirmiş və ondan Kərimə pulunu qaytarmasını tələb etməsini xahiş etmişdir. O da bu barədə Kərimdən soruşmuş, Kərim isə belə bir halın baş vermədiyini şərlədiklərini bildirmişdir. Lakin o, Kərimə Fatmadan aldığı pulları geri qaytarmasını tələb edəndən sonra həmin puldan 18.000 manat məbləğində olan pulu geri qaytardığını eşitmişdir. O, hesab edir ki, Cavabdeh İddiaçı pul almaq üçün sonuncunu inandırmaq məqsədilə sonuncunun yerinə onun pul verdiyini, ona borclu olduğunu bildirmişdir. Belə ki, 2023-cü ilin aprel ayında o, "Hyundai Elantra" markalı avtomobili Bakı şəhərindən bankdan əldə etdiyi kredit məbləği hesabına almışdır. Ola bilsin ki, Kərim də bunu əsas gətirərək belə bir yalan uydurmuşdur. O, heç vaxt Cavabdeh özünə, eləcə də əvəzinə heç kimə pul vəsaiti verməmiş, eləcə də heç vaxt Kərim ona hər hansı məbləğdə pul vəsaiti geri qaytarmamışdır”. Neftçala rayon prokurorluğunda araşdırma zamanı izahatı alınmış X3 izahatında aşağıdakılar qeyd olunur: 2021-ci il tarixdə Daxili İşlər orqanlarına qəbul olmuş, xx.xx.2023-cü il tarixdən hazıradək Neftçala RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində çalışır, polis serjantı rütbəsindədir. Kapital Bank ASC-nin 4169-7385-7576-7706 saylı plastik kartı ona məxsusdur, onun adına debet kart olaraq rəsmiləşdirilmişdir. Belə ki, təxminən 2021-ci ilin noyabr ayında onunla birlikdə post-patrul xidmətində polis nəfəri işləyən, iş yoldaşı Cavabdeh ona müraciət edərək, pul köçürmələri üçün daha az komissiya ilə köçürmələri nağdlaşdırmaq üçün debet bank kartı lazım olduğunu, öz adına bank kartı açdıraraq sonuncuya istifadə etməsi üçün verməsini xahiş etmişdir. O da Cavabdeh ilə iş yoldaşı olduğu üçün, eləcə də sonuncunun polis əməkdaşı olduğuna görə heç bir tərəddüd etmədən Kapital Bank ASC-dən adına 4169-7385-7576-7706 saylı plastik bank kartı rəsmiləşdirərək Cavabdeh vermişdir. Bundan sonra Cavabdeh həmin kart vasitəsilə hansı növ əməliyyatları icra etməsindən məlumatı olmamış, bu barədə də heç bir söz soruşmamışdır. Həmin bank kartından heç vaxt istifadə etməmiş, eləcə də həmin bankın mobil tətbiqi vasitəsi ilə heç vaxt kartın məlumatlarını görməmişdir. Həmçinin o, izahatında Kapital Bank ASC-yə məxsus 4169-7385-7576-7706 saylı plastik bank kartına İddiaçı məxsus 676867*****0883 nömrəli kart hesabından ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul köçürmələrinin həyata keçirilməsi il bağlı bildirmişdir ki, Adınǝyeva Fatma Rafiq qızını ümumiyyətlə tanımır, həmçinin sonuncuya məxsus kart hesabından onun adına rəsmiləşdirilmiş bank kartına göndərilən pul vəsaitlərindən məlumatı olmamışdır. Qeyd edilən bank kartı onun adına rəsmiləşdirilsə də faktiki olaraq Cavabdeh istifadəsində olmuşdur. Ola bilsin ki, həmin köçürmələr Cavabdeh göndərilmiş, sonuncu da kart vasitəsilə pulu nağdlaşdırmışdır. Neftçala rayon prokurorluğunda araşdırma zamanı izahatı alınmış X9 izahatında aşağıdakılar qeyd olunur: 2020-ci ilin iyun ayından Daxili İşlər orqanlarına qəbul olmuş, hazıradək Neftçala RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır, polis serjantı rütbəsindədir. Kapital Bank ASC-nin 4169-7388-2225-5711 saylı plastik kartı ona məxsusdur, tərəfindən öz adına rəsmiləşdirilmişdir, debet kart olaraq 2023-cü ilin təxminən mart ayından hazıradək istifadə edir. Adınǝyeva Fatma Rafiq qızı adlı şəxsi ümumiyyətlə tanımır. Onunla birlikdə Neftçala RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyən Cavabdeh ilə birlikdə Bakı şəhərində ezamiyyətə olan zaman sonuncu xərcləmək üçün ailə üzvlərinin pul atacağını bildirərək onun kartının rekvizitlərini tələb etmiş, o da iş yoldaşı olduğuna görə həmin bank kartının şəkilini çəkməsi üçün Kərimə vermiş, Kərim də kartın şəklini çəkmişdir. Bundan sonra Kərim ona ailə üzvlərinin həmin karta pul göndərdiklərini bildirmiş və ondan həmin kartı istəmişdir. O da kartı təqdim etmiş və Kərim kart hesabından bankomat vasitəsilə hazırda xatırlamadığı məbləği nağdlaşdırmışdır. Bu hadisə təxminən bir neçə dəfə baş vermişdir. Lakin o, Cavabdeh həmin pul vəsaitini kimdən istəməsi, eləcə də nə məqsədlə istəməsindən məlumatı olmamışdır. Lakin Kərim ona ailə üzvlərinin xərclik üçün pul atacaqlarını bildirdiyi üçün o da kartını şəkilini çəkməsi üçün vermişdir. Araşırma materialına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokoldan və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, « “Kerim” olaraq qeyd edilmiş şəxsdən “fsyo bitdi, 2000 düzəl, 20 min düzəldim verim sene qutardiq, her şeylə” adlı sms gəldiyi, növbəti şəkildən “Kerim” olaraq qeyd edilmiş şəxsə xx.xx.2023-cü il tarixdə, saat 21:08-dǝ 676867*****0883 nömrəli kart hesabından 416974******9546 nömrəli kart hesabına 100 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi, növbəti fotoşəkildə “Kerim” olaraq qeyd edilmiş şəxsdən üzərində MR.ELDAR HAJİYEV sözləri yazılmış, 4169-7388-2225-5711 nömrəli "xxxx" ASC-ə məxsus qara rəngli plastik kartın göndərildiyi, “Kerim” olaraq qeyd edilmiş şəxsə isə xx.xx.2023-cü il tarixdə, saat 21:50-də 676867*****0883 nömrəli kart hesabından 416973*****5711 nömrəli kart hesabına 30 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi, növbəti fotoşəkildə “Kerim” olaraq qeyd edilmiş şəxsə xx.xx.2023-cü il tarixdə “Ayib olsun sene eşşey bele gezdiyindi öz zibilindi sen nece adam imişen ki ehtiyacdan cixdinda işe girdin anuva telf bele adlin maşını behane etdin pulun mrnden aldin indide bizi eşey elemisen sene eşey nece olur gösterecem gelesem axri bura. 65 minden yeyenden sonra eledide eşey olariq yaninda qaldığın qehbe yeqin effektsizdi. Valla halaldi men cindiram döydün söydün qovdun başqasıyla yazışdın utanmaz kimi yene qayıtdım sene varimi yoxmu uşaqlarımın geleceyini sene verdim indide eşşey olduq. Sene yaxşılıq etməyə dəyməzmiş”, növbəti fotoşəkildə “Kerim” olaraq qeyd edilmiş şəxsdən “Belədə sən mənim üçün almısan mən də ürəyim istəyəni edə bilərəm, gör nə deyirəm, maşını satıram, 2000 3000 na edr verirəm sənə sən canın da bəsdi tay pox yemədik ki, səninlə iş gördük, nə böyük”, həmin şəxsə isə “çalış bir maskada gǝz, 5 minə almısan” sözlərinin yazıldığı, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə xx.xx.2023-cü il tarixdə, saat 15:37-də 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 40 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi, növbəti şəkildən “***-***- **-**” olaraq qeyd edilmiş şəxsə xx.xx.2023-cü il tarixdə, saat 16:29-da 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 120 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi, “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən isə “mənə kontur at” sözlərinin yazıldığı, xx.xx.2023-cü il tarixdə, saat 17:17-də 676867*****0883 nömrəli kart hesabından ***-***-**-** saylı nömrəyə 3 manat ödənildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə xx.xx.2023-cü il tarixdə, saat 11:20-də 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 20 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi, həmin şəxsdən isə “mənə kontur at da sən canın, buna 20 manat at da de mənə” sözlərinin və üzərində MR.KAMRAN HUSEYNOV sözləri yazılmış, 4169-7388-0126-7618 nömrəli "xxxx" ASC-ə məxsus qara rəngli plastik kartın göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən 4169-7414-2677-9599 nömrəli, ad yazılmış hissəsi yaşıl rəngli xətt vasitəsilə gizlədilmiş, "xxxx" ASC-ə məxsus göy rəngli plastik kartın göndərildiyi, pul yoxdu sözlərinin yazıldığı, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə xx.xx.2022-ci il tarixdə, saat 11:45-də 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 20 manat, xx.xx.2022-ci il tarixdə isə 30 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi və “kartda olan budu birazdan yenə ataram, o köçmüyüb təzədən atdım” sözlərinin yazıldığı, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “necəsən, 700 manat borcum vare Seyrana senol mənim cin 30 manat atda seyidin kartına” sözlərinin yazıldığı, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “1200 lazımdı” sözlərinin yazıldığı, həmin şəxsə isə “200 niyə” sözlərinin yazıldığı, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “bir də bu gün evin pulunu atmaq lazımdır ata bilərsən” sözlərinin yazıldığı, üzərində MR.SAKİNA HÜSEYNLİ sözləri yazılmış, 4169-7385-6602-1071 nömrəli "xxxx" ASC-a məxsus qara rəngli plastik kartın fotoşəkilinin göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə “göndərərəm, sən mənim yox evinizdəki dayının pulunu götürürsən” sözlərinin yazıldığı, həmin şəxsdən isə “yəni mən o imkanda deyiləm də rayonda ev tutam” məzmunlu smsin göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə “Kül mənim başıma yaxşı Kərim, adama belə qiymət qoyursan da hansı qız kim kimə 25 mini gözü yumulu verər mən dedim verirəm də bu vaxtacan hansı dediyimi etmədim, görürsən adamı necə sındırırsan, hər şeyi gözümün önünə alıb evdən pulu götürüb sənə verirəm mənə qarşı etdiyin hərəkətə bax. Nəysə mən sənə belə etməzdim” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə “sən deyirsən bu dəqiqə doğ, az pul deyil sayım götürüm, mən də vaxt etməliyəm gözlə də”, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən 4169-7414-5689-3682 nömrəli, üzərində SAHİL HÜSEYNOV sözləri yazılmış, "xxxx" ASC-ǝ məxsus göy rəngli plastik kartın, “bura göndər” məzmunlu sms göndərildiyi, həmin şəxsə isə xx.xx.2022-ci il tarixdə, saat 22:04-də 676867*****0883 nömrəli kart hesabından 416974******3682 nömrəli kart hesabına 20 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “dəli pul ver gedim maşın alım çıxaq gedək bir həftəlik gəzməyə” məzmunlu sms göndərildiyi, həmin şəxsə isə “mən səndən çox istəyirəm bərabər günümüzü keçirək” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “mənimçün 1000 düzəldin, apar ver bizə tez, yaxşı, telin hanı” məzmulu sms göndərildiyi, həmin şəxsə isə “yaşı apararam” məzmunlu sms yazıldığı, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “15000 min verǝrǝm, 5000 min də, maşın da 2000 min eliyir” məzmunlu sms, həmin şəxsə isə “Yaxşı hesabla, ayıb sənə” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “nə böyük iş eləmisən, 2000 mində mən vermişəm, onu götürüb qalanını verəcəm sənə uzaqi, 4-5 aya, sənə 10000 də verəcəm, sən sağ mən salamat deyə” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “balam uzanmışam e, sənin duxun çatmır ki, 10000 min verəsən ayda da 400 manat 2 illik kreditlə hə sənki qorxaq qız deyildin” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə “duxumun nəyə çatır, nəyə çatmır ki, indiyecen bilməmisənsə tay özü işindi. Ağlıma qoyanı edən qızam” məzmunlu sms, həmin şəxsin isə “can kişi kimi de, nə vaxt alırsan mənimçün maşın” məzmunlu sms, cavab olaraq isə “it kimi qovmadın, yolu göstərmədin mənə düzdü, yazmamısan ömürlük gedirəm ta” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə xx.xx.2022-ci il tarixdə, saat 11:07-də 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 100 manat, göndərilməsinə dair qəbzin şəkli, həmin şəxsdən isə “səni sevirəm” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə xx.xx.2022-ci il tarixdə, saat 10:44-də 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 50 manat, göndərilməsinə dair qəbzin şəkli, “bəsindi, 2 m mənə 50 m başa gəldi mənə” həmin şəxsdən isə “razvodayam çıxdım ürəyim necəsən” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “sən pulu görə bəhanə tutdun getdin, yığ məni” məzmunlu, həmin şəxsə isə “hə düz deyirsən 125 manat atan 1500 verən, 30 manat pula görə getdim. Pul gətirmişdim sənə verim nəysə fikrim dəyişdi, kimlə ələ salıb gülürdüne, o oğlanda çoxdu get versin. Mən sənlə qurtardım sağol” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***- ***-**-**” olaraq qeyd edilmiş şəxsə xx.xx.2022-ci il tarixdə, saat 12:29-da 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 125 manat, göndərilməsinə dair qəbzin şəklinin göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə xx.xx.2022-ci il tarixdə, saat 08:01-də 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 400 manat, göndərilməsinə dair qəbzin şəklinin göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “gəlirəm 400 zü ver mənə verim” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**- **” olaraq qeyd edilmiş şəxsə xx.xx.2022-ci il tarixdə, saat 19:31-də 676867*****0883 nömrəli kart hesabından 416974******9546 nömrəli kart hesabına 27 manat, göndərilməsinə dair qəbz və xx.xx.2022-ci il tarixdə, saat 21:08-də 676867*****0883 nömrəli kart hesabından 416974******9546 nömrəli kart hesabına 30 manat, göndərilməsinə dair qəbzin şəklinin göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “qorxusundan olur, deyirlər də, buna nə deyirlər, razılaşır komandir, deyr də deyir ki, bidənə adamla işin olmasın vesiqəni alıblar qorxusundan” məzmunlu sms göndərildiyi, həmin şəxsə isə “yo 2000 istəsin də adam öldürmüsüz, de 2500 dünən vermişiy” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə xx.xx.2022-ci il tarixdə, saat 18:04-də 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 20 manat, göndərilməsinə dair qəbz göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “fati senol 300 lazımdı boğuluram” məzmunlu sms, həmin şəxsə isə “ge no oldu, borcun qurtarmışdı, indi bogulursan” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən 4169-7385-7576-7706 nömrəli, üzərində SAİD GANBAROV sözləri yazılmış, "xxxx" ASC-ə məxsus plastik kartın şəklinin göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsdən “seni sevirəm səni mənim arvadımsan dakmitalni, andola Allaha” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə çoxlu sayda 100 və 200 manatlıq əskinasların fotoşəkili göndərildiyi həmin şəxsin isə “o mənim maşınımın puludu” məzmunlu sms yazdığı görünür, növbəti şəkildən “***-***- **-**” olaraq qeyd edilmiş şəxsin “can 13 14 min olsa almaq olar qalanını kreditlə” məzmunlu sms yazdığı görünür, növbəti şəkildən “Kerimli” olaraq qeyd edilmiş şəxsin “hə götürdüm, verdim salona 27 minǝ 15şi verəcəklər” məzmunlu sms yazdığı görünür, həmin şəxsə isə “niə ucuz verdin bǝs, deyirdin ordan gələnlər burda daha baha gedir. Salam sabahın xeyir, sən indi nəsə verə biləsən mənə yoxsa yox, qız məni dirəyib, axşamın xeyir bacı vurmadılar serginin pulun” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Kerimli” olaraq qeyd edilmiş şəxsə “sənə dediyimi həll edə bildin, yoxsa yox, mən özüm də gedirəm burdan özümə də pul lazımdı” məzmunlu sms yazdığı, həmin şəxsin isə “yox sabah tezdən mənə 200 verərsən hə” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Kerimli” olaraq qeyd edilmiş şəxsə “700 m hardan tapdın bəs 1200 m lazım deyildi” məzmunlu sms yazdığı, həmin şəxsin isə “hə deyrsən, yoxmdu, heç olmasa 500 ver 200 bulardan alım, axsam qaytararam neyliyim bəs” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Aygun ken” olaraq qeyd edilmiş şəxsə xx.xx.2023-cü il tarixdə, saat 20:30-da 676867*****0883 nömrəli kart hesabından 416974******9546 nömrəli kart hesabına 300 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi, növbəti şəkildən “Kerim” olaraq qeyd edilmiş şəxsə xx.xx.2023-cü il tarixdə, saat 15:14-də 676867*****0883 nömrəli kart hesabından 416973******7706 nömrəli kart hesabına 20 manat göndərilməsinə dair qəbzin şəkli göndərildiyi, həmçinin “azdısa atım, 1500 m verə bilərsən rafiq çıxdı üstünə hamısın götürə bilmədim. Sabah da ya da biri gündə verə bilərsən 500 m da, gəlib götürərsən” məzmunlu sms, həmin şəxsin isə “Razılaşmaz Sahin də 3.500 düzəldim, yaxın durmurlar” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Kerim” olaraq qeyd edilmiş şəxsin “gedirəm, gəl verə bilərsən mənə pulu” məzmunlu sms, həmin şəxsə isə “nə qədər” məzmunlu, cavabında isə “2 dənə, mən də aparım düzəltdirim, plniklər yenə səs” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Keriş” olaraq qeyd edilmiş şəxsin xx.xx.2023-cü il tarixdə “sən pox yemisən selyana gedmisən, sabah tezdən sutdə ver mənə yumurtada 15 dene ver mene olmasa pulun ver gedim alım” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Keriş” olaraq qeyd edilmiş şəxsin “15000 lazımdı sənöl axşama düzüb qoşmalıyam sen də düşmüsən sözünə, səni sevirəm” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Keriş” olaraq qeyd edilmiş şəxsin “Fati bəsdi, zaprafkaya gedə bilmirǝme, senöl 1200 lazımdı 150 ustaya” məzmunlu sms, həmin şəxsə isə “nə bəsdiye hə, bayaq yazıram qozuva qoymursane, 200 niyə” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Keriş” olaraq qeyd edilmiş şəxsə çoxlu sayda 100 manatlıq əskinasların fotoşəkili göndərildiyi, eləcə də “bax gördün pul var, sadəcə vaxt eləyib gerey götürüm sonra demə yoxlarıdı, məni fırladır, götürə bilmirəm birdən birə o məbləği” həmin şəxsin isə “ürəyim ancaq burda 7 min pul var” məzmunlu, cavabında isə “40 min 35 min pul var orda” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “Keriş” olaraq qeyd edilmiş şəxsə “iş yoldaşların hani bes, birindən al saba verərsən” həmin şəxsin isə “ölürlər acından olar. Sənöl sən varsan man kef edirəm” məzmunlu sms göndərildiyi, növbəti şəkildən “***-***-**-**” olaraq qeyd edilmiş şəxsə “düzəldi maşınınız?” məzmunlu sms, həmin şəxsin isə “maşınımız, yoxe canım mən elantra istəyirəm, can” məzmunlu sms göndərildiyi müəyyən edildi». 17 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından, həmçinin diskə baxış keçirilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, diskdə 3 ədəd səs yazısı vardır. PTT-20220923-WA0036 adlı Cavabdeh tərəfindən qeyd edilmiş səs yazısında “eşidirsən, piyan adam həmişə sözün düzünü deyər də, and olsun Allaha, ba Allaha and olsun, mən səni durub allatmayacam kişi kimi deyirəm, sənöl səni sevirəm, qurana and olsun, ta Səid də eşidir ha, səni sevirəm sən öl sən mənim ürəyimsən e, hǝr şeyimsən, nə qədər sən varsan mən də varam, sən olmasan mən də olmaram, öpürəm səni. Ölürəm sənin üçün” olduğu müəyyən edilmişdir. PTT- 20230116-WA0023 adlı Cavabdeh tərəfindən qeyd edilmiş səs yazısında “Mənə bilirsən nə maraqlıdı, mən demirəm e eləmirsən, eləyirsən, 5 mini kaşş verməzdim Elizbara, 5 mini də qaytarardım, 10 mini də geri qaytarardım, nə bilime bu günkü gündə mənim yediyimi içdiyimi burnumdan gətirdin ha, nə bilim nə deyim sənə mən sənə başqa bir söz deyə bilmirəm e, gör nə deyirəm e sağ ol. Mən bir də səni yığsam, bir də səndən pul istəsəm (söyüş söyür)”. PTT-20230116-WA0024 adlı Cavabdeh tərəfindən qeyd edilmiş səs yazısında “Evimi eşiyimi satacam, maşınımı satacam, Safalıya yalvaracam, Natavana yalvaracam, Əlvana yalvaracam 20-30 min pulu düzəldib gətirib verəcəm sənə, ömürlük səni siləcəm e bu hərəkətinə görə. Sən ki bu günki günü haram elədin ha mənə, nə günün olsa haram olsun sənə” məzmunlu sms göndərildiyi müəyyən edilmişdir. Eyni zamanda qərarda qeyd edilmişdir ki, araşdırma materialına əlavə edilmiş Neftçala rayon polis şöbəsinin rəisinin xx.xx.2017-ci il tarixli əmrindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixindən Neftçala RPŞ-nǝ polisə ictimai dəstək əməkdaşı (mülki) vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, Neftçala rayon polis şöbəsinin post-patrul xidməti tağımının pois nəfəri, polis nəfəri-sürücüsü vəzifəsinə təyin edilməklə, polis sıravisi xüsusi rütbəsi verilmiş, Neftçala rayon polis şöbəsinin rəisinin xx.xx.2023-cü il tarixli əmri ilə Neftçala rayon polis şöbəsinin post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Cavabdeh “Azərbaycan Republikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Həmçinin qərarda qeyd edilmişdir ki, araşdırma zamanı Fatma Adınǝyevanın təqdim etdiyi səs yazıları ilə bağlı 17 iyul 2023-cü il tarixli qərarla “Məhkəmə-fonoskopik” ekspertizası təyin edilmiş, “Məhkəmə-fonoskopik” ekspertizasının 3-16-16/2-4/1304 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda bir nəfər kişi cinsinə məxsus diktor iştirak etmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Cavabdeh məxsusdur. İddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclası zamanı təqdim edilmiş 1 ədəd diskə tərəflərin iştirakı baxış keçirilmişdir. Cavabdeh 3 il bündan əvvəl qohumu Fatmadan qardaşı Səfalı Kərimovun müalicəsi üçün 5.000 manat məbləğində borc istədiyini, Fatma da ona həmin pulu aylıq 650 manat faiz ödəməklə, əsas borc olan 5.000 manat məbləğinin isə dəyişmədən qalması şərti ilə verəcəyini, o da məcbur qalaraq razılaşdığını və İddiaçı hazırda xatırlamadığı tarixdə 5.000 manat pulu aldığını, lakin, sonradan maddi imkanı zəif olduğuna görə aylıq 650 manat faiz borcunu Fatmaya ödəyə bilmədiyini, bundan sonra Fatma ona faiz borcunun əsas borc ilə birlikdə 25.000 manat olduğunu, ödəmədiyi halda ondan şikayət edəcəyini, onu işdən çıxaracağını bildirməklə hədələdiyini, o da məcbur qalaraq 2023-cü ilin fevral ayında 18.000 manat pulu Bankdan kredit götürdüyünü, 7.000 manat da xalası oğlu Aydın Sadıqovdan borc pul alaraq və Aydının vasitəsilə həmin pulu Fatmaya verdiyini, Fatma da ona pulu aldığını, aralarında heç bir borc qalmadığını bildirdiyini, həmçinin Fatmadan ayrıayrı vaxtlarda gündəlik xərcləri üçün borc pul istədiyini, o da onun “vhatsapp” tətbiqi vasitəsilə göndərdiyi bank kartlarına həmin məbləğləri göndərdiyini, hazırda bundan uzun müddət keçdiyinə bank kartlarının konkret olaraq rekvizitlərini xatırlamadığını, Fatma öz adına, iş yoldaşı Səid Qənbərov, Eldar Hacıyev və hazırda xatırlamadığı tanışlarına məxsus olan bank kartları vasitəsilə ona borc pul verdiyini etiraf etmiş, lakin aldığı borc pulları qaytardığını, hazırda Fatmaya heç bir məbləğdə borcu olmadığını, İddiaçı onu şərləyərək ondan artıq olaraq pul almaq istəyini, bununla yanaşı o, xx.xx.2023-cü il tarixli İddiaçı təqdim etdiyi diskə baxış keçirilməsi haqqında protokolda qeyd edildən “vhatsapp” tətbiqi vasitəsilə Fatma Adınǝyevaya “mənə bilirsən nə maraqlıdı, mən demirəm elərmirsən, eləyirsən, beş mini kaş verməzdim Elizbara, o beş mini də qaytarardım, on mini də girərdim borca, xərcə qaytarardım, nəbilim e, bu gün ki, gündə mənim yediyimi içdiyimi burnumdan gətirdin ha, nǝbilim, nə deyim sənə sağol. Səni bir də yığsam, səni birdə axtarsam, səndən bir də pul istəsəm” səsli ismarıcla tanış olduğunu və həmin səsli ismarıc onun tərəfindən qeydə alındığını, səsli ismarıcda dediyi Elizabara beş mini kaş verməzdim, sözünün yalan olduğunu, belə ki, o, heç vaxt Elizbardan pul almadığını, eləcə də ona heç vaxt beş min vermədiyini, Fatma ondan pulunu istədiyi üçün yalandan elə dediyini, eləmisən deyən zaman isə Fatmaya 5.000 manat faizə borc pul verməsini nəzərdə tutduğunu işin məhkəmə baxışı zamanı bildirmişdir. Buna baxmayaraq cavabdeh həmin 5.000 manat borc məbləğini faizlə aldığını, eləcə də digər vaxtlarda iddiaçıdan istədiyi və yuxarıda qeyd edilən kart hesablarına iddiaçı tərəfindən göndərilən pul məbləğlərinin qaytarılmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə yuxarıda göstərilən «diskə baxış keçirilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokola və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar»a qiymət verərək vurğulayır ki, həmin «disk»də olan PTT-20230116-WA0024 adlı cavabdeh tərəfindən qeyd edilmiş səs yazısında “Evimi eşiyimi satacam, maşınımı satacam, Safalıya yalvaracam, Natavana yalvaracam, Əlvana yalvaracam, 20-30 min pulu düzəldib gətirib verəcəyini” qeyd etməklə kifayətlənməmiş, həmin borcu nəyə sərf etdiyini və edəcəyini ayrı-ayrılıqda sadalamış, məhkəmə iclası zamanı etiraf etməsə də İddiaçı sevgi mesajları göndərməklə ələ almış, ona vədlər vermiş, hansı müddətə qaytaracağını qeyd etməsə də sonda isə borcu qaytarmaq iqtidarında olduğunu qeyd etmişdir. Məhkəmə Cavabdeh Fatma Adınǝyevadan mütəmadi olaraq müxtəlif adlarda pul alması hallarını istintaq zamanı dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, iş materiallarında olan Fatma ilə Cavabdeh arasında «WhatsApp», telefon yazışmalarının qeydə alındığı diskdə olan sübutlarla, həmçinin iddiaçının cavabdehə pul verməsi barədə təqdim etdiyi əl qeydi kağızında da öz təsdiqini tapır. Neftçala rayon prokurorluğunda verdiyi izahatında da Cavabdeh İddiaçı ayrı-ayrı vaxtlarda gündəlik xərcləri üçün borc pul istədiyini, sonuncu da onun "Whatsapp" tətbiqi vasitəsilə göndərdiyi bank kartlarına həmin -vasitəsilə göndərilən pulların da borc olaraq aldığını etiraf etmişdir. Məhkəmə bu halı və işin digər faktiki hallarını nəzərə alaraq hesab edir ki, cavabdehin məhkəmədə real olaraq Fatmadan borc almadığını və ona borcu olmadığı barədə bildirdikləri qətiyyən ağlabatan saymır. Cavabdehin prokurorluğa verdiyi izahatında iddiaçı ilə aralarında heç bir sevgi münasibətinin olmaması, onun tərəfindən rayonda kirayə ev tutulmaması və aylıq kirayə pulunun Fatma tərəfindən ödənilməməsi, habelə 5000 manatdan başqa Fatmadan pul almadığı barədə verdiyi izahat məhkəmə araşdırması zamanı, habelə tərəflər arasında olan yazışmalarla təkzib edilir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin vəsatəti ilə dindirilmiş şahidin, həmçinin cavabdehin və onun vəkilinin vəsatəti ilə dindirilmiş şahidin ifadələrini də nəzərə alaraq qeyd edir ki, şahid X8 cavabdehə dəstək olmaq məqsədilə iddiaçı ilə razılığa gələrək 7.000 manat məbləğində pulu ondan öz adından alıb cavabdehlə birgə Fatmagilə gedərək sonuncunun ailə üzvlərinin yanında ona vermişdir. Həmin pul məbləğinin iddiaçıya qaytaılmasını üzərinə öhdəlik götürmüş X8 özü qaytaracağını məhkəmə iclasında bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə X4 iddiaçı tərəfindən verilmiş 7.000 manat məbləğində pul cavabdehdən tələb oluna bilməz. Habelə, məhkəmə qeyd edir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil1 cavabdehə göndərdiyi Pretenziya məktubunda iddiaçı tərəfindən cavabdehə ümumilikdə 65000 manat pul verildiyini bildirmişdir. Həmçinin qeyd edilir ki, xx.xx.2021-ci il tarixdə maşın almaq üçün iddiaçı tərəfindən cavabdehə ilkin olaraq 10.000 manat, 15 gün sonra isə 15.000 manat, cəmi 25.000 manat pul verildiyini, arada yaranan narazılıqdan sonra pulun 18.000 manat hissəsinin 2023-cü ilin may ayında, 7.000 manat hissəsinin isə həmin ilin may ayının 25-dən sonra iddiaçıya qaytarılmasının etirafı qeyd olunan məktubda öz təsdiqini tapır. Məhkəmə bu qənaətə gəlir ki, aşağıda qeyd olunan sübutlara, habelə iddiaçı tərəfindən cavabdehə və onun təqdim etdiyi kart hesablarına köçürmələrə, onlar arasında olan yazışmalara və iddiaçının məhkəməyə təqdim etdiyi əl qeydlərinə və diskdə olan sübutlara əsasən iddiaçı tərəfindən cavabdehə 19.844 manat məbləğində pul verilmişdir. Habelə diskə məhkəmədə baxış keçirilərkən müəyyən olunmuşdur ki, “cinayət işinin başlanmasının rədd olunması” haqqında qərarda və “diskə baxış keçirilməsi haqqında olan protokolda” iddiaçı tərəfindən cavabdehin göndərdiyi kart hesablarına köçürülmüş bəzi məbləğlər öz əksini tapmamış, məhkəmə isə həmin qeydləri (qəbzləri) müəyyən edərək sübut kimi dəyərləndirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə 100+20 manat, xx.xx.2023-də 30 manat, xx.xx.2023-də 40 manat, xx.xx.2023-də 120 manat, digər kart hesabına 3 manat, xx.xx.2023-də 20 manat, xx.xx.2022-də 20 manat, xx.xx.2022-də 30 manat, xx.xx.2022-də 25 manat, xx.xx.2022-də 100 manat, xx.xx.2022-də 50 manat, xx.xx.2022-də 125 manat, xx.xx.2022-də 400 manat, digər kart hesablarına həmin tarixdə 2+15 manat, xx.xx.2022də 27 manat, xx.xx.2022-də 30 manat, xx.xx.2022-də 20 manat, xx.xx.2023-də 300 manat, xx.xx.2022-də 20 manat, xx.xx.2023-də 12 manat, xx.xx.2023-də 45 manat, xx.xx.2023-də 20 manat olmaqla, ümumilkdə 1.574 manat məbləğində pul yuxarıda qeyd edilən kart hesablarına iddiçı tərəfindən köçürülmüşdür. Həmçinin Fatma ilə Kərim arasında «WhatsApp» tətbiqi vasitəsində yazışmalarda tarixi qeyd olunmayan şəkillərdən 1200 manat, 1000 manat, 1500 manat, 2500 manat, 1500 manat, 500 manat, 1200 manat, 150 manat, habelə iddiaçının təqdim etdiyi qeyd dəftərində olan əlyazmasında olan qeydə əsasən Vaz-2107 markalı avtomobilin alınması üçün ilkin ödəniş kimi verdiyi 4800 manat, habelə həmin avtomobilin aylıq kreditinin ödənilməsi üçün 14 ay ərzində hər ay 280 manat olmaqla ödədiyi 3920 manat, cəmi 19844 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsi və ya göndərilməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Beləliklə, diskə baxış keçirilməsi haqqında 17 iyul 2023-cü il tarixli protokol və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə iddiaçının təqdim etdiyi diskdə şəkilləri əks olunmuş qeyd dəftərində olan qeydlər, müəyyən tarixlərdə müxtəlif kart hesablarına köçürülmüş məbləğlər və tərəflər arasında olan yazışmalar hazırda iddiaçı və cavabdeh arasındakı 19.844 manat məbləğində pula dair borc münasibətlərinin mövcud olduğunu təsdiq edən sübut kimi qiymətləndirilməlidir. Bununla yanaşı, iddiaçı işin məhkəmə baxışı zamanı həqiqətən də 18.000 manat məbləğində pulun ona cavabdeh tərəfindən 7.000 manatın isə cavabdehin adından Aydın tərəfindən ona qaytarıldığını etiraf etmişdir. Lakin iddiaçı tərəf həmçinin bildirir ki, həmin məbləğin cavabdehin ona qaytarmalı olduğu 47.000 manat borcla heç bir əlaqəsi yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının ümumilikdə 47.000 manat məbləğində pulla bağlı bildirdiklərini ağlabatan saymır. Habelə məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan borcunun məbləğinin hesablanması üçün cavabdeh tərəfindən qaytarılmış 25.000 manat məbləğ 19.844 manat borcun bir hissəsi hesab olunmamaqla tələb edilən borcdan çıxılmamalıdır. Çünki cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 18.000 manat və cavabdehin xalası oğlu Aydın tərəfindən cavabdehin borcundan iddiaçıya ödənilmiş 7.000 manat pulun cavabdehin iddiaçıdan özü üçün “Hunday-Elantra” markalı avtomobil alması üçün aldığı tərəflər arasında olan yazışmalarla müəyyən edilir. Müəyyən olunur ki, cavabdehin iddiaçıya olan borcu 19.844 manatdır. Beləliklə, iddiaçı öz pul tələbini qismən, yəni 19.844 manat hissəsində sübuta yetirmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü pul öhdəliyini lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iş üzrə sübuta yetirilmiş 19.844 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddia tələbinin əsas etibarı ilə təmin olunduğunu nəzərə alaraq 149,53 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 19.844 (on doqquz min səkkiz yüz qırx dörd) manat məbləğində pul və 149.53 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-70/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-70/2024
16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver