Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-724/2023 16.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqları – 15 aprel 2010-cu il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat olmaqla sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, Neftçala Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli, 2(053)-530/2017 saylı qətnaməsi ilə 15 aprel 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 80 manat olmaqla aliment tutularaq iddiaçıya verilməsi müəyyən edilmişdir. Hazırda həmin vaxtdan 6 il müddət keçmiş, uşaq böyümüşdür. Onun xərcləri kifayət qədər artmış, verilən aliment isə heç yaşayış minimumunun yarısı deyil. Azərbaycan Respublikasında bir uşağın yaşayış minimumunun 220 manat olduğunu nəzərə alaraq iddiaçı cavabdehdən alimentin artırılmasını və bir uşağın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment ödəniməsini istəyir. İddiaçının iştirakı ilə ilkin olaraq mediasiya prosesi keçirilmiş, lakin cavabdeh gəlmədiyindən iddiaçıya ilkin mediasiya prosesində iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qismən qəbul edərək iddiaçı ilə xeyli müddətdir nikahlarının pozulduğunu, 15 aprel 2010cu il təvəllüdlü uşağı X3 iddiaçının yanında qaldığını və məhkəmə tərəfindən müəyyən edilmiş 80 manat aliment məbləğinin vaxtı-vatdında ödənildiyini qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, X.Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan Neftçala şəhər 2 saylı klubda mədəni maarif işləri üzrə metodist vəzifəsində işləyir. Aldığı 478 manat əmək haqqından 74,77 manat məcburi tutulmalar, 80 manat da aliment tutulduqdan sonra ona 323,23 manat əmək haqqı ödənilir. Qeyri rəsmi nikahlı ailəsi var. Vaxtı-vaxtında aliment ödəsə də iddiaçı uşağını ona göstərmir. Alimentin artırılıb 130 manat olmasına etiraz etmir. İddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməsi imkanı xaricindədir. Digər tərəfdən hazırda başqa qadınla ailə qurmuşdur. Aylıq əmək haqqından iddiaçının tələb etdiyi miqdarda aylıq aliment ödəyəcəyi təqdirdə bir ay ərzində həm özünü, həm ailə qurduğu şəxsi təmin etməsi mümkün olmayacaq. Qeyd etdiklərini nəzərə alaraq ondan uşağı - 15 aprel 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin müəyyən olunmuş miqdarının sabit olaraq 130 manatadək artırılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 15 aprel 2010-cu il tarixdə X5 adlı uşaq anadan olmuşdur. Neftçala Rayon Məhkəməsinin 2(053)-530/2017 nömrəli iş üzrə 08 may 2017-ci il tarixli qətnaməsinə əsasən 15 aprel 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 80 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. İşə əlavə olunmuş 04/8 saylı məktubdan və 08 nömrəli arayışdan görünür ki, Cavabdeh hal-hazırda X2 İdarəsinin tabeliyində faəliyyət göstərən Neftçala rayon Mədəniyyət Mərkəzinin 2 saylı şəhər klubunda metodist vəzifəsində çalışır. Onun aylıq vəzifə maaşı478 manat olmaqla ondan 74,77 manat məcburi tutlmalar və 80 manat aliment tutulduqdan sonra 323,23 manat əmək haqqı ödənilir. Məhkəmə 15 aprel 2010-cu il təvəllüdlü X3 2017-ci ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını, həmçinin 2017-ci illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(053)-530/2017 nömrəli iş üzrə 08 may 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 15 aprel 2010-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 140 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yeni məbləğin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-530/2017 nömrəli iş üzrə 08 may 2017-ci il tarixli qətnaməsinə əsasən 15 aprel 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, 15 aprel 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (yüz qırx) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-724/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-724/2023
16.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver