Məhkəmə qərarları › İş №e-2(053)-740/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-740/2025

12.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-740/2025 12.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsi tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli, 2(032)-656/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Cavabdeh xeyrinə ödənilən 3926.48 (üç min doqquz yüz iyirmi altı manat, qırx səkkiz qəpik) manat pul vəsaitindən onun əsassız varlandığı 446.48 (dörd yüz qırx altı manat, qırx səkkiz qəpik) manat hissənin, həmçinin bu barədə məhkəmədə iddianın qaldırılması üçün tərəfimdən ödənilən dövlət rüsumuna ekvivalent məbləğin cavabdehdən tutulması və xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli, 2(032)-656/2021 saylı icra sənədinə əsasən X2 və ondan 2500 manat dəyərində 750 əyarlı, 25 qram brilliant qaşlı komplekt damla qarnitur dəsti (üzük, sırğa, kolye, qolbaq), 600 manat dəyərində 750 əyarlı, 5 qram brilliant qaşlı nişan üzüyü, 200 manat dəyərində 583 əyarlı, 5 qram qırmızı qaşlı üzük naturada, bu mümkün olmadıqda isə onların dəyəri, həmçinin dövlət rüsumuna ekvivalent məbləğ alınmaqla Cavabdeh verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar tələb pensiya təminatıma yönəldilmiş və inkasso sərəncamları əsasında, akseptsiz tutulmalar yolu ilə tələbkarın xeyrinə ödənilmişdir. Lakin icra edilmiş ümumi tutulmalar icra sənədi üzrə tələbdən 446.48 (dörd yüz qırx altı manat, qırx səkkiz qəpik) manat artıq həcmdə aparılmışdır. Belə olduğu təqdirdə, cavabdeh Şirvan Şəhər Məhkəməsi tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli, 2(032)-656/2021 saylı icra sənədinin icrası ilə əlaqədar xeyrinə ödənilən 3926.48 (üç min doqquz yüziyirmialtımanat, qırx səkkiz qəpik) manat pul vəsaitindən 446.48 (dörd yüz qırx altımanat, qırx səkkiz qəpik) manat həcmində əsassız varlanmışdır. Aşağıda göstərilən əsaslarla hesab edir ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli, 2(032)- 656/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Cavabdeh xeyrinə ödənilən 3926.48 (üç min doqquz yüz iyirmi altı manat, qırx səkkiz qəpik) manat pul vəsaitindən onun əsassız varlandığı 446.48 (dörd yüz qırx altı manat, qırx səkkiz qəpik) manat hissə, həmçinin bu barədə məhkəmədə iddianın qaldırılması üçün tərəfimdən ödənilən dövlət rüsumuna ekvivalent məbləğ cavabdehdən tutulmalı və xeyrinə ödənilməlidir: Ona görə də məhkəmədə iddia qaldırır. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə teleqram ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmətəqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şirvan Şəhər Məhkəməsi tərəfindən təqdim edilən xx.xx.2021ci il tarixli, 2(032)-656/2021 saylı icra sənədinə əsasən X2 və İddiaçı 2500 manat dəyərində 750 əyarlı, 25 qram brilliant qaşlı komplekt damla qarnitur dəsti (üzük, sırğa, kolye, qolbaq), 600 manat dəyərində 750 əyarlı, 5 qram brilliant qaşlı nişan üzüyü, 200 manat dəyərində 583 əyarlı, 5 qram qırmızı qaşlı üzük naturada, bu mümkün olmadıqda isə onların dəyəri, həmçinin dövlət rüsumuna ekvivalent məbləğ alınmaqla Cavabdeh verilməlidir. Məhkəmənin şifahi sorğusuna cavab olaraq verilmiş Şirvan Şəhəri Üzrə İcra Və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 213488/10-29 saylı məktubuna əsasən Şirvan Şəhər Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(032)-656/2021 saylı icra sənədinin icrasə zamanı borclulardan 446,48 manat artıq vəsait tutularaq tələbkar Cavabdeh bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli, 2(032)-656/2021 saylı icra sənədinə əsasən X2 və İddiaçı 2500 manat dəyərində 750 əyarlı, 25 qram brilliant qaşlı komplekt damla qarnitur dəsti (üzük, sırğa, kolye, qolbaq), 600 manat dəyərində 750 əyarlı, 5 qram brilliant qaşlı nişan üzüyü, 200 manat dəyərində 583 əyarlı, 5 qram qırmızı qaşlı üzük naturada, bu mümkün olmadıqda isə onların dəyəri, həmçinin dövlət rüsumuna ekvivalent məbləğ alınmaqla Cavabdeh verilməlidir. Qeyd olunan icra sənədinin icrası zamanı iddiaçının təqaüdündən 446,48 manat artıq tutulmu, tutulan məbləğ cavabdehə ödənilmişdir. Belə ki, Şirvan Şəhəri Üzrə İcra Və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 213488/10-29 saylı məktubuna əsasən Şirvan Şəhər Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(032)-656/2021 saylı icra sənədinin icrasə zamanı borclulardan 446,48 manat artıq vəsait tutularaq tələbkar Cavabdeh bank hesabına köçürülmüşdür. Səlimova X1 Leyla Dadaş qızının 446,48 manat məbləğində pulunu qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 446,48 (dörd yüz qıx altı manat qırx səkkiz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, 30 (otuz) manat pul cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 446,48 (dörd yüz qıx altı manat qırx səkkiz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar