Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-782/2023 24.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair» iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli ərizənin (müqavilənin) ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 2.956,09 manat məbləğində kredit borcu, 196,88 manat məbləğində faiz borcu və 95,58 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3.248 (üç min iki yüz qırx səkkiz) manat 55 (əlli beş) qəpik məbləğində borcun, habelə ödənilmiş 52.48 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, onlar aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən «İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır». Həmin Məcəllənin 150.1.3-cü maddəsinin tələbinə görə iddia ərizəsinə «iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla)» əlavə edilməlidir. Bu Məcəllənin MPM-nin 149.2.4-cü maddəsinə əsasən «müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat» göstərilməlidir. Eyni Məcəllənin 150.1.6-cı maddəsinə əsasən «iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir)» əlavə edilir. İlk növbədə qeyd olunur ki, təqdim edilmiş sənədlərdən iddia ərizəsinin onu imza etməyə hüququ olan şəxs tərəfindən imzalandığı görünmür. Müəyyən olunur ki, iddia ərizəsi elektron imza ilə təsdiq edilməmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş etibarnamənin qüvvədə olma müddəti də bitmişdir. Göstərilənlərlə yanaşı qeyd olunur ki, iddia ərizəsinə cavabdehə ünvanlanmış kredit borcunun ödənilməsi haqqında 24 aprel 2023-cü il tarixli xəbərdarlıq məktubunun surəti əlavə edilsə də, bununla bağlı xəbərnamdə məktubun alınması barədə imza olmadığından həmin sənədin cavabdehə təqdim edilməsi də öz təsdiqini tapmır. Azərbaycan Respublikası MPM-nin 151.1.-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.1, 152.1.2 və 152.1.6-cı maddələrinə əsasə «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstrilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə», «iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda» və «müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır». Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Eyni Məcəllənin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263 – 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №e-2(053)-782/2023
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-782/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver