Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-890/2025 12.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.127,84 AZN əsas məbləğ üzrə və 347,61 AZN faiz üzrə borc olmaqla, cəmi 5.475,45 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 74,75 AZN məbləğində vəsaitin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 02 iyun 2025-ci il tarixdə elektron ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, cavabdehlə bank arasında razılıq əldə edildiyi üçün ərizə və ona əlavə olunmuş sənədlərin, tərəflərindən məhkəməyə ödənilmiş dövlət rüsumunun bankın hesabına qaytarılmaqla geri qaytarılmasını xahiş etmişdir. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, «Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 – 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur». Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər». Qeyd olunur ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar olaraq 20 may 2025-ci ildə 74 (yetmiş dörd) manat 75 (yetmiş beş) qəpik miqdarında dövlət rüsumu ödəyib («Azərbaycan Respublikası Mərkəzi Bankı – X1». VÖEN: **********; mədaxil qəbzi №: **********; büdcə təsnifat kodu: 1422111; büdcə səviyyəsi kodu: 1; xəzinə hesabı: AZ07CTRE********************). «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1 və 5.2-ci maddələrinə əsasən «Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; 5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə», «Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır». Azərbaycan Respublikası MPM-nin 114.1.3-ci maddəsinə əsasən «bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa» ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə (vəsatət) təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iş üzrə ödənilmiş 74 (yetmiş dörd) manat 75 (yetmiş beş) qəpik miqdarında dövlət rüsumu İddiaçı ASC-yə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 267-268-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20 may 2025-ci ildə ödənilmiş 74 (yetmiş dörd) manat 75 (yetmiş beş) qəpik miqdarında dövlət rüsumu («Azərbaycan Respublikası Mərkəzi Bankı – X1». VÖEN: **********; mədaxil qəbzi №: **********; büdcə təsnifat kodu: 1422111; büdcə səviyyəsi kodu: 1; xəzinə hesabı: AZ07CTRE********************) İddiaçı ASC-yə (Rekvizitlər: İddiaçı ASC; kod: 200004, VÖEN: **********; SWİFT: AİİBAZ2X; Müxbir hesabı: AZ37NABZ013501**********1944; Bank hesabı: AZ82AİİB********************) qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-890/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-890/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver