Məhkəmə qərarları › İş №e-2(053)-936/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-936/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-936/2023 30.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «müqaviləyə xitam verilməsi və nəqliyyat vasitəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, 24 iyun 2023cü il tarixli K-467A-PCC-23 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilməsi, «Ravon R3 SX minik» markalı **-PG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin və ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçınə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək, bildirmişdir ki, 24 iyun 2023-ci il tarixli K-467A-PCC-23 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən «Ravon R3 SX minik» markalı **-PG-*** dövlət qeydiyyat nömrəli, şassi nömrəsi XWBTF69V9LA004736 olan nəqliyyat vasitəsini satın almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin satış dəyəri 15179,99 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdən cavabdeh ilkin olaraq heç bir ödəniş etməmişdir. Cavabdeh ilə 15179,99 manat məbləğində pulun hissə-hissə olmaqla 22 ay müddətinə ayda 690 manat ödənilməsi haqqında razılıq əldə edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də, 12 iyul 2023-ci il tarixdə sonuncu dəfə 230 manat ödəniş etmişdir. Göründüyü kimi borclunun ödənişinin lazımi qaydada olmaması iddiaçını məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. Dəfələrlə cavabdehlə həm telefonla, eyni zamanda şifahi əlaqə yaradılaraq ondan ya müqavilə üzrə öhdəliklərini icra etməsi, ya da avtomobili qaytarması tələb edilsə də, cavabdeh nə öhdəliklərini icra etməmiş, nə də avtomobili cəmiyyətə geri qaytarmamışdır. Bununla da cavabdeh iddiaçının hüquqlarını kobud surətdə pozmuş və iddiaçı tərəf hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış 24 iyun 2023-cü il tarixli K- 467A-PCC-23 nömrəli avtomobilin müddətli satışı üzrə müqavilənin 3.2.4-cü maddəsinə əsasən alıcı müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı MMC müqavilənin icrasından birtərəfli qaydada imtina edə, nəqliyyat vasitəsini geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər. Göstərilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddiaçının nümayəndəsinin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu izahat vermiş, hazırda İddiaçı MMC-dən aldığı «Ravon R3 SX minik» markalı **-PG-*** dövlət qeydiyyat nömrəli, şassi nömrəsi XWBTF69V9LA004736 olan nəqliyyat vasitəsini iddiaçıya qaytardığını bildirmişdir. Ona görə də iddia tələbini etiraf edir və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2023-ci il tarixli K-467A- PCC-23 nömrəli avtomobilin müddətli satışı üzrə müqavilədən və 02 saylı əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən «Ravon R3 SX minik» markalı **-PG-*** dövlət qeydiyyat nömrəli, şassi nömrəsi XWBTF69V9LA004736 olan nəqliyyat vasitəsini ilkin ödəniş etmədən hər ay 690 manat, sonuncu ay isə 689 manat olmaqla 22 ay ərzində ödənilmək şərtilə 15179 manat məbləğində satın almışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2019, ban nömrəsi XWBTF69V9LA004736 olan 99PB597 dövlət qeydiyyat nişanlı «Ravon R3 SX minik» markalı avtomobilin sahibi İddiaçı MMC-dir. İş materiallarında olan 14 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 sentyabr 2023-cü il tarixinə borcu 14949,99 manat təşkil edir. Cavabdeh sonuncu dəfə 12 iyul 2023-cü il tarixdə 230 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh borcun qaytarılması, ödəmədiyi təqdirdə müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh məhkəməyə izahatına uyğun məzmunlu ərizə təqdim edərək iddianı etiraf etdiyini bildirmiş və onun təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil və heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddianı etiraf etmənin hüquqi nəticələrini hər iki tərəfə ətraflı izah etmişdir. Cavabdeh tərəf bildirmişdir ki, iddianın etirafı ilə bağlı fikri qətidir. İddiaçı isə iddianın etirafının qəbul edilərək məhkəmə tərəfindən təsdiq olunmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə cavabdeh tərəfindən iddianın etiraf olunmasını təsdiq etməyi mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən «Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır». Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən «…Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər». İddiaçı məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2023-cü il tarixli K-467A- PCC-23 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilsin. «Ravon R3 SX minik» markalı **-PG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə verilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar