Məhkəmə qərarları › İş №e-2(053)-939/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-939/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-939/2023 14.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14.706,49 AZN əsas kredit borcu, 1.008,67 AZN kreditdən istifadəyə görə faiz borcu və 14,52 AZN cərimə olmaqla, cəmi 15.729,68 AZN və iddianın verilməsi üçün ödənilmiş 137,19 AZN dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi (Bankın idarə heyətinin sədri) X1 07 noyabr 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılması, həmçinin iddianın verilməsinə görə ödənilmiş 137,19 manat məbləğində dövlət rüsumunun ərizədə göstərilən rekvizitlər nəzərə alınmaqla iddiaçıya qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.9-ci maddəsinə əsasən «iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır». Qeyd olunur ki, İddiaçı ASC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar olaraq 30 avqust 2023-cü ildə Azərbaycan Respublikası Mərkəzi Bankı – X3 vasitəsilə 137 (yüz otuz yeddi) manat 19 (on doqquz) qəpik miqdarında dövlət rusumu ödənilmişdir (İddiaçı ASC; qəbzin nömrəsi: **********). «Dövlət rusumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1 və 5.2-ci maddələrinə əsasən «Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; 5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə», «Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır». Azərbaycan Respublikası MPM-nin 114.1.3-ci maddəsinə əsasən «bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa» ödənilmiş dövlət rüsumu qaytarılır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iş üzrə ödənilmiş 137 (yüz otuz yeddi) manat 19 (on doqquz) qəpik miqdarında dövlət rüsumu İddiaçı ASC-yə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 114, 263- 264, 267-268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizə təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 avqust 2023-cü ildə ödənilmiş 137 (yüz otuz yeddi) manat 19 (on doqquz) qəpik miqdarında dövlət rusumu (İddiaçı ASC; qəbzin nömrəsi: **********) iddiaçının özünə (Rekvizitlər: İddiaçı ASC Hesab AZN: AZ25BRES******************** Bankın VÖEN-i: ********** M/N:AZ80NABZ********************S.W.İ.F.T BİK:BRESAZ22 Bankın kodu: 505668 VÖEN:**********) qaytarılsın. İzah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar