Məhkəmə qərarları › İş №e-2(053)-951/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №e-2(053)-951/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № e-2(053)-951/2024 07.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 8411,85 manat məbləğində əsas kredit borcunun, 443,54 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 33,67 manat məbləğində cərimə borcunun, cəmi 8891,06 manat məbləğində pul vəsaitinin və məhkəməyə iddia ilə müraciət edilməsi üçün ödənilmiş 108,92 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsinin baxılmamış saxlanmasını və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.9-ci maddəsinə əsasən “iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır”. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı ASC-yə qaytarılmalıdır. Qeyd olunur ki, İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar olaraq 07 avqust 2024-ci il tarixdə 108 (yüz səkkiz) manat 92 (doxsan iki) qəpik miqdarında Neftçala Rayon Məhkəməsinin xəzinə hesabına kart vasitəsilə dövlət rusumu ödəyib (“Büdcə təsnifat kodu: 142211”. Xəzinə hesabı: AZ07CTRE********************; mədaxil qəbzinin nömrəsi: **********49). “Dövlət rusumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 5.2-ci maddələrinə əsasən “Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; 5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə”, “Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır”. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən “bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa” ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən məhkəmənin qanuni qüvvədə olan qərardadı ilə ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarıldığını nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 108 (yüz səkkiz) manat 92 (doxsan iki) qəpik miqdarında dövlət rüsumu İddiaçı ASC-yə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 170, 263- 264, 267-268-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı ASC-yə qaytarılsın. İddiaçı ASC tərəfindən 07 avqust 2024-cü il tarixdə ödənilmiş 108 (yüz səkkiz) manat 92 (doxsan iki) qəpik miqdarında dövlət rusumu ünvan: AZ 1000, Bakı şəhəri, Xaqani küçəsi, 21 ünvanında yerləşən E-mail: Elektron ünvan Bank: İddiaçı ASC Hesab AZN: AZ25BRES******************** Bankın VÖEN-i: ********** M/H: AZ80NABZ**********0000014944 S.W.İ.F.T BİK: BRESAZ22 Bankın kodu: 505668 VÖEN: **********iddiaçının özünə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar