Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-977/2025 10.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”-nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 458,54 ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,60 manat, 45,85 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 434,16 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,60 manat, 43,42 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 269,78 manat ödənilməmiş hissə, 26,98 manat cərimə və xx.xx.2024cü il tarixli müqavilə üzrə 167,37 manat ödənilməmiş hissə, 16,74 manat cərimə olmaqla, ümumilikdə 1510,04 manat borcun və 35,11 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET L xidməti, i KODU **********08256 SAMSUNG GALAXY A05S markalı telefon, ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M xidməti, it KODU **********75893 SAMSUNG GALAXY A05S markalı telefon, LAQONDA BOSCH, ZƏMANƏT + 3 İL xidməti PERFORATOR TOTAL almış və nəticədə 1510.04 (min beş yüz on manat, 04 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 545.94 (beş yüz qırx beş manat, 94 qəpik) manat (18 ay x 30.33 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET L xidməti, İMEİ KODU **********08256 SAMSUNG GALAXY A05S markalı telefon ümumilikdə, 527.99 (beş yüz iyirmi yeddi manat,99 qəpik) manat olmaqla ondan, 458.54 (dörd yüz əlli səkkiz manat, 54 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 45.85 (qırx beş manat, 85 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 459 (dörd yüz əlli doqquz) manat (18 ay x 25.50 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M xidməti, İMEİ KODU **********75893 SAMSUNG GALAXY AC markalı telefon üçün ümumilikdə, 501.18 (beş yüz bir manat, 18 qəpik) manat olmaqla ondan 434.16 (dörd yüz otuz dörd manat, 16 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43.42 (qırx üç manat, 42 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (12 ay x 27 manat + 0 manat ilkin ödəniş) olan LAQONDA BOSCH üçün ümumilikdə, 296.76 (iki yüz doxsan altı manat, 76 qəpik) manat olmaqla ondan, 269.78 (iki yüz altmış doqquz manat, 78 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 26.98 (iyirmi altı manat, 98 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 198.96 (yüz doxsan səkkiz manat, 96 qəpik) manat (12 ay x 16.58 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, PERFORATOR TOTAL üçün ümumilikdə, 184.11 (yüz səksən dörd manat, 11 qəpik) manat olmaqla ondan 167.37 (yüz altmış yeddi manat, 37 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16.74 (on altı manat, 74 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 110.65 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 458,54 manat olan SAMSUNG 25W COMPACT CHARGER, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET L xidməti, i KODU **********08256 SAMSUNG GALAXY A05S markalı telefonu alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 434,16 manat olan, İMEİ KODU **********75893 SAMSUNG GALAXY A05S markalı telefonu alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 269,78 manat olan BOSCH markalı laqondanı alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 167,37 manat olan PERFORATOR TOTAL markalı Perforatoru alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 458,54 ödənilməmiş hissə, 45,85 manat cərimə, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 434,16 manat ödənilməmiş hissə, 43,42 manat cərimə, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 269,78 manat ödənilməmiş hissə, 26,98 manat cərimə; xx.xx.2024cü il tarixli müqaviləsinə əsasən 167,37 manat ödənilməmiş hissə, 16,74 manat cərimə olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə cəmi, 1510,04 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2024cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə "xxxx" MMC-yə olan borcunu 3 iş günü ərzində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35,11 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMCyə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 458,54 ödənilməmiş hissə, 45,85 manat cərimə, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 434,16 manat ödənilməmiş hissə, 43,42 manat cərimə, 23,6 manat İnnovativ Layihələr Mərkəzi rüsumu; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 269,78 ödənilməmiş hissə, 26,98 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 167,37 manat ödənilməmiş hissə, 16,74 manat cərimə olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə cəmi, 1510,04 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını, əsas borc və dəbbə pulunun nisbətini nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 45,85 manat məbləğində, xx.xx.2024cü il tarixli müqavilə üzrə 43,42 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 26,98 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 16,74 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə ayrılıqda 23,6 (iyirmi üç manat altmış qəpik) manat olmaqla, cəmi 47.2 manat İnnovativ Layihələr Mərkəzi Rüsumunun cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliyini icra etmədiyindən iddiaçı tərəfindən həqiqətən hər bir müqavilə üzrə 23,6 (iyirmi üç manat altmış qəpik) manat olmaqla, cəmi 47.2 manat İnnovativ Layihələr Mərkəzi Rüsumunu ödəməklə müqavilələr üzrə alınmış telefonun Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyətin qoyulmasını (İMEİ kodu deaktiv etmək) təmin etməklə əlavə xərc çəkməsi iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı bu hissədə iddiasını əsaslı edən sübutu, yəni İnnovativ Layihələr Mərkəzi Rüsumunu ödəməsini təsdiq edən qəbzi və ya digər sənədi iş materialalrına əlavə etməmişdir. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 35,11 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 458,54 (dörd yüz əlli səkkiz manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 45,85 (qırx beş manat səksən beş qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 434,16 (dörd yüz otuz dörd manat on altı qəpik) manat ödənilməmiş hissə, 43,42 (qırx üç manat qırx iki qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 269,78 (iki yüz altmış doqquz manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 26,98 (iyirmi altı manat doxsan səkkiz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 167,37 (yüz altmış yeddi manat otuz yeddi qəpik) manat ödənilməmiş hissə, 16,74 (on altı manat yetmiş dörd qəpik) manat cərimə olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə cəmi, 1.462,84 (min dörd yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35,11 (otuz yeddi manat altmış üç qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 458,54 (dörd yüz əlli səkkiz manat əlli dörd qəpik) manat ödənilməmiş hissə, 45,85 (qırx beş manat səksən beş qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 434,16 (dörd yüz otuz dörd manat on altı qəpik) manat ödənilməmiş hissə, 43,42 (qırx üç manat qırx iki qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 269,78 (iki yüz altmış doqquz manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 26,98 (iyirmi altı manat doxsan səksən qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 167,37 (yüz altmış yeddi manat otuz yeddi qəpik) manat ödənilməmiş hissə, 16,74 (on altı manat yetmiş dörd qəpik) manat cərimə, olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə cəmi, 1.462,84 (min dörd yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35,11 (otuz beş manat on bir qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №e-2(053)-977/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-977/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver