Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-997/2023 28.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0104072AZN11386 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 13824,38 manat əsas borc, 1603,29 manat faiz borcu, 1131,03 manat cərimə borcu olmaqla, cəmi 16558,70 manat məbləğində borcun; 0104072AZN11430 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 4189,90 manat əsas borc, 610,98 manat faiz borcu, 574,33 manat cərimə borcu olmaqla, cəmi 5375,21 manat məbləğində borcun; 41010AZNFK********** nömrəli kart hesabına əsasən texniki overdraft əməliyyatı üzrə 7 manat əsas borc, 95 qəpik cərimə borcu olmaqla, cəmi 7,95 manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 156 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə iddiaçı tərəfin məhkəmə iclaslarında iştirakı olmadan baxılaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 29 dekabr 2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 17 iyul 2021-ci il tarixli 1.1.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-34994İB/2021 nömrəli Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Qeyd edilən Ümumi şərtlər toplusu çərçivəsində: 29 dekabr 2021-ci il tarixdə 0104072AZN11386 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana 01 dekabr 2025-ci il tarixədək illik faiz dərəcəsi 18%, illik cərimə faizi 180% olmaqla 17588 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti ayrılmış, 30 dekabr 2021-ci il tarixdə 0104072AZN11430 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana 02 dekabr 2024-cü il tarixədək illik faiz dərəcəsi 21%, illik cərimə faizi 180% olmaqla, 6000 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti ayrılmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 0104072AZN11386 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 215 gün, 0104072AZN11430 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 215 gün, 41010AZNFK********** nömrəli kart hesabına əsasən texniki overdraft əməliyyatı üzrə isə 179 gün təşkil edir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın 04 sentyabr 2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: 0104072AZN11386 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 13824,38 manat əsas borc, 1603,29 manat faiz borcu, 1131,03 manat cərimə borcu olmaqla, cəmi borcu 16558,70 manat təşkil edir, 215 gün gecikmə, 0104072AZN11430 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 4189,90 manat əsas borc, 610,98 manat faiz borcu, 574,33 manat cərimə borcu olmaqla, cəmi borcu 5375,21 manat təşkil edir, 215 gün gecikmə, 41010AZNFK********** nömrəli kart hesabına əsasən texniki overdraft əməliyyatı üzrə 7 manat əsas borc, 95 qəpik cərimə borcu olmaqla, cəmi borcu 7,95 manat təşkil edir, 179 gün gecikmə. X1 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi iki qaydada müəyyən olunur: kreditin müddəti bitənədək və kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X1 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 156 manat dövlət rüsumu ödəmişdir. İddiaçı ASC-nin nümayəndəsi Emin Əliyev məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, Cavabdeh 0104072AZN11386 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 13824,38 manat əsas borc, 2072,01 manat faiz borcu, 1760,29 manat cərimə borcu olmaqla, cəmi 17656,68 manat məbləğində borcun; 0104072AZN11430 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 4189,90 manat əsas borc, 771,72 manat faiz borcu, 883,91 manat cərimə borcu olmaqla, cəmi 5845,53 manat məbləğində borcun; 41010AZNFK********** nömrəli kart hesabına əsasən texniki overdraft əməliyyatı üzrə 7 manat əsas borc, 1,08 manat cərimə borcu olmaqla, cəmi 8,08 manat məbləğində borcun; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 161 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qismən qəbul edərək İddiaçı ASC ilə həqiqətən də 0104072AZN11386 və 0104072AZN11430 nömrəli razılaşmalar, 41010AZNFK********** nömrəli kart hesabına əsasən texniki overdraft əməliyyatına əsasən kredit götürdüyünü bildirmişdir. Qeyd edir ki, ilk əvvəllər ödənişləri vaxtlı-vaxtında edirdi, lakin sonra maddi vəziyyətinin pisləşməsi səbəbindən ödənişlərində gecikmələr olmuşdur. İddianın borcu əsas və faiz hissəsində təmin edilməsini, cərimə məbləğinin isə azaldılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehi dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Bu nöqteyi nəzərdən məhkəmə hesab edir ki, iddianın həcmi barədə iddiaçının tələbinə onun məhkəmə iclasında göstərdikləri əsas götürülməklə baxılmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış razılaşmalardan və əlavə olunmuş çıxarışlardan görünür ki, 29 dekabr 2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 17 iyul 2021-ci il tarixli 1.1.4 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-34994İB/2021 nömrəli Razılıq ərizəsi imzalanmışdır. Qeyd edilən Ümumi şərtlər toplusu çərçivəsində 29 dekabr 2021-ci il tarixdə 0104072AZN11386 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana 01 dekabr 2025-ci il tarixədək illik faiz dərəcəsi 18%, illik cərimə faizi 180% olmaqla, 17588 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti ayrılmış; 30 dekabr 2021-ci il tarixdə 0104072AZN11430 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana 02 dekabr 2024-cü il tarixədək illik faiz dərəcəsi 21%, illik cərimə faizi 180% olmaqla, 6000 (altı min) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti ayrılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 11 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 sentyabr 2023-cü il tarixinə İddiaçı ASC-nin qarşısında öhdəlikləri aşağıdakı kimidir: 0104072AZN11386 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 13824,38 manat əsas borc, 1603,29 manat faiz borcu, 1131,03 manat cərimə borcu olmaqla, cəmi 16558,70 manat təşkil edir, gecikmə: 215 gün; 0104072AZN11430 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 4189,90 manat əsas borc, 610,98 manat faiz borcu, 574,33 manat cərimə borcu olmaqla, cəmi 5375,21 manat təşkil edir, gecikmə: 215 gün; 41010AZNFK********** nömrəli kart hesabına əsasən texniki overdraft əməliyyatı üzrə 7 manat əsas borc, 95 qəpik cərimə borcu olmaqla, cəmi 7,95 manat təşkil edir, gecikmə 179 gün. Cavabdeh İddiaçı ASC tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri tələb etmək hüququna malikdir. İddia tələbinin dəbbə pulu ilə bağlı hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunun miqdarı 0104072AZN11386 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 30 manat, 0104072AZN11430 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 100 manat manat məbləğində müəyyən edilməlidir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən 156 manat və 5 manat məbləğində olmaqla, ümumilikdə 161 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216–220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 0104072AZN11386 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 13.824 (on üç min səkkiz yüz iyirmi dörd) manat 38 (otuz səkkiz) qəpik məbləğində əsas borc, 2.072 (iki min yetmiş iki) manat 01 (bir) qəpik məbləğində faiz borcu, 30 (otuz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 15.926 (on beş min doqquz yüz iyirmi altı) manat 39 (otuz doqquz) qəpik məbləğində borc, 0104072AZN11430 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 4.189 (dörd min yüz səksən doqquz) manat 90 (doxsan) qəpik məbləğində əsas borc, 771 (yeddi yüz yetmiş bir) manat 72 (yetmiş iki) qəpik məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 5.061 (beş min altmış bir) manat 62 (altmış iki) qəpik, 41010AZNFK********** nömrəli kart hesabına əsasən texniki overdraft əməliyyatı üzrə 7 (yeddi) manat məbləğində əsas borc, 01 (bir) manat 08 (səkkiz) qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 08 (səkkiz) manat 08 (səkkiz) qəpik, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 161 (yüz altmış bir) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-997/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-997/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver