Məhkəmə qərarları › İş №e-2(054)-108/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(054)-108/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № e-2(054)-108/2024 07.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 oğuna və Cavabdeh1 qarşı cavabdehlərdən kredit borcunun və dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair mülki işə 07 mart 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərdən müştərək qaydada 1882,86 manat əsas borc, 2,14 manat faiz borcu, cəmi 1885 manat kredit borcunun, 38,85 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materialları araşdırılarkən tələb edilən kredit borcu üzrə Cavabdeh1 zamin olmaqla xx.xx.2023-cü il tarixdə vəfat etdiyi müəyyən edildiyindən xx.xx.2023-cü il tarixli, 2(054)-782/2023 saylı qərardadla işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı QSC BOKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 349 KYKİL saylı kredit müqaviləsinə əsasən onun aldığı kredit üzrə xx.xx.2020-ci il tarixə ödənilməmiş qalan 3441,94 manat vaxtı keçmiş əsas, 406,49 manat faiz, cəmi 3848,43 manat borcu restrukturizasiya edilmiş, qalıq 3441,94 manat borcun ödənilməsi məqsədilə xx.xx.2020-cü il tarixli, RDA-052 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə, illik 01 faiz dərəcəsi ilə 3441,94 manat kredit verilmişdir. Həmin kredit məbləğinin ödənilməsi ilə bağlı öhdəliklərin təminatı məqsədilə Cavabdeh2 və Cavabdeh1 ilə həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlər müqavilə üzrə öhdəliklərinə əməl etməmiş, kredit borcunun ödənişini stabil həyata keçirməmişlər, buna görə də ödənişlərdə gecikmə yaranmışdır. Belə ki, əsas borclu Cavabdeh3 Qazaxıstandadır. Zamin Cavabdeh2 tərəfindən edilən ödənişlərin məbləği isə aşağıdır.Hazırda cavabdehlərin iddiaçıya 1882,86 manat əsas borc, 2,14 manat faiz olmaqla, cəmi 1885 manat kredit borcu yaranmışır. Məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən zamin Cavabdeh1 vəfatı barədə məlumatları olmamışdır. İddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməsini, Cavabdeh1 münasibətdə qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun xx.xx.2020-ci il tarixli, RDA-052 saylı restrukturizasiyası müqaviləsindən görünür ki, İddiaçı QSC BOKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 349 KYKİL saylı kredit müqaviləsinə əsasən onun aldığı kredit üzrə xx.xx.2020-ci il tarixə ödənilməmiş qalan 3441,94 manat vaxtı keçmiş əsas, 406,49 manat faiz, cəmi 3848,43 manat borcu restrukturizasiya edilmiş, qalıq 3441,94 manat borcun ödənilməsi məqsədilə ona 60 ay müddətinə, illik 01 faiz dərəcəsi ilə 3441,94 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, RDA-052 saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 60 ay müddətinə illik 01 faizlə verilmiş 3441,94 manat əsas, 88,20 manat faiz kredit məbləğinin ödənişinin xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 58,84 manat olmaqla xx.xx.2025-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuş, tərəflər cədvəli imzalamışlar. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, Z-1 saylı və Z-2 saylı (RDA-052) zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2020-ci il tarixli, RDA-052 saylı kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilənədək borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 183,184 və 185 saylı bildirişlərdən görünür ki, xx.xx.2020-ci il tarixli, RDA-052 saylı kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məlumat verilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin iş materiallarında olan ölüm haqqında xx.xx.2024-cü il tarixli, 65/12 saylı arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında xx.xx.2023-cü il tarixli,122 saylı akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyələşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023cü il tarixədək olan redaksiyada verilib.) Beləliklə iş materialları ilə təsdiq edilir ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020ci il tarixli, RDA-052 saylı kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli, 349 KYKİL saylı kredit müqaviləsi ilə onun aldığı kredit üzrə xx.xx.2020-ci il tarixə ödənilməmiş qalan 3441,94 manat vaxtı keçmiş əsas, 406,49 manat faiz, cəmi 3848,43 manat borcu restrukturizasiya edilmiş, qalıq 3441,94 manat borcun ödənilməsi məqsədilə ona 60 ay müddətinə, illik 01 faiz dərəcəsi ilə 3441,94 manat kredit verilmişdir. Müqavilə üzrə öhdəliklər əsas borclu tərəfindən yerinə yetirilməmiş, onun iddiaçıya iddia tələbində göstərilən məbləğdə borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş zaminlik müqavilələri ilə kredit üzrə öhdəliklərin təminatı məqsədilə həmin vaxt digər cavabdehlərin müqavilə üzrə zaminliyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, zamin Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində müvafiq qeydiyyat aparılmışdır.Qeyd edilən hala qiymət verilməklə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 münasibətdə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməli, 1882,86 manat əsas borc, 2,14 manat faiz borcu, cəmi 1885 manat kredit borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, Cavabdeh1 münasibətdə iş üzrə icraata xitam verildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi kredit borcunun məbləğinə münasibətdə təmin edildiyindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 38,85 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 xx.xx.20120-ci il tarixli, RDA-052 saylı kredit müqaviləsi üzrə 1882,86 manat əsas borc, 2,14 manat faiz borcu, cəmi 1885 (bir min səkkiz yüz səksən beş) manat kredit borcu və 38,85 (otuz səkkiz manat səksən beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Cavabdeh1 münasibətdə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verildiyi nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar